Mürəkkəb dövr ərzində rahatlıq və nəmləndirmə
Estrogenlər, kollagen və piy toxumaları səviyyəsinin azalması, dərman vasitələrinin qəbulu və menopauza zamanı emosional yüklənmələr - bunların hamısı intim nahiyədə quruluğun və narahatlıq hissinin səbəbi ola bilər.
Yunan qozu, ağşam, lavanda və evkalipt yağları əsasında gel-qulluq səmərəli şəkildə dərini nəmləndirərək, onu həddən artıq qurumadan, qaşınma və yanmadan müdafiə edir. Maqnoliya, dazı və dəvədabanı cövhərləri mikro-zədələrin və çatların tez bir müddətdə sağalmasına səbəb olur, narahatlıq hissini aradan qaldırırlar. Təbii formul mikroblar əleyhinə və antiseptik təsir göstərir, yetkin dərini möhkəmləndirir və canlandırır.
Qadın həyatının keyfiyyətinə qayğı ilə
• Yunan qozu yağı
Yunan qozu yağı dəri örtüyünü dərindən nəmləndirir və nəzərə çarpan sakitləşdirici təsir göstərir. Bu komponent bitki yağları arasında tərkibindəki E vitamininin miqdarına görə tam bir rekordçudur. Onun tərkibində minerallar (fosfor, mis, sink, maqnezium, dəmir, kalsium, yod və kobalt), fitosterinlər, sfinqolipidlər və fosfolipidlər, karatinoidlər və bütün "dəri" vitaminləri - B, PP qrupundan A, K, C, E qədər - var. Olduqca zəngin tərkibi sayəsində dəri örtüyünün tez və dərindən nəmləndirilməsinə səbəb olur - bu, dərinin quru nahiyələrində xüsusilə nəzərə çarpır.
• Bal və arı südü cövhəri
Dəriyə müsbət təsir göstərən vitaminlərin və mikro-elementlərin dəyərli mənbəyidir. Dərinin nəmlənməsinə və təmizlənməsinə səbəb olur, antiseptik təsir göstərir. Tərkibinə B qrupu vitaminləri, karotin, askorbin turşusu, sink və yaşlanmanı ləngidən polifenollar daxildir.
• Skvalen (skvalan)
Gelin tərkibində olan skvalen (skvalan) molekulları asanlıqla dərinin lipid səddinə daxil olur, onu möhkəmləndirir və nəm itkisinin qarşısını alan qoruyucu qat əmələ gətirirlər. Bu komponent həddinən artıq quru dərinin vəziyyətini yaxşılaşdırır və yerli immuniteti gücləndirir. Dərinin elastikliyini artırır, onun bərpasını sürətləndirir, epidermal lipidlərin strukturunu bərpa edir.
• Şam ağacı terpentini
Təbiətdə bu, yapışqan qatranabənzər maddədir, iynəyarpaqlı ağacların qabığı zədələndikdə ifraz olunur. "Yara" yerində donaraq, o, ağacın daxili strukturlarını patogen mikro-orqanizmlərdən və zərərvericilərdən müdafiə edən sədd yaradır. İnsan dərisində terpentin eyni xüsusiyyətləri nümayiş etdirir - zədələnmiş və ya qıcıqlanmış nahiyəyə çəkildikdə, o, bakteriyalara və infeksiyalara qarşı hava keçirən örtü yaradır.
• Beta-sitosterol
Dərman bitkiləri yağlarından nəbati fito-sterol. Sakitləşdirici təsir göstərir, yetkin dərini möhkəmləndirir, dəri səddinin bütövlüyünü bərpa edərək, quru və həssas dərini müdafiə edir. Dərinin sağalmasına səbəb olur, qaşınmanı, qızartıları və qıcıqlanmanı aradan qaldırır.
• Fito-estrogenlər
Hüceyrələrin bərpası prosesinin yaxşılaşmasına, kollagen, elastin və hialuron turşusu ifrazının artmasına səbəb olur, epidermis və derma hüceyrələrinin qarşılıqlı fəaliyyətini yaxşılaşdırır, mikrosirkulyasiyanı və su-duz mübadiləsini normallaşdırırlar. Bu, dəri tonusunun və elastikliyinin artmasına səbəb olur.
• Bitki cövhərləri və efir yağları kompleksi
Etibarlı antioksidant müdafiəni təmin edir. Dəyərli komponentlər fəal maddələrin nüfuzetmə dərinliyini artırır, dərinin bərpasını sürətləndirir və hüceyrələrin yaşama qabiliyyətini gücləndirir, dərinin cavanlığını hüceyrə səviyyəsində uzadır.
Kimlər üçündür?
• Menopauza dövründə olan qadınlar üçün.
• İntim nahiyədə quruluq və narahatlıq hissindən əziyyət çəkən qadınlar üçün.
• Uşaqlıq yolunda seliyin səviyyəsi aşağı olan qadınlar üçün.
• Təbii yağlı lubrikant axtaran qadınlar və kişilər üçün.
Heyvanlar üzərində sınaqdan keçirilməyib.
Tərkibində süni boyaq maddələr və ətirləndiricilər yoxdur.
Az miqdarda geli yumşaq dairəvi hərəkətlərlə öncədən təmizlənmiş intim nahiyənin dərisinə çəkin. Yumayın.
Layfxaklar:
Geli rahat cinsi əlaqə üçün yağlı lubrikant kimi istifadə etmək olar (prezervativlər və cihazlar ilə eyni zamanda istifadə etmək tövsiyə edilmir).
Dərinin xırda səthi zadələri zamanı antibakterial müdafiə üçün sağaldıcı vasitə kimi istifadə edin (kəsiklər, cızıqlar, həşəratların sancması, dodaqlarda soyuqdəymə əlamətləri).
Fəal komponentlər: şam ağacı terpentini; kamfora;ağşam, evkalipt, lavanda, çay ağacı efir yağları; fito-estrogenlər (Pueraria mirifica); maqnoliya, dazı, dəvədabanı, biyan, bal, arı südü və çiçək tozcuğunun cövhərləri; fermentləşdirilmiş amarant; vitamin E.
Tərkib: günəbaxan toxumlarının yağı, gənəgərçək yağı, arı mumu, soya yağı, yunan qozu yağı, zeytun yağı, küncüt yağı, ağşam efir yağı, şam ağacı terpentini, kamfora, dazı cövhəri, dəvədabanı cövhəri, evkalipt efir yağı, sorbetan oleat, biyan cövhəri, bal cövhəri, arı südü cövhəri, çiçək tozcuğu cövhəri, lavanda efir yağı, maqnoliya cövhəri, izopropil metilfenol, tokoferol, çay ağacı efir yağı, beta-sitosterol, mentol, skvalen, pəncər unu fermentinin filtratı, Pueraria mirifica kökünün cövhəri, tokoferil asetatı, qliserin, su, kalium sorbatı, natrium benzoatı, linalool, limonen, kumarin.
(INCI): Helianthus Annuus Seed Oil, Ricinus Communis Oil, Cera Alba, Glycine Soja Oil, Juglans Regia Seed Oil, Olea Europaea Fruit Oil, Sesamum Indicum Seed Oil, Abies Sibirica Oil, Abies Sibirica Turpentine, Camphor, Hypericum Perforatum Extract, Tussilago Farfara Leaf Extract, Eucalyptus Globulus Leaf Oil, Sorbitan Oleate, Glycyrrhiza Glabra Root Extract, Mel, Royal Jelly Extract, Pollen Extract, Lavandula Angustifolia Flower Oil, Magnolia Officinalis Bark Extract, O-Cymen-5-Ol, Tocopherol, Melaleuca Alternifolia Leaf Oil, Beta-Sitosterol, Menthol, Squalene, Lactobacillus/Amaranthus Caudatus Seed Flour Ferment Filtrate, Pueraria Mirifica Root Extract, Tocopheryl Acetate, Glycerin, Aqua (Water), Potassium Sorbate, Sodium Benzoate, Linalool, Limonene, Coumarin.