• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Torqon (İpək), əl skrabı

Torqon (İpək), əl skrabı, 75 ml

Siberian Wellness
Əfsanəvi Sibir məlhəmləri kolleksiyasından çaytikanı yağı və pantenol ilə təmizləyici skrab səmərəli şəkildə çirklənmələrin öhdəsindən gəlir, zərif cilalanmanı təmin edir, əllərin dərisini hamar və məxməri edir.
Artikul: 430720
Həcm: 75 ml
Qalıb: 100+ əd.
12,9 ₼
10.5 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

30-cu yubiley ildə biz əfsanə-məhsullarımızı yada salır və "Torqon" əl skrabını sizə təqdim edirik. O, təsirli şəkildə çirklənmələrin öhdəsindən gəlir, qayğılı şəkildə cilalanmanı təmin edir, əllərin dərisini hamar və məxməri edir. Ən müxtəlif mənşəli çirklənmələri asanlıqla təmizləyir: ot, plastilin, qida və digər boyaq maddələr.

  • Çaytikanı yağı
    O, ən güclü təbii antioksidantlardan biridir. Çaytikanı dərinin vaxtından tez yaşlanmasının qarşısını alır, dəri rənginin və tonusunun yaxşılaşmasına kömək edir.
  • Pantenol
    Hətta ən quru bədən dərisinə rahatlıq hissini qaytarır: uzun müddətə nəmləndirir, yumşaldır, elastiklik bəxş edir. Pantenol tərkibli vasitənin tətbiqindən sonra dəri daha hamar və zərif olur, epidermisin kobud qərni qatı yumşalır, qabıqlanma və dartınma hissi aradan keçir.
  • Hidrolizə edilmiş dəniz kollageni
    İlkin strukturu saxlanılan təbii kollagen insan dərisinin keratini ilə yüksək oxşarlığa və səciyyəvi nəmi bağlamaq qabiliyyətinə malikdir. Dərhal dərini nəmləndirir, səddi funksiyanı dəstəkləyir, yumşaldır, aqressiv SFM-lərin təsirindən əmələ gələn qıcıqlanmanı azaldır.
  • Allantoin
    Qabıqlanmanı aradan qaldırır, dərini hamar və elastik edir, onun bərpaolma qabiliyyətini gücləndirir. Sakitləşdirici və nəmləndirici təsirlərə malikdir. Yeni dəri hüceyrələrinin əmələ gəlməsinə səbəb olur, bununla da dəri zədələnmələri və qıcıqlanma zamanı sağalmanı sürətləndirir. Qərni qatı yumşaldır, ölmüş hüceyrələrin təmizlənməsinə səbəb olur.
  • Betain
    Dəri hüceyrələrində və hüceyrələrarası boşluqlarda nəmin konsentrasiyasını tənzimləyir və saxlayır, epidermisin quruluğunu və dartılmasını aradan qaldırır, dəridə xarici təsirlərdən yaranan qıcıqlanmanı götürür, dərinin vaxtından əvvəl qocalmasının, nazikləşməsinin və solmasının qarşısını alır.
  • Bitki yağları kompleksi (kətan, şi, hind qozu)
    Dərinin hidro-lipid qatını bərpa edir, nəmləndirir və qidalandırır, quruluğu və qabıqlanmanı aradan qaldırır.
  • Dəvədabanı cövhəri
    Dərini nəmləndirir və canlandırır, iltihab proseslərinin və qıcıqlanmanın aradan qaldırılmasın səbəb olur. Epidermis hüceyrələrinin bərpasını stimullaşdırır, dərini hamar və məxməri edir.
  • Solmazçiçəyi hidrolatı
    Yara sağaldıcı xüsusiyyətlərə malikdir, hüceyrələrin bərpasını sürətləndirir, həssas dərini sakitləşdirir. Dərinin cavanlığını qoruyur və ona sağlam görünüş bəxş edir.
Tətbiq edilmə

Nəm əl dərisinə çəkin, massaj edin, sonra ilıq su ilə yuyun və qulluqedici vasitə çəkin.

Tərkib

Fəal komponentlər: çaytikanı yağı; D-pantenol; hidrolizə edilmiş dəniz kollagen; kətan, şi və hind qozu yağları; betain; dəvədabanı cövhəri; solmazçiçəyi hidrolatı.

Su, qliserin, etilheksil stearat, kaprilik/kaprik triqliseridlər, silisium dioksidi, qliseril stearat, seterail spirt, hind qozu yağı, kalium setil fosfat, rəfinə edilməmiş kətan yağı, şi yağı, pantenol, hidrolizə edilmiş dəniz kollageni, betain, solmazçiçəyi hidrolatı, dəvədabanı cövhəri, fenoksietanol, çaytikanı yağı, pəncər yağı, tokoferil asetatı, ksantan kitrəsi, allantoin, ətriyyat kompozisiyası, etilheksilqliserin, 1,2-heksandiol, natrium hidroksidi, benzil spirt, dehidrosirkə turşusu, maltodekstrin.

(INCI): Aqua (Water), Glycerin, Ethylhexyl Stearate, Caprylic/Capric Triglyceride, Silica, Glyceryl Stearate, Cetearyl Alcohol, Cocos Nucifera (Coconut) Oil, Potassium Cetyl Phosphate, Linum Usitatissimum Seed Oil, Butyrospermum Parkii (Shea) Butter, Panthenol, Hydrolyzed Collagen, Betaine, Нelichrysum Italicum Flower Water, Tussilago Farfara (Coltsfoot) Leaf Extract, Phenoxyethanol, Нippophae Rhamnoides (Sea-Buckthorn) Fruit Oil, Amaranthus Caudatus Seed Oil, Tocopheryl Acetate, Xanthan Gum, Allantoin, Parfum, Ethylhexylglycerin, 1,2-Hexanediol, L-lactic Acid, Benzyl Alcohol, Dehydroacetic Acid, Maltodextrin.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.