• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Vetiver və müşk, ətirli bədən kremi
limited

Vetiver və müşk, ətirli bədən kremi, 200 ml

Aromapolis Olfactive Studio
Nəfis oduncaqlı-müşkün ətirli nəmləndirici krem. Şi, hind qozu və kakao yağları dərini qayğı ilə yumşaldır və bərpa edir, bağayarpağı cövhəri, sürvə hidrolatı və əzvay şirəsi isə sakitləşdirici və canlandırıcı təsir göstərirlər. Davamlı ətrə malikdir və Blue Matcha & Vetiver (Mavi matça & Vetiver) ətriyyat suyunun səslənməsini uzadır.
Artikul: 429790
Həcm: 200 ml
Qalıb: 100+ əd.
17 ₼
13 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Ətirli qulluq
    Nəfis oduncaqlı-müşkün ətir tərzi vurğulayır və davamlı şleyf saxlayır.
  • Dərindən nəmləndirmə və rahatlıq
    Şi, hind qozu və kakao yağları dərini qidalandırır və dartınma hissini aradan qaldırır.
  • Yüngül tekstura
    Tez hoparaq, dərini zərif və məxməri edir, yapışqanlıq hissi saxlamır.
  • Mükəmməl birləşmə
    Blue Matcha & Vetiver (Mavi matça & Vetiver) ətriyyat suyu ilə davamlı ətirli kompozisiyaya birləşərək, onun səslənməsini uzadır.

Yüngüllük, tərz və dəriyə qulluq
Minimalizm üslubuna və təbii zərif tərzə üstünlük verirsiniz? O zaman bu krem sizin üçün yaradılıb.
Rəvan və dərin şəkildə açılan vetiver və müşk ətri təmiz və cəlbedici şleyf saxlayır. Təbii yağların və bitki cövhərlərinin fəal kompleksi sayəsində krem təsirli şəkildə dərini qidalandırır, nəmləndirir və bərpa edir. Gündəlik istifadə üçün uyğundur və sevimli Blue Matcha & Vetiver (Mavi matça & Vetiver) ətrinin səslənməsini uzadır.
Məşhur ətriyyatçı Xorxe Gerrero ((Jorge Guerrero), Eurofragance) tərəfindən yaradılmış ətir vetiverin oduncaqlı dərinliyinin və müşkün yumşaq hissiyyatlılığının müvazinəti mücəssəməsidir.

Ətrin əsas çalarları: portağal, yaşıl və təravətli çalarlar, müşk, vetiver, sidr.

Bu bədən kremini nədən seçməyə dəyər
   • Blue Matcha & Vetiver (Mavi matça & Vetiver) ətriyyat suyunun davamlılığını uzadır: onun səslənməsini gücləndirir və uzun müddət ərzində dəridə ətrini saxlayır.
   • Zəngin qulluq: şi, kakao və hind qozu yağları dərini qidalandırır və bərpa edir, quruluğu aradan qaldırır.
   • Ətriyyat effekti: müşk və vetiver ətri nəfis şleyf yaradaraq, qulluğu ətriyyat ayininə çevirir.
   • Təbii qulluq: bağayarpağı cövhəri və sürvə hidrolatı dəriyə gözəllik və baxımlı görünüş bəxş edirlər.

Qulluq üzrə tövsiyə
Mükəmməl ayin yaradın!
Dəriyə zərifliyini və məxməri yumşaqlığını qaytarmaq üçün gündüz "Vetiver və müşk" bədən kremindən istifadə edin. Səhər isə "Neroli və berqamot" bədən kremini seçin - günün gümrah başlanğıcı üçün.
Ətrin daha həcmli səslənməsi və davamlılığı üçün qulluğu həmin kolleksiyadan "Vetiver və müşk" əl kremi ilə tamamlayın və ya Blue Matcha & Vetiver (Mavi matça & Vetiver) ətrindən istifadə edin.

  • Şi yağı
    Qidalandırır və yumşaldır, dərinin elastikliyini və səddi funksiyasını bərpa edir.
  • Hind qozu yağı
    Qidalandırır, dərinin müdafiə funksiyalarını artırır.
  • Kakao yağı
    Dərindən yumşaldır və qidalandırır, dərini hamarlaşdırır.
  • Sürvə cövhəri
    Antiseptik və canlandırıcı təsirə malikdir.
  • Əsl əzvay yarpaqlarının şirəsi
    Dərini sakitləşdirir, qıcıqlanmaları aradan qaldırır.
  • Bağayarpağı hidrolatı
    Dəri səddini bərpa edir və möhkəmləndirir.

Nəzərinizə çatdırırıq: tərkibindəki təbii cövhərlərin və yağların sayəsində məhsulun rəngi dəyişə bilər, bu hal onun keyfiyyətinə və xüsusiyyətlərinə təsir etmir.

Kimlər üçündür?
Yüngül müşkün ətirlərə üstünlük verənlər və gündəlik rahat, tərzli qulluq axtaranlar üçün.

Hər bir qabda:
   • 4 dəbdəbəli yağ
Şi, hind qozu, vetiver - dərinin qidalandırılması, bərpası və rahatlığı üçün.
   • 3 bitkidən ibarət fito-kompleks
Sürvə, əzvay, bağayarpağı - dərinin müdafiəsi və canlanması üçün.
   • Ətriyyat effekti
Oduncaqlı-müşkün şleyf dəridə uzun müddət qalır.

Bu məhsul heyvanlar üzərində sınaqdan keçirilməyib.

Tətbiq edilmə

Kremi quru və ya bir az nəm dəriyə çəkin, tam hopana kimi yüngül masaj hərəkətləri ilə yayın.

Layfxak
Ətrin daha zəngin və davamlı səslənməsi üçün qulluğu həmin kolleksiyadan "Vetiver və müşk" əl kremi ilə tamamlayın və ya Blue Matcha & Vetiver (Mavi matça & Vetiver) ətrindən istifadə edin.

Tərkib

Tərkib: su, etilheksil stearat, şi yağı, alüminium oktenilsuksinat nişastası, setearil spirt, hind qozu yağı, ətriyyat kompozisiyası, kalium setilfosfatı, natrium stearoil qlutamatı, ammonium akriloildimetiltauratı / BP kopolimer, kakao yağı, xlorfenezin, karbomer, betain, fenoksietanol, etilheksilqliserin, dərman sürvəsi hidrolatı, əzvay yapaqlarının şirəsi, natrium hidroksidi, qliserin, bağayarpağı cövhəri, kalium sorbatı, natrium benzoatı, limon turşusu, benzil spirt, dehidrosirkə turşusu, limonen, linalool.

(INCI): Aqua / Water, Ethylhexyl Stearate, Butyrospermum Parkii Butter, Aluminium Starch Octenylsuccinate, Cetearyl Alcohol, Cocos Nucifera Oil, Parfum, Potassium Cetyl Phosphate, Sodium Stearoyl Glutamate, Ammonium Acryloyldimethyltaurate / VP Copolimer, Theobroma Cacao Seed Butter, Chlorphenesin, Carbomer, Betaine, Phenoxyethanol, Ethylhexylglycerin, Salvia Officinalis Leaf Water, Aloe Barbadensis Leaf Juice, Sodium Hydroxide, Glycerin, Plantago Major Leaf Extract, Potassium Sorbate, Sodium Benzoate, Citric Acid, Benzyl Alcohol, Dehydroacetic Acid, Limonene, Linalool.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.