Cavanlıq və gözəllik ehtiyatları - maksimal dərəcədə!
Dərinin dərin qatlarında gecə bərpası
Gecə istirahəti zamanı dəri üçün vacib olan bir çox proseslər baş verir: onun nüfuz qabiliyyəti olduqca yüksəlir, qan axınının sürəti artır, köhnə hüceyrələr yenilənir və yeniləri əmələ gəlir, kortizol səviyyəsi aşağı düşür və DNT hüceyrələri bərpa olunur. Bu zaman həmçinin melatonin - yaşlanma proseslərini ləngidən yuxu hormonu - ifraz olunur.
Experalta Platinum intellektual gecə kreminin tərkibinə xronobiologiya və epigenetika prinsiplərinə əsaslanan trend komponentlər daxildir. Bu cür formul məqsədli şəkildə dərinin müxtəlif qatlarında fəaliyyət göstərərək, onun xarici görünüşünü nəzərə çarpacaq dərəcədə dəyişməyə, dəriyə hamarlığını və elastikliyini qaytarmağa kömək edir.
Dərinin bərpası rejimini qoşun!
Məsuliyyətli gözəllik
İntellektual gecə kreminin qabı tamamilə emal edilə bilər. Qabın üst korpusu emal edilmiş plastikdən hazırlanıb.
• Regenight çay ağacı yağı
2023-cü ilin innovasiyası - çay ağacının fəal molekulları. Nəfəs aldıqda və dəriyə çəkildikdə təsirlidirlər - melatonin ifrazını artıraraq, daha dərin, sakit yuxunu təmin edirlər. Klinik olaraq sübut edilib ki, Regenight yuxunun keyfiyyətini və müddətini artırır: orqanizmin bərpa olunuduğu dərin yuxu fazalarının müddətini 7,4%, yəni 5,4 dəqiqə uzadır! Bu faza ortalama olaraq 20-40 dəqiqə davam edir və, həmçinin, dərinin bərpasına da təsir edir.
+77% - oksidləşmə stressini azaltmaq üçün dəri hüceyrələrində antioksidant genlərin ifrazını azaldır*
+69% - dəri hüceyrələrində melatonin ifrazını artırır*
+58% - dəri hüceyrələrində kollagen istehsalına görə cavab verən genlərin ifrazını artırır*
+42% - dərinin nəmlənməsini artırır*
+30% - dərinin dərin qatlarından nəm itkisini azaldır (TENİ)*
+26% - dərinin elastikliyini artırır*
+20% - göz ətrafında "qaz ayaqlarının" dərinliyini azaldır*
+19% - göz altında tünd dairələrinin təzahürünü azaldır*
• Liposomal melatonin
Üzümdən əldə edilən təbii bərpaedici komponent mitoxondrilərin membran potensialını və ATF ifrazını artırmağa qadirdir, energiya çatışmazlığını aradan qaldırır. Dəriyə parlaqlıq və təravətli görünüş bəxş edir, onun bərpasına və revitalizasiyanına kömək edir. Antioksidant müdafiənin gücləndirilməsi sayəsində, ekstremal temperaturlar da daxil olmaqla, ətraf mühitin stressli təsirlərinə qarşı müqaviməti artırır.
• Buzlaq bakteriyasının cövhəri
Narahat həyat tərzi, stress və pis yuxu gigiyenası gecə istirahətinin keyfiyyətini azaldır. Uzunmüddətli yuxu çatışmazlığı ümumi yaşlanma amilləri olan UB-şüalanma və oksidləşmə stressi kimi təsir göstərir, uzunmüddətli mənfi nəticələrə gətirib çıxarır. Dəri üçün xroniki yuxu çatışmazlığı gecələr bərpa prosesləri zamanı istehsal olunan zülalların düzgün strukturlaşması üçün energiyanın çatışmazlığı deməkdir. Zülalların tələb olunan funksiyanı düzgün yerinə yetirməsi üçün amin turşuları zənciri düzgün burulmalıdır. Yuxu çatışmazlığı nəticəsində səhv burulan zülallar toplanır, bu da öz növbəsində, stressə səbəb olur və hüceyrənin zədələnməsinə gətirib çıxarır. Yuxu zamanı hüceyrələrin yetərsiz bərpası ümumilikdə bərpa prosesinin pozulmasına gətirib çıxarır. Nəticə - solğun dəri, yorğun görünüş.
Ekstremofil cövhəri zülalların düzgün burulmasının və fəallaşdırılmasının təminində əsaslanan yaşlanma ilə mübarizənin ən yeni mexanizmini kəşf etməyə imkan verdi. Hüceyrə energiyasının ifrazını xeyli artırır, dəri relyefini yaxşılaşdırır, yuxu və istirahət çatışmazlığına baxmayaraq, dəri parlaqlığını təmin edir.
+27,5% - yuxu çatışmazlığı şərtlərində dəri hüceyrələrində ATF ifrazını artırır (in vitro)*
Sınaqdan keçirənlərin 90%-i təsdiq etdi ki, onların dərisi daha gözəl görünməyə başladı!*
Sinaqdan keçirənlərin 71%-i təsdiq etdi ki, yorğunluq əlamətləri olduqca az nəzərə çarpmağa başladı*
• Bioloji cəhətdən əlverişli silisium
Dəri strukturunun yenidən qurulması üçün zəruridir, dərinin bio-mexaniki xüsusiyyətlərini yaxşılaşdırır. Kollagen ifrazını stimullaşdırır, derma-epidermal birləşməni sabitləşdirir, dəri elastikliyini artırır, onun duzgün quruluşunu saxlayır. Oksidləşmə və qlikasiya nəticəsində yaranan zədələnmələrin qarşısını alır.
• Aşağı molekulyar çəkiyə malik hialuron turşusu
Dərin dərin qatlarına nüfuz etməyə və nəm ehtiyatları yaratmağa qadirdir.
• Sinergetik aşındırıcı kompleks
Karbohidratlar tərkibinə və alfa-hidroksi turşuların ümumi miqdarına görə standartlaşdırılmış tropik meyvələrin (qırmızı mombin, manqo, banan) lətindən əldə edilən meyvə turşuları əksfoliant kimi təsir göstərir. Yumşaq bioloji aşındırma nəticəsində hüceyrələrin yenilənməsi sayəsində dərinin tonusunu və parlaqlığını artırır. Dəri səddini möhkəmləndirən sıx birləşmələr zülalı olan klaudin-1 zülalının miqdarını artırır. Mimik və digər qırışların azalmasına səbəb olur, lipidlərin sintezini stimullaşdırır.
• Laklı qovğa göbələyi (ınnovativ hüceyrə şirəsi formasında)
Qidalı maddələrlə zəngin hüceyrə suyu adətən göbələyin vakuollarında, sitoplazmasında və hüceyrə divarlarında yerləşir. Antioksidant müdafiəni təmin edir, iltihab əleyhinə təsirə malikdir.
• Niasinamid (vitamin PP)
Dərinin səddi funksiyasını yaxşılaşdırır, transepidermal nəm itkisini, qızartıları, dərinin həssaslığını azaldır. Kollagen və dərinin öz seramidlərinin sintezini stimullaşdırır, elastikliyi artırır və dəri teksturasını yaxşılaşdırır, piqmentasiyanı və məsamələrin ölçüsünü azaldır.
• Sidr yağı
Vitamin E və əvəzolunmaz linol turşusunun mənbəyidir. Səddi xüsusiyyətləri pozulmuş quru, yaşlanan, zəifləmiş dərini səmərəli şəkildə bərpa edir. Dərinin müdafiə səddini və yerli immunitetini bərpa edir, nəmin saxlanmasına kömək edir. Nəzərə çarpan iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir.
• Qara zirə yağı
Omeqa-6 və -9 turşuları, 15 növ amin turşusu, onların arasında 8 əvəzolunmazı, vitaminlər və minerallar ehtiva edir. Bərpa proseslərini stimullaşdırır və dərinin öz kollageninin ifrazına kömək edir, dəri bütövlüyünün bərpasını sürətləndirir, onun elastikliyini olduqca artırır, mikrosirkulyasiyanı və limfa axınını yaxşılaşdırır. Çox yüksək antioksidant fəallığa və allergiya əleyhinə təsirə malikdir.
• Yağçiçəyi yağı
Omeqa-3, -6 və -9 turşuları, linolen turşusu ilə zəngindir, güclü yeniləyici, qidalandırıcı və bərpaedici təsirə malikdir, hüceyrələrin həyat qabiliyyətini qoruyur, onların strukturunu müdafiə edir və membranların bütövlyüyünü dəstəkləyir. Dəriyə hamarlıq və elastiklik bəxş edir, quruluq və dartınma əlamətlərini aradan qaldırır.
• Şi yağı (karite)
Qərbi Afrika ərazilərində bitən karitə ağacı meyvələrinin çəyirdəklərindən əldə edilən yağ. Bu yağın vətənində onu dəri və saçlara faydasına görə "qadın qızılı" adlandırırlar. Şi yağı misilsiz tərkibə malikdir: dərinin tonusunu dəstəkləmək və turqorunu artırmaq üçün zəruri olan vitaminlər, yağlı turşular və triqliseridlər kompleksi. Zəngin tərkibi sayəsində dərini qidalandırır, onun görkəmini yaxşılaşdırır, ona yumşaqlığını qaytarır, hidrolipid mantiyasını möhkəmləndirir. Xarici mənfi amillərin təsirindən, UB-şüalanmadan, temperatur dəyişkənliyindən, güclü küləkdən qoruyur. Dərini bərpa edir, hüceyrə bərpası proseslərini işə salır, epidermisin yenilənməsinə görə cavab verir. İntensiv şəkildə nəmləndirir, epidermisin səthində qoruyucu qat yaradır, transepidermal nəm itkisinin qarşısını alır, qabıqlanma və quruluğu azaldır, susuzlanmadan əmələ gələn xəttləri hamarlaşdırır.
• D-pantenol
İltihab əleyhinə və nəmləndirici təsirlərə malik vitaminli inqrediyent. Gecə vaxtı dəridə artıq mövcud olan iltihab prosesləri güclənir: dəri stressə və zədələnmələrə məruz qalır, daha həssas olur, narahatlıq hissi artır. Pantenol qıcıqlanmış və həssas dərini sakitləşdirir, gecə zamanı bərpa proseslərinin keyfiyyətli şəkildə keçməsi üçün şərait yaradır.
• Allantoin
Epidermisin üst qatlarını yumşaldır, asanlıqla ölmüş hüceyrələri və qərni təbəqəni təmizləyir. Toxumaların bərpasını işə salır, bu da dolayısilə cavanlaşma proseslərinə təsir edir. Məsamələri daraldır, qabıqlanmadan müdafiə edir, kobudlaşmış, havanın təsiri nəticəsində codlaşmış dərini qaydasına salır.
Experalta Platinum intellektual sistemi
Sintezin təməl proseslərinin düzgün sazlanmasına və dəri strukturunun dərindən formalaşdırılmasına ağıllı yanaşma.
∙ Dəriyə yaxın olan inqrediyentlər.
∙ Yuxu çatışmazlığının və həyati vacib elementlərin kompensasiyası.
∙ Energiyanın bərpası.
∙ Məhvedici oksidləşmədən müdafiə.
Mahiyyəti nədədir?
Sistemin cavan dəriyə xas struktur elementlərinin ifrazına yenidən sazlanması.
∙ Dəri elastikliyini artırır.
∙ Qırışları açır.
∙ Üz ovalını dartır.
∙ Parlaqlığı qaytarır.
Sistem işləyir!
Hər bir məhsul, dərinin yaşlanmasının müxtəlif səbəblərinə yönləndirilmiş, xüsusilə seçilmiş fəal maddələr ehtiva edir. Qlobal məqsəd: dərinin dərin qatlarında çalışaraq, cavan dəriyə xas proseslərin sürətini və keyfiyyətini qaytarmaq və dərinin yaşlanması amillərinin təzahürlərini aradan qaldırmaq.
• Bitki peptidləri ilə intellektual krem
Dərinin teksturasını və strukturunu yaxşılaşdırır, yaşlanma ilə bağlı sarımtıl çaların yaranmasının qarşısını alır. Nəticədə dəri daha hamar və sıxdır, qırışların ölçüləri və dərinliyi azalıb, üz ovalı daha qətidir.
• Bitki peptidləri ilə intellektual zərdab
Dərindən çalışaraq, dərinin optik xüsusiyyətlərinə təsir göstərir: mimik qırışları açır, kölgələri və ton bərabərsizliklərini aradan qaldırır. Stressə məxsus solğun boz dəri çalarını aradan qaldırır.
• Melatonin ilə intellektual gecə kremi
Hətta yuxu çatışmazlığı zamanı dərinin gecə vaxtı tamdəyərli bərpasını təmin edir. Səhər dəri daha təravətli, dincəlmiş və cavandır, nəzərə çarpan yorğunluq əlamətləri və göz altında tünd dairələr olmadan.
Nə zaman tətbiq edilməlidir?
∙ Dəri elastikliyini itirir.
∙ Üzdə olan qırışlar nəzərə çarpır.
∙ Liftinq-təsir tələb olunur.
∙ Dəri olduqca quru və qeyri-elastikdir.
∙ Dəri yorğun görünür və göz altında tünd dairələr var.
∙ Boz üz rəngi.
Hər bir flakonda:
• 4 təbii efir yağı
Dərinin misilsiz şəkildə qidalanması və müdafiəsi üçün.
• 5 innovativ komponent
Derma səviyyəsinə təsir edərək, cavanlıq və gözəlliyi qoruyub saxlamağa kömək edir.
• Təməlində 100% elmi tədqiqatlar
Zəmanətli təsir üçün.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Parabensiz. SLS/SLES olmadan. Ftalatlarsız. GMO olmadan. Mineral yağ olmadan.
* Sınaqların nəticələri (in vivo və in-vitro) fəal inqrediyentlərin istehsalçıları tərəfindən təqdim olunub.
Axşamlar az miqdarda kremi yüngül masaj hərəkətləri ilə təmizlənmiş üz dərisinə çəkin.
Fəal maddələr: Regenight çay ağacının fəal molekulları, IceAwake buzlaq bakteriyasının cövhəri, sinergetik aşındırıcı kompleks, bioloji cəhətdən əlverişli silisium, aşağı molekulyar çəkiyə malik hialuron turşusu, niasinamid, laklı qovğa göbələyi, dəyərli yağlar.
(INCI): Aqua (water), Panthenol, C15-19 Alkane, Behenyl Alcohol, Isopropyl Palmitate, Niacinamide, Camelina Sativa (Camelina) Seed Oil, Caprylic/Capric Triglyceride, Butyrospermum Parkii (Shea) Butter, Propanediol, Polyglyceryl-2 Stearate, Pinus Sibirica (Cedar) Seed Oil, Triheptanoin, Glyceryl Stearate, Stearyl Alcohol, Spondias Mombin Pulp Extract, Mangifera Indica (Mango) Pulp Extract, Musa Sapientum (Banana) Pulp Extract, Acacia Senegal Gum, Ganoderma Lucidum Extract, Inonotus Obliquus Extract, Nigella Sativa (Caraway) Seed Oil, Sodium Hyaluronate, Melatonin, Glycerin, Cordyceps Sinensis Extract, Phospholipids, Methylsilanol Mannuronate, Melaleuca Alternifolia (Tea Tree) Leaf Oil, Maltodextrin, Succinic Acid, Tocopherol, Xanthan Gum, 1,2-Hexanediol, Caprylhydroxamic Acid, Lactobacillus Ferment, Parfum, Benzyl Alcohol, Potassium Sorbate, Citric Acid, Limonene, Linalool.