Güc, yumşaqlıq və qayğı ətri
"Tonka paxlaları və tütün" ətirli əl kremi - hissiyyatlı şərqi ətrin və qayğılı qulluğun birləşməsi. İsti, bir qədər tüstülü tütün çalarları və tonka paxlalarının şirin-ədviyyəli nüansları ilk toxunuşdan rahatlıq hissinə bürüyür.
Makadamiya, hind qozu, şi və badam yağları ilə formul əllərin dərisini bərpa edir, qidalandırır və yumşaldır. Niasinamid və pantenol dərinin qoruyucu səddini gücləndirir və teksturasını yaxşıalşdırır. Seramidlər nəmin saxlanmasına səbəb olur, zəncəfil və razyana cövhərləri isə canlandırır və bərpa edir.
Yüngül tekstura, yapışqanlıq hissi olmadan - olduqca rahat gündəlik ayin üçün.
Fransız ətriyyatçısı Suazik Bokurun ((Soizic Beaucourt) Eurofragance) iştirakı ilə yaradılmış ətriyyat kompozisiyası tütünün və ləziz tonka paxlarının isti, məxməri səslənməsini açıqlayır.
Ətrin əsas çalarları: ədviyyatlar, darçın, mixək, hil, tonka paxlaları, vanil, tütün yarpaqları.
Formulun tərkibinə təbii yağlar və bitki cövhərləri daxildir, bu səbəbdən kremin rəngi zamanla bir qədər dəyişə bilər - bu hal onun xüsusiyyətlərinə və keyfiyyətinə təsir etmir.
Kimlər üçündür?
• İsti, rahat, zərif ətirləri sevənlər üçün.
• Əl dərisinin quruluğundan və dartınmasından əziyyət çəkənlər üçün.
• İntensiv, lakin zərif qulluq axtaranlar üçün.
• Quru havası olan məkanlarda çox vaxt keçirənlər üçün.
• Fəal maddələr ilə kosmetikaya üstünlük verənlər üçün.
• Parlaq fərdiyyata malik tərzli hədiyyə axtaranlar üçün.
• 4 növ qidalandırıcı yağ
Makadamiya, hind qozu, badam və şi - dərin qidalandırma və yumşaqlıq.
• 3 fəal komponent
Niasinamid, pantenol, vitamin E - bərpa və möhkəmləndirmə.
• 3 növ bitki cövhəri
Zəncəfil, razyana və Garcinia gummi-gutta - tonus, müdafiə və dəri teksturasının yaxşılaşdırılması.
Məhsul heyvanlar üzərində sınaqdan keçirilməyib.
Tərkibində təbii komponentlər mövcuddur: məhsulun rəngi dəyişə bilər.
Kremi təmizlənmiş əl dərisinə vurun, yüngül masaj hərəkətləri ilə tam hopana qədər çəkin.
Tərkib: su, hind qozu yağı, setearil spirt, şirin badam yağı, qliserin, şi yağı, kalium setilfosfatı, ətriyyat kompozisiyası, makadamiya yağı, niasinamid, ammonium akriloildimetiltauratı / VP kopolimer, pantenol, stearoil natrium qlutamat, tokoferol asetatı, ksantan kitrəsi, fenoksietanol, xlorfenezin, etilheksilqliserin, süd turşusu, razyana toxumlarının cövhəri, zəncəfil cövhəri, maltodekstrin, fermentləşdirilmiş Garcinia gummi-gutta cövhəri, seramid NP, poliqliseril-10 stearat, 1,2-heksandiol, razyana efir yağı, linalool, limonen, kumarin, heksil sinnamal, evgenol.
(INCI): Aqua / Water, Cocos Nucifera Oil, Cetearyl Alcohol, Prunus Amygdalus Dulcis Oil, Glycerin, Butyrospermum Parkii Butter, Potassium Cetyl Phosphate, Parfum, Macadamia Ternifolia Seed Oil, Niacinamide, Ammonium Acryloyldimethyltaurate / VP Copolimer, Panthenol, Sodium Stearoyl Glutamate, Tocopheryl Acetate, Xanthan Gum, Phenoxyethanol, Chlorphenesin, Ethylhexylglycerin, Lactic acid, Foeniculum Vulgare Seed Extract, Zingiber Officinale Root Extract, Maltodextrin, Candida/Garcinia Cambogia Ferment, Ceramide NP, Polyglyceryl-10 Stearate, 1,2-Hexanediol, Foeniculum Vulgare Oil, Linalool, Limonene, Coumarin, Hexyl Cinnamal, Eugenol.