Dərinin cavanlaşmasına sistemli yanaşma
Yeni səviyyədə gündüz qulluğu
Cavan görünmək yox, cavan olmaq! Epigenetika sahəsində son işləmələr ilə ilhamlanan formul hüceyrə fəaliyyətinin cavan rejimini bərpa edir. İnnovasiyalı komponentlər kompleksi dərinin hər bir qatında hədəfli şəkildə fəaliyyət göstərir, çoxsəviyyəli sistemli təsiri təmin edir və yaşın nəzərə çarpan əlamətlərini düzəldir.
Dəriniz daha bərabər, daha hamar və sıxdır! Qırışların dərinliyi və ölçüləri azalır, dəri relyefi və teksturası yaxşılaşır.
İnnovasiya: krem dərinin bütün qatlarında fəaliyyət göstərir
Məsuliyyətli gözəllik
Bitki peptidləri ilə intellektual kremin qabı tamamilə emal edilə bilər. Qabın üst korpusu emal edilmiş plastikdən hazırlanıb.
• PhytoCodine® (Lipoid Kosmetik AG, İsveçrə)
Sibir sidr ağacından ifraz olunan və sibir jenşeni (tikancıqlı eleuterokokk) cövhərinin matrisasına yeridilən dünyada ilk bitki mənşəli peptidlər.
Daha gənc dəriyə xas olan hüceyrədənkənar matrisanın komponentlərini yetişdirmək məqsədilə fibro-blastları yenidən proqramlaşdırır, dərinin strukturunu optimallaşdırır, elastikliyini və sıxlığını artırır və nəzərə çarpan yaş əlamətlərini azaldır.
+46,4% - alın nahiyəsində dərini daha hamar edir və qırışları açır**
+34,4% - göz ətrafı nahiyədə "qaz ayaqları" qırışlarını azaldır**
+34,4% - burun-dodaq nahiyədə qatları azaldır**
+36,1% yanaqların sallanmasını azaldır**
+22,4% "qaraqabaq baxış" qırışlarını azaldır**
+39,3% - göz altında nazik xəttləri azaldır**
+65,3% üst dodağın üstündəki qırışları azaldır (kisəcik qırışları)**
• Yerqulağı (kapers) tumurcuqlarının, tut yarpaqlarının və çəhrayı rodiola köklərinin cövhərləri ilə HerbaGlow® NRG (Lipoid Kosmetik AG, İsveçrə)
Dərinin sinergetik qidalanması və canlanması, onun sağlam və cavan parlaqlığının bərpası üçün nəzərdə tutulan sistem dərini energiya ilə təchiz edir, onun yüksək həyat qabiliyyətini və zədələrə qarşı davamlılığını təmin edir. Oksidləşmə əleyhinə, cavanlaşdırırcı, qoruyucu və şəffaflaşdırıcı təsir göstərir.
+47% - dəri tonu daha bərabərdir*
+41% - dəri daha bərabər və hamardır*
• Lactobacillus ilə fermentləşdirilmiş qamma-amin yağ turşusu (QAYT)
Fibroblastların proliferasiyasına və hialuron turşusu, qlutation və kollagen sintezinə səbəb ola bilər, bununla da, dərinin nəmlənməsini və elastikliyini artıraraq, onu daha hamar və cavan edir. Dəri səthində, mimik əzələlərin rahatlaşmasına və gərginləşməsinə nəzarət edən QAYT-reseptorlar mövcuddur. QAYT sürətli şəkildə dəriyə nüfuz edə və QAYT-reseptorları aktivləşdirə bilər - gərgin mimik əzələlər rahatlaşır, mimik qırışlar isə hamarlaşır.
∙ Dəridə hialuron turşusunun ifrazı 2 dəfə artır*.
∙ Qırışların təzahürləri 17% azalır*.
∙ Dəri 10% daha elastikdir*.
• EGF (shEGF) epidermal artım amili
Derma fibroblastlarının artımını stimullaşdırır və dəri elastikliyini artırır.
Hüceyrələrin bərpasına kömək edir, qırışları açır və dərini daha hamar və zərif edir. Bərpa proseslərini sürətləndirir, mikrosirkulyasiyanı yaxşılaşdırır, detoksikasiyaya kömək edir, lipofustsin (sarımtıl-qonur yaşlanma piqmenti) yığınlarını azaldır.
• Svertsiya cövhəri SWT-7H
Svertsiya cövhəri zülalların (kollagen və elastinin) həcmli strukturunu bərpa edir, yaşla əlaqədar nazikləşmiş dəriyə təsir göstərərək, epidermisin qalınlığını artırır. Dəri sallaqlığı ilə mübarizə aparır, üfüqi və şaquli qırışları hamarlaşdırır.
• İlk tətbiqdən etibarən dodaq boyası yayılmasının 2 dəfə azalması!
• 7 gün istifadə olunduqdan sonra dodaqlar ətrafındakı qırışlar daha az nəzərə çarpır.
• LIFTONIN® (RAHN, İsveçrə)
Palıd qallarından (mürəkkəb fırlarından) əldə olunan büzücü aşılayıcı turşunu və bioloji cəhətdən əlverişli nəbati silisium törəmələri ilə zəngin olan darı (Panicum miliaceum) cövhərini özündə birləşdirir.
∙ Kollagenaza, elastaza və hialuronidazanı ləngidir, bu da dəri strukturunun keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, onu deqradasiyadan qoruyur.
∙ Hüceyrədənkənar derma matrisasında lif şəbəkəsinin sıx toxunmasına və sabitləşməsinə kömək edir.
∙ Fibroblastların funksiyasını dəstəkləyir, kollagen ifrazını 42%* artırır!
∙ Dəri rənginin bərabərləşməsinə kömək edir.
∙ Dərinin mikrostrukturunu cavanlaşdıraraq, qırışların və nazik xəttlərin dərinliyini azaldır, tonu bərabərləşdirir və yaxşılaşdırır.
∙ Nazik xəttlər, qırışlar və məsamələr kimi dəri qeyri-mükəmməllikləri qısamüddətli perspektivdə azalır, uzunmüddətli perspektivdə isə onların əmələ gəlməsinin qarşısı alınır.
• 17 amin turşudan ibarət kompleks
Təbii nəmləndirici amilin amin turşuları tərkibini yenidən qurur, transepidermal nəm itkisinin qarşısını alır və xırda səthi qırışları açır.
• Şəffaflaşdırıcı kompleks
Çoxsəviyyəli və çoxməqsədli təsirə nail olmaq üçün altı xüsusi komponent (laktobion turşusu, badam (fenilqlikol) turşusu, traneksamik turşu, karnozin, nonapeptid-1, niasinamid) bir-biri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərir Kompleks melanin ifrazını azaltmağa, artıq əmələ gələn piqmenti aradan qaldırmağa, dəri tonunu bərabərləşdirməyə qadirdir. Qlikozaminqlikanların ifrazını stimullaşdırır, dərini nəmliyini və elastikliyini dəstəkləyir. Solğun üz rəngini aradan qaldırmağa kömək edir, dəriyə parlaqlıq bəxş edir.
• Laklı qovğa göbələyi (innovativ hüceyrə şirəsi formasında)
Qidalı maddələrlə zəngin hüceyrə suyu adətən göbələyin vakuollarında, sitoplazmasında və hüceyrə divarlarında yerləşir. Antioksidant müdafiəni təmin edir, iltihab əleyhinə təsirə malikdir.
• Niasinamid (vitamin PP)
Dərinin səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır. Kollagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, elastikliyi artırır və dəri teksturasını yaxşılaşdırır, piqmentasiyanı və məsamələrin ölçüsünü azaldır.
• Yapon kameliyası (tsubaki) yağı
Kollagen sintezini aktivləşdirir, dərinin elastikliyini artırır, onun teksturasını yaxşılaşdırır və hamarlaşdırır.
• Arabinoqalaktan
Ani mexaniki liftinqi təmin edir.
• Sidr yağı
Vitamin E və əvəzolunmaz linol turşusunun mənbəyidir. Səddi xüsusiyyətləri pozulmuş quru, yaşlanan, zəifləmiş dərini səmərəli şəkildə bərpa edir. Dərinin müdafiə səddini və yerli immunitetini bərpa edir, nəmin saxlanmasına kömək edir. Nəzərə çarpan iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.
• Qara zirə yağı
Omeqa-6 və -9 turşuları, 15 növ amin turşusu, onların arasında 8 əvəzolunmazı, vitaminlər və minerallar ehtiva edir. Bərpa proseslərini stimullaşdırır və dərinin öz kollageninin ifrazına kömək edir, dəri bütövlüyünün bərpasını sürətləndirir, onun elastikliyini olduqca artırır, mikrosirkulyasiyanı və limfa axınını yaxşılaşdırır. Çox yüksək antioksidant fəallığa və allergiya əleyhinə təsirə malikdir.
• Makadamiya yağı
Həssas dəriyə mükəmməl uyğundur. Dərini yumşaldır, qidalandırır və onun bərpa olunmaq qabiliyyətini artırır. Öz möhtəşəm nüfuz etmək qabiliyyəti sayəsində təsirli şəkildə susuzlaşmanın qarşısını alır.
• Allantoin
Epidermisin üst qatlarını yumşaldır, asanlıqla ölmüş hüceyrələri və qərni təbəqəni təmizləyir. Toxumaların bərpasını işə salır, bu da dolayısilə cavanlaşma proseslərinə təsir edir. Məsamələri daraldır, qabıqlanmadan müdafiə edir, kobudlaşmış, havanın təsiri nəticəsində codlaşmış dərini qaydasına salır.
• Öküzotu
Qan mikrosirkulyasiyasını və dərinin həyati vacib maddələr ilə təchizatını yaxşılaşdırır, damar divarlarının nüfuz qabiliyyətini azaldır və onların elastikliyini artırır, bu da nəticədə kuperoz təzahürlərinin azalmasına səbəb olur.
Experalta Platinum intellektual sistemi
Sintezin təməl proseslərinin düzgün sazlanmasına və dəri strukturunun dərindən formalaşdırılmasına ağıllı yanaşma.
∙ Dəriyə yaxın olan inqrediyentlər.
∙ Yuxu çatışmazlığının və həyati vacib elementlərin kompensasiyası.
∙ Energiyanın bərpası.
∙ Məhvedici oksidləşmədən müdafiə.
Mahiyyəti nədədir?
Sistemin cavan dəriyə xas struktur elementlərinin ifrazına yenidən sazlanması.
∙ Dəri elastikliyini artırır.
∙ Qırışları açır.
∙ Üz ovalını dartır.
∙ Parlaqlığı qaytarır.
Sistem işləyir!
Hər bir məhsul, dərinin yaşlanmasının müxtəlif səbəblərinə yönləndirilmiş, xüsusilə seçilmiş fəal maddələr ehtiva edir. Qlobal məqsəd: dərinin dərin qatlarında çalışaraq, cavan dəriyə xas proseslərin sürətini və keyfiyyətini qaytarmaq və dərinin yaşlanması amillərinin təzahürlərini aradan qaldırmaq.
• Bitki peptidləri ilə intellektual krem
Dərinin teksturasını və strukturunu yaxşılaşdırır, yaşlanma ilə bağlı sarımtıl çaların yaranmasının qarşısını alır. Nəticədə dəri daha hamar və sıxdır, qırışların ölçüləri və dərinliyi azalıb, üz ovalı daha qətidir.
• Bitki peptidləri ilə intellektual zərdab
Dərindən çalışaraq, dərinin optik xüsusiyyətlərinə təsir göstərir: mimik qırışları açır, kölgələri və ton bərabərsizliklərini aradan qaldırır. Stressə məxsus solğun boz dəri çalarını aradan qaldırır.
• Melatonin ilə intellektual gecə kremi
Hətta yuxu çatışmazlığı zamanı dərinin gecə vaxtı tamdəyərli bərpasını təmin edir. Səhər dəri daha təravətli, dincəlmiş və cavandır, nəzərə çarpan yorğunluq əlamətləri və göz altında tünd dairələr olmadan.
Nə zaman tətbiq edilməlidir?
∙ Dəri elastikliyini itirir.
∙ Üz çərçivəsi aşağı "sürüşür".
∙ Üzdə olan qırışlar nəzərə çarpır.
∙ Liftinq-təsir tələb olunur.
∙ Dəri olduqca quru və qeyri-elastikdir.
∙ Qeyri-bərabər dəri tonu, yaşla əlaqədar piqmentasiya.
∙ Dodaqətrafı ("kisəcik") qırışlar.
Hər bir flakonda:
• 7 innovativ kompleks
Zəmanətli təsir üçün.
• 4 təbii yağ
Dərinin misilsiz şəkildə qidalanması və müdafiəsi üçün.
• 17 növ amin turşusu
Dərini nəmləndirilmiş və zərif saxlamağa kömək edir.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Parabensiz. SLS/SLES olmadan. Ftalatlarsız. GMO olmadan. Mineral yağ olmadan.
* Seriyanın fəal maddələrinin sınaqlardan keçirilməsi zamanı könüllülərin məmnuniyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən.
** Dermatoloji sınaqların nəticələrinə əsasən.
Səhər və/və ya axşam az miqdarda kremi yüngül massaj hərəkətləri ilə təmizlənmiş üz dərisinə çəkin.
(INCI): Aqua (Water), Behenyl Alcohol, Caprylic/Capric Triglyceride, C9-12 Alkane, Glycerin, Macadamia Integrifolia (Macadamia) Seed Oil, Niacinamide, Coco-Caprylate/Caprate, Isopropyl Palmitate, Polyglyceryl-2 Stearate, Propanediol, Glyceryl Stearate, Galactoarabinan, Stearyl Alcohol, Camellia Japonica (Tsubaki) Seed Oil, Pinus Sibirica (Cedar) Seed Oil, Sh-Oligopeptide-1, Aminobutyric Acid, Allantoin, Acacia Senegal Gum, Ganoderma Lucidum Extract, Inonotus Obliquus Extract, Panicum Miliaceum (Millet) Seed Extract, Lactobionic Acid, Mandelic Acid, Tranexamic Acid, Swertia Chirata Extract, Arnica Montana Flower Extract, Capparis Spinosa Bud Extract, Hydrolyzed Pinus Sibirica Seedcake Extract, Rhodiola Rosea Root Extract, Acanthopanax Senticosus (Eleuthero) Root Extract, Cordyceps Sinensis Extract, Parfum, Xanthan Gum, Tocopherol, Caprylhydroxamic Acid, Nigella Sativa (Caraway) Seed Oil, Maltodextrin, 1,2-Hexanediol, Morus Nigra Leaf Extract, Tannic Acid, Lactobacillus Ferment, Carnosine, Glycine, Glutamic Acid, Aspartic Acid, Ethylhexylglycerin, Nonapeptide-1, Alanine, Arginine, Valine, Histidine, Isoleucine, Leucine, Lysine, Methionine, Proline, Serine, Tyrosine, Threonine, Phenylalanine, Cysteine, Lecithin, Citric Acid, Potassium Sorbate, Pentylene Glycol, Sodium Hydroxide, Limonene, Linalool.