• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Fito-estrogenlər ilə intim gigiyena üçün deo-gel

Fito-estrogenlər ilə intim gigiyena üçün deo-gel, 250 ml

Women's Beauty CHRONOLONG
Yüngül təmizləyici gel nəzərə çarpan nəmləndirici və dezodarasiya edici təsir göstərir, intim nahiyədə narahatlıq hissinin və xoşagəlməz qoxunun yaranmasının qarşısını alır. Fəal maddələr bitki cövhərləri kompleksi ilə birləşmədə dərinin təbii müdafiəsini artırır və mikrofloranın sağlam müvazinətini dəstəkləyirlər.
Artikul: 430578
Həcm: 250 ml
Qalıb: 92 əd.
14,6 ₼
12 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Yaşla əlaqədar qulluq üçün fito-estrogenlər
    Klimaks və klimaksdan sonra dövrlərdə qadın orqanizminin xüsusiyyətlərinə nəzərən yaradılıb.
  • Dezodorasiya edici təsir
    Maqnoliya, pion və şanagüllə cövhərləri uzun müddət ərzində təravəti dəstəkləyərək, xoşagəlməz qoxunun əmələ gəlməsinin qarşısnı alır.
  • Mikrobiomun dəstəklənməsi
    Prebiotiklər (fruktooliqosaxaridlər) sağlam mikrofloranı bərpa edir və dəstəkləyirlər.

Qadınlar üçün menopauza dövründə intim gigiyena
Menopauza dövründə qadınlar tez-tez intim nahiyədə narahatlıq hiss edirlər. Bu hissin müxtəlif əlamətləri ola bilər - yanma, qaşınma və ya xoşagəlməz qoxu. Adətən bu əlamətlər cinsiyyət orqanlarının selikli qişasının quruluğuna görə əmələ gəlir. Lakin bilmək vacibdir ki, söz xəstəlik haqqında deyil, diqqət və qulluq tələb edən xüsusi fizioloji vəziyyət haqqında gedir.

Təbii komponentlər - xüsusi qulluq üçün

Təbii təmizləyici formul
Treqaloza, prebiotiklər, süd turşusu və lavanda efir yağının birləşməsi dərinin zərif, lakin təsirli təmizlənməsini və uzunmüddətli antiseptik müdafiəsini, nəmləndirilməsini və bərpasını təmin edir.
Bitki cövhərlərinin kompleksi etibarlı antioksidant müdafiəni təmin edir. Dəyərli komponentlər fəal maddələrin nüfuzetmə dərinliyini artırır, dərinin bərpasını sürətləndirir və hüceyrələrin yaşama qabiliyyətini gücləndirir, dərinin cavanlığını hüceyrə səviyyəsində uzadır.

  • Fruktooliqosaxaridlər
    Dəri mikrobiomunun dəstəklənməsinə və bərpasına səbəb olan güclü prebiotiklərdir. Onlar dəri səddini möhkəmləndirir, iltihab proseslərini azaldır və dərinin nəm ilə təmin olunmasını yaxşılaşdırır.
  • Trehaloza
    Nəbati polisaxariddir, yüksək nəmi saxlama qabiliyyətinə malikdir. Bundan əlavə olaraq, trehaloza yağlı turşuların parçalanması zamanı tez buxarlanan aldehidlərin əmələ gəlməsinin qarşısını alır. Bu da öz növbəsində orqanizmdə hormonal və yaşla əlaqədar dəyişikliklərin sayəsində əmələ gələn bədənin və fizioloji ifrazatların xüsusi xoşagəlməz qoxusunun (tər, dəri piyi, saçların qoxusu və s.) qarşısını almağa səbəb olur.
  • Süd turşusu
    Süd turşusu zərif nahiyənin mikroflorasını və düzgün pH-müvazinətini bərpa etməyə kömək edir. O, intim gigiyena vasitələrinin vacib və zəruri elementidir. Qadın orqanizmi selikli qişaların təbii müvazinətini Dederleyn çöpcüklərinin ifraz etdiyi süd turşusu sayəsində dəstəkləyir. Məhz onlar intim nahiyənin faydalı təbii florasının 90%-ni təşkil edir. Bu çöpcüklər yalnız xəstəlikləri törədən bakteriyaları məhv edir, təbii mikrofloranı saxlayır. Bundan savayı, süd turşusu təsirli şəkildə nəmləndirir və mikroblar əleyhinə təsir göstərir.
  • Fito-estrogenlər
    Hüceyrələrin bərpası prosesinin yaxşılaşmasına, kollagen, elastin və hialuron turşusu ifrazının artmasına səbəb olur, epidermis və derma hüceyrələrinin qarşılıqlı fəaliyyətini yaxşılaşdırır, mikrosirkulyasiyanı və su-duz mübadiləsini normallaşdırırlar. Bu, dəri tonusunun və elastikliyinin artmasına səbəb olur.
  • Lavanda efir yağı
    Antiseptik, iltihablar əleyhinə və bərpaedici xüsusiyyətlərə malikdir, həmçinin qıcıqlanmış və həssas dərini sakitləşdirir.
  • Maqnoliya, pion, şanagüllə və exinaseya cövhərlərinin kompleksi
    Sakitləşdirir, iltihabların aradan qaldırılmasına səbəb olur və antiseptik təsir göstərir; dermatomisetlərin və stafilokokkun yayılmasının qarşısını alaraq, xoşagəlməz qoxunun əmələ gəlməsindən müdafiə edən təbii dezodorasiya edici təsiri təmin edir.

Kimlər üçündür?
- Menopauza və hormonal dəyişikliklər dövründə olan qadınlar üçün.
- Dezodorasiya edici təsiri olan intim gigiyena vasitəsini axtaranlar üçün.
- Quruluğu və qıcıqlanmanı aradan qaldıran təmizləyici vasitələri seçənlər üçün.

Heyvanlar üzərində sınaqdan keçirilməyib. Məhsulun tərkibində heyvan komponentləri yoxdur
Tərkibində sulfatlar, ftalatlar, mineral yağlar və ətirləndiricilər yoxdur.

Tətbiq edilmə

Az miqdarda vasitəni ovuclarınızda köpükləndirin, intim nahiyələrə tətbiq edin, isti su ilə yuyun.

Tərkib

Fəal komponentlər: prebiotiklər (fruktooliqosaxaridlər); trehaloza; süd turşusu; fito-estrogenlər (Pueraria mirifica köklərinin cövhəri); lavanda efir yağı; maqnoliya, pion, exinaseya, şanagüllə, kətan toxumları cövhərləri.

Su, natrium kokosulfatı, kokamidopropilbetain, trehaloza, desil qlükozid, qliserin, süd turşusu, fruktooliqosaxaridlər, kokoqlükozid, natrium kokoamfoasetatı, izoamil laurat, qliseril oleat, maqnoliya cövhəri, Pueraria mirifica kökünün cövhəri, lavanda efir yağı, benzil spirt, pion cövhəri, exinaseya cövhəri, kətan toxumlarının cövhəri, şanagüllə cövhəri, benzoik turşu, hidrogenizə edilmiş palma qliseridlərinin sitratı, tokoferol, limon turşusu, sorbin turşusu, tetranatrium qlutamat diasetat, natrium hidroksidi, kalium sorbatı, natrium benzoatı, linalool.

(INCI): Aqua (Water), Sodium Coco-Sulfate, Cocamidopropyl Betaine, Trehalose, Decyl Glucoside, Glycerin, Lactic Acid, Fructooligosaccharides, Coco-Glucoside, Sodium Cocoamphoacetate, Isoamyl Laurate, Glyceryl Oleate, Magnolia Officinalis Bark Extract, Pueraria Mirifica Root Extract, Lavandula Angustifolia Flower Oil, Benzyl Alcohol, Paeonia Suffruticosa Root Extract, Echinacea Purpurea Extract, Linum Usitatissimum Seed Extract, Nelumbium Speciosum Extract, Benzoic Acid, Hydrogenated Palm Glycerides Citrate, Tocopherol, Citric Acid, Sorbic Acid, Tetrasodium Glutamate Diacetate, Sodium Hydroxide, Potassium Sorbate, Sodium Benzoate, Linalool.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.