Kristal saflığın və şimal gecəsi şəfəqinin ətri
Nordic Garden ovsunlanmış bağından ətriyyat hekayəsi.
Ənbər, sitrus
İlk çalarlar: berqamot, narınc çiçəyi, zəncəfil
Mərkəzi çalarlar: zanbaq, akvatik və oduncaqlı akkordlar
Şleyf: müşk, ənbər, vanil
Frozen Lily sizi Ovsunlanmış Nordic Garden bağına, axşamın başladığı, üfüqdə isə şimal işıqlarının bərq vurmağa başladığı o ana aparır.
İlk çalarlarda - berqamotun qığılcımlı təravəti, şəffaf narınc çiçəyi və zəncəfilin yüngül soyuğu - şaxtalı havada nəfəs kimi.
Ətrin mərkəzi zanbağın kövrək gözəlliyi, akvatik çalarların saflığı və oduncaq akkordlarının sakitliyi ilə açılır - donmuş gölün səthində ayın əksi kimi.
Müşk, ənbər və yumşaq vanildən ibarət şleyf ətrin büllur fəzasında istilik və yaxınlıq hissləri yaradır.
Ətrə sizinlə eyni vəzndə hərəkət etməyə imkan verin - Frozen Lily ətrini nəbz nöqtələrinə və ya saçlara vurun ki, şleyfi sizi hər hərəkətinizdə müşayiət etsin.
Ətrin olfaktor portreti
Nordic Garden
Buz kimi gözəllik
Şimal təbiətinin gözəlliyindən - havanın saflığından, qırovun xırçıltılı təravətindən, şəffaf qardan, qarlı mənzərələrin dincliyindən və vəhşi floranın kövrək gözəlliyindən - ilham almış niş ətirlər kolleksiyası.
Hər bir ətir - sehrli ovsunlanmış bağın nəfəsi kimidir, sizi özünüzə qaytarmaq və və daxili müvazinət hissini bəxş etmək üçün yaradılıb.
Büllur təravəti. Məxməri zəriflik. İsti işıq.
Siz nəyi seçəcəksiniz?
Aşağıda sadalanan şəxslər üçün:
• çoxtərəfli və dərin ətir axtaranlar;
• çiçəkli və akvatik çalarların birləşməsini sevənlər;
• şimal təbiətinin ab-havasına və sakitliyə dəyər verənlər.
İstehlakçılar tərəfindən ətrin qavranmasının nəticələri
• İSTİFADƏDƏN DƏRHAL SONRA:
89% razıdır ki, Frozen Lily ətri istənilən vəziyyət üçün uyğundur.
• ƏTİR DƏRİDƏ 8 SAATDAN SONRA DA TANINIR:
80% razıdır ki, Frozen Lily ətri davamlıdır.
• 12 SAAT SONRA ƏTRİ DƏRİDƏ HİSS EDİRLƏR:
80% razıdır ki, Frozen Lily ətri hələ də dəridə hiss olunur.
73 nəfərin (25-55 yaş arası) iştirakı ilə istehlakçı tədqiqatında sınaqdan keçirilib, cavablar dərhal, səkkiz saat sonra və 12 saat sonra təqdim edilirdi.
Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!).
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın.
Ətri aşağıda sadalanlardan asılı olaraq seçin:
• mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün);
• günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı);
• əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı).
Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.
Tərkib: spirt (80%), ətriyyat kompozisiyası, su, benzilsalisilat, limonen, sitronellol, linalool, sitral, evgenol, izoevgenol, geraniol.
(INCI): Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Benzyl Salicylate, Limonene, Citronellol, Linalool, Citral , Eugenol, Isoeugenol, Geraniol.
Ənbərli, sitrus.
İlk çalarlar: berqamot, narınc çiçəyi, zəncəfil.
Mərkəzi çalarlar: zanbaq, akvatik və oduncaqlı akkordlar.
Şleyf: müşk, ənbər, vanil.