Şimal səhərinin təravəti və müvazinəti
Nordic Garden ovsunlanmış bağından ətriyyat hekayəsi.
Çiçəkli, şərqi
İlk çalarlar: cirə, armud, meşə fındığı
Mərkəzi çalarlar: osmantus, şaftalı, jasmin, zəfəran
Şleyf: labdanum, büxur, ənbər, səndəl, vanil.
Crystal Pear - həyata oyanan şimali Nordic Garden bağının ətri. Tor kimi incə qırovdan günəşin ilk şüaları işıq saçır, havada ədviyyəli cirə, yetişmiş armud və isti meşə fındığının çalarları duyulur. Ətrin mərkəzi məxməri osmantus və abdar şaftalı, zərif jasmin və qızılı zəfəran ilə bərq vurur. Şleyfdə dərin, bürüyücü labdanum, büxur, ənbər, səndəl və incə vanil çalarları qalır - sanki bir daha qayıtmaq istədiyin qış bağında gəzinti haqqında xatirələr kimi.
Ətrə sizinlə eyni vəzndə hərəkət etməyə imkan verin - Crystal Pear ətrini nəbz nöqtələrinə və ya saçlara vurun ki, şleyfi sizi hər hərəkətinizdə müşayiət etsin.
Ətrin olfaktor portreti
Nordic Garden
Buz kimi gözəllik
Şimal təbiətinin gözəlliyindən - havanın saflığından, qırovun xırçıltılı təravətindən, şəffaf qardan, qarlı mənzərələrin dincliyindən və vəhşi floranın kövrək gözəlliyindən - ilham almış niş ətirlər kolleksiyası.
Hər bir ətir - sehrli ovsunlanmış bağın nəfəsi kimidir, sizi özünüzə qaytarmaq və və daxili müvazinət hissini bəxş etmək üçün yaradılıb.
Büllur təravəti. Məxməri zəriflik. İsti işıq.
Siz nəyi seçəcəksiniz?
Aşağıda sadalanan şəxslər üçün:
• ətriyyatda saflığa və təravətə dəyər verənlər, lakin eyni zamanda özlərindən sonra isti, bürüyücü səslənmə ilə açılan şleyf saxlamaq istəyənlər;
• hər hansı bir mövsüm və günün istənilən vaxtı üçün - işgüzar səhər görüşlərindən təmkinli axşam gəzintilərinə qədər - universal ətir axtaranlar;
• təravət və istilik müvazinəti ilə ətirləri sevənlər;
• hekayəsi olan zərif, çoxqatlı kompozisiyalara dəyər verənlər;
• ətriyyatı əhval-ruhiyyə yaratmaq və fərdiyyatı vurğulamaq üçün bir üsul kimi seçənlər;
• özünlə təklikdə qala biləcəyin, sakit, ahəngdar bir məkanın təbiətindən və ab-havasından ilham alanlar.
• 50 ml
Gündəlik istifadə üçün optimal format.
• 8 saata qədər davamlılıq
Uzunmüddətli səslənmə, nəzərə çarpan şleyf.
İstehlakçılar tərəfindən ətrin qavranmasının nəticələri
• İSTİFADƏDƏN DƏRHAL SONRA:
81% razıdır ki, Crystal Pear ətri gündəlik istifadə üçün xoşdur.
• ƏTİR DƏRİDƏ 8 SAATDAN SONRA DA TANINIR:
87% razıdır ki, Crystal Pear ətri dəridə hiss olunur.
• 12 SAAT SONRA ƏTRİ DƏRİDƏ HİSS EDİRLƏR:
87% razıdır ki, Crystal Pear ətri hələ də dəridə hiss olunur.
73 nəfərin (25-55 yaş arası) iştirakı ilə istehlakçı tədqiqatında sınaqdan keçirilib, cavablar dərhal, səkkiz saat sonra və 12 saat sonra təqdim edilirdi.
Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!).
Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın.
Ətri aşağıda sadalanlardan asılı olaraq seçin:
• mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün);
• günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı);
• əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı).
Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.
Tərkib: spirt (80%), ətriyyat kompozisiyası, su, linalool, benzilsalisilat, limonen, sitronellol, benzilbenzoat.
(INCI): Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Benzyl Salicylate, Limonene, Citronellol, Benzyl Benzoate.
Çiçəkli, şərqi.
İlk çalarlar: cirə, armud, meşə fındığı.
Mərkəzi çalarlar: osmantus, şaftalı, jasmin, zəfəran.
Şleyf: labdanum, büxur, ənbər, səndəl, vanil.