• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
İcy Vanilla, ətriyyat suyu

İcy Vanilla, ətriyyat suyu, 50 ml

Nordic Garden ətirlər kolleksiyası
Günorta günəşi ilə isidilmiş ovsunlanmış bağ, ətirlərlə dolaraq, həyata oyanır. Qığılcımlı sitrus başlanğıc və qara qarağat çalarları ətrin vanil, süsən və oduncaq vurğularından ibarət zərif mərkəzində əriyir. Şleyf praline, tonka paxlaları və şirin pambıq buludu ilə bürüyür.
Əsas çalarlar: sitrus, qara qarağat, süsən, paçuli, tonka paxlaları, praline, şirin pambıq, müşk.
Artikul: 430152
Həcm: 50 ml
Qalıb: 6 əd.
70 ₼
62 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Buz kimi gözəllik
    Nordic Garden ətirlər kolleksiyası! Burada, saflığı, ahəngi və təbiiliyi mədh edərək, şimali təbiətin qüsursuz gözəlliyi canlanır.
  • Təravət və şirinliyin mükəmməl müvazinəti
    Qığılcımlı sitrus meyvələri və giləmeyvələr rəvanlıqla yumşaq vanilə və süsənə keçirlər.
  • Nəfis şleyf
    Tonka paxlaları, praline və şirin pambıq yüngül cazibə buludu yaradırlar.
  • Müəllif ətri
    Suazik Bokur (Soizic Beaucourt) - Aromapolis Olfactive Studio niş kompozisiyalarının müallifi, Eurofragance (Barselona) komandasının iştirakçısı.

Sevinc və zəriflik ətri
Nordic Garden ovsunlanmış bağından ətriyyat hekayəsi.

Şərqi, nəfis
İlk çalarlar: sitrus çalarları, meyvə akkordu, qara qarağat
Mərkəzi çalarlar: süsən, vanil, paçuli, oduncaq çalarları
Şleyf: tonka paxlaları, praline, şirin pambıq, müşk

Günəş yarpaqların arasından şəfəq saçır, hava təravətli və şəffafdır, və onda sitrusların, meyvə akkordlarının və abdar qara qarağatın ilk çalarları səslənir.
Ətrin mərkəzini vanil, süsən və oduncaq çalarları açır - bəyaz qar örtüyündə brilyantlar tək bərq vuran günəş şöləsi kimi yumşaq.
Tonka paxlaları, praline və şirin pambıqdan ibarət nəfis şleyf təkrar yaşamaq istədiyin görüş kimi xatirələrdə qalır.
Bütün mövsümlər üçün və universal olan o, həm gündüz, həm axşam eyni şəkildə ahəngdar səslənir. Bu ətirdə, sakitlik və özünə inam hisslərini bəxş etmək üçün, təravət və şirinlik birləşir.

Gözlərinizi yumun və Icy Vanilla ətrini içinizə çəkin - ətrafdakı hər şeyin ahəngdar və duzgün göründüyü o xüsusi vəziyyəti xatırlayın. Ətrə sizinlə eyni vəzndə hərəkət etməyə imkan verin - Icy Vanilla ətrini nəbz nöqtələrinə və ya saçlara vurun ki, şleyfi sizi hər hərəkətinizdə müşayiət etsin.

Ətrin olfaktor portreti

  • İlkin çalarlar
       • Sitrus çalarlar - təravətli, qığılcımlı, parlaq. Günün əvvəlinə yüngüllük və gümrahlıq hissləri bəxş edir, saf, təravətli, şaxtalı hava təəssüratı yaradır. Sanki Ovsunlanmış bağda ağac çətirlərinin arasından görünən ilk günəş şüası.
       • Meyvə akkordu - abdar, turşa-şirin, dadlı. Kompozisiyaya sevinc və xoşbəxtlik hiss qatır.
       • Qara qarağat - ədviyyəli, yüngül yaşıl çalarlı. Ətrin dərinliyini və xasiyyətini yaradır, bir qədər tikanlı başlanğıcı vurğulayır. Ovsunlanmış bağda vanil çiçəyinin ləçəyindəki sərin şeh damlası.
  • Mərkəzi çalarlar
       • Süsən - kirşanlı, zərif, məxməri səslənmə. Nəcibanə yumşaqlıq və ipək incəliyi bəxş edir. Yalnız səhər sükunətində açılan nadir şimali çiçəyin ləçəyi.
       • Vanil - isti, qaymaqlı, bürüyücü hiss. Bəyaz qar örtüyündə brilyantlar tək bərq vuran günəş şöləsi kimi.
       • Paçuli - torpaqlı, bir qədər nəm, dərin səslənmə. Qatılığı artırır, kompozisiyanı daha həcmli və çoxtərəfli edir.
       • Oduncaq çalarları - quru, nəcib, təbii səslənmə. Dözümlü əsas və struktur yardırlar. Bağın hekayələrini saxlayan əsrlik ağacların gövdələri kimi.
  • Şleyf
       • Tonka paxlaları - şirin-ədviyyəli, badam və karamel çalarlı ətir. Kompozisiyaya dərinlik və yumşaq istilik bəxş edir. Balaca bir sirri gizlədən isti ovuc içləri kimi.
       • Praline - şirin, fındıqlı, desert səslənmə. Ətrin nəfis cazibəsini gücləndirir.
       • Şirin pambıq - havalı, şəkərli, sevinc dolu səslənmə, kompozisiyaya oynaqlıq və yüngüllük bəxş edir. Ovsunlanmış meşənin üstündən uçan yüngül bulud kimi.
       • Müşk - yumşaqlıq, məxmərilik və gizlilik. Ətrin bütün çalarlarını bir şleyfə birləşdirir. Axşamüstü Ovsunlanmış bağı bürüyən yüngül duman kimi.

Nordic Garden
Buz kimi gözəllik
Şimal təbiətinin gözəlliyindən - havanın saflığından, qırovun xırçıltılı təravətindən, şəffaf qardan, qarlı mənzərələrin dincliyindən və vəhşi floranın kövrək gözəlliyindən - ilham almış niş ətirlər kolleksiyası.
Hər bir ətir - sehrli ovsunlanmış bağın nəfəsi kimidir, sizi özünüzə qaytarmaq və və daxili müvazinət hissini bəxş etmək üçün yaradılıb.
Büllur təravəti. Məxməri zəriflik. İsti işıq.
Siz nəyi seçəcəksiniz?

Aşağıda sadalanan şəxslər üçün:
• təravət və şirinliyin birləşməsini sevənlər;
• həm iş, həm şəxsi görüşlər üçün uyğun ətri seçənlər;
• ətriyyatda hekayələrə və ab-havaya dəyər verənlər.

İstehlakçılar tərəfindən ətrin qavranmasının nəticələri
   • İSTİFADƏDƏN DƏRHAL SONRA:
85% razıdır ki, Icy Vanilla ətri gündəlik istifadə üçün rahatdır.
   • ƏTİR DƏRİDƏ 8 SAATDAN SONRA DA TANINIR:
85% razıdır ki, Icy Vanilla ətri dəridə hiss olunur.
   • 12 SAAT SONRA ƏTRİ DƏRİDƏ HİSS EDİRLƏR:
80% razıdır ki, Icy Vanilla ətri hələ də dəridə hiss olunur.
73 nəfərin (25-55 yaş arası) iştirakı ilə istehlakçı tədqiqatında sınaqdan keçirilib, cavablar dərhal, səkkiz saat sonra və 12 saat sonra təqdim edilirdi.

Tətbiq edilmə

Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!).

Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın.

Ətri aşağıda sadalanlardan asılı olaraq seçin:
• mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün);
• günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı);
• əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı).

Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.

Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.

Tərkib

Tərkib: spirt (80%), ətriyyat kompozisiyası, su, linalool, benzilsalisilat, limonen, alfa-izometil-ionon, sitronellol, kumarin, sitral, geraniol.

(INCI): Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Benzyl Salicylate, Limonene, Alpha-Isomethyl Ionone, Citronellol, Coumarin, Citral, Geraniol.

Şərqi, nəfis.
İlk çalarlar: sitrus çalarları, meyvə akkordu, qara qarağat.
Mərkəzi çalarlar: süsən, vanil, paçuli, oduncaq çalarları.
Şleyf: tonka paxlaları, praline, şirin pambıq, müşk.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.