• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
"Xusen qazar" (Torpağın gücü), təmizləyici üz maskası

"Xusen qazar" (Torpağın gücü), təmizləyici üz maskası, 75 ml

Siberian Wellness
Əfsanəvi Sibir məlhəmləri kolleksiyasından ağ və yaşıl gil əsasında mükəmməl üz tonu üçün təmizləyici qızışdırıcı maska. Sebum artıqlarını təmizləyir, məsamələri daraldır və matlaşdırır, dəriyə dincəlmiş görünüşünü və sağlam parıltısını qaytarır.
Artikul: 430735
Həcm: 75 ml
Qalıb: 71 əd.
12,9 ₼
10.5 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

30-cu yubiley biznes ili üçün biz əfsanəvi məhsullarımızı xatırlayırıq: Sibir məlhəmləri kolleksiyasından ağ və yaşıl gil əsasında Təmizləyici qızışdırıcı maskanı təqdim edirik. Mükəmməl ton üçün dormul sebum artıqlarını təmizləyir, məsamələri daraldır və matlaşdırır, dəriyə dincəlmiş görünüşünü və sağlam parıltısını qaytarır.

  • Ağ və yaşıl gil (kaolin və illit) dərini dərindən təmizləyir, canlandırır və möhkəmləndirir, dəri sebumunu və çirklənmələri çıxarır, matlaşdırır və məsamələri daraldır.
  • Kamfora yağı dərini qızışdırır və məsamələri açır, güclü antibakterial və iltihabəleyhinə təsir göstərir.
  • Süd turşusu dərinin səmərəli şəkildə yenilənməsinə və lipid səddin bərpasına səbəb olur, zərif cilalayıcı təsirə malikdir, tonu bərabərləşdirir və üzə təravətli, sağlam görkəm bəxş edir.
  • Qovuqşəkilli fukus cövhəri səmərəli şəkildə şişkinliyi aradan qaldırır, dərini sakitləşdirir və yumşaldır, dərinin mikro-relyefini yaxşılaşdırır, qırışları azaldır. Dərini dərindən nəmləndirir, onun nəmi saxlamaq qabiliyyətini və elastikliyini artırır, dəri sallanmasının qarşısını alır, üz ovalının qətiliyini yaxşılaşdırır.
  • Yemişan və doqquzdon cövhərləri sakitləşdirici, iltihabəleyhinə, nəmləndirici və canlandırıcı təsir göstərir, mübadilə proseslərini yaxşılaşdırır, su müvazinətini tənzimləyir, məsamələri azaldır və qızartıları aradan qaldırır.
  • Çay ağacı və nanə efir yağları antiseptik, iltihablar və mikroblar əleyhinə təsirlərə malikdir, canlandırır və təravətləndirir, mikrosirkulyasiyanı yaxşıalşdırır və dərinin yağlılığı ilə mübarizə aparmağa kömək edirlər.
Tətbiq edilmə

Gözətrafı nahiyə istisna olmaqla, təmizlənmiş üz dərisinə çəkin, 7-10 dəqiqə saxlayın, bol miqdarda sərin su ilə yuyun. Həftədə 1 dəfə və ya ehtiyac duyulduqda istifadə edin.
Qızışdırıcı təsir əldə etmək üçün, maskanı çəkmədən öncə dərini bir az nəmləndirin.

Tərkib

Fəal komponentlər: ağ gil, yaşıl gil, kamfora, süd turşusu, fukus, doqquzdon və yemişan cövhərləri, çay ağacı və nanə efir yağları.

Tərkib: qliserin, kaolin, silisium dioksidi, süd turşusu, maqnezium alümosilikatı, zeytun yağı, sink oksidi, su, kamfora, illit, montmorillonit, ətirləndirici, nanə efir yağı, çay ağacı efir yağı, yemişan cövhəri, qovuqşəkilli fukus cövhəri, doqquzdon cövhəri, fenoksietalon, kalium sorbatı, natrium benzoatı, etilheksilqliserin, limonen, benzil salisilat.

(INCI): Glycerin, Kaolin, Hydrated Silica, Lactic Acid, Magnesium Aluminum Silicate, Olea Europaea Fruit Oil, Zinc Oxide, Aqua (Water), Camphor, Illite, Montmorillonite, Parfum, Mentha Arvensis Leaf Oil, Melaleuca Alternifolia Leaf Oil, Crataegus Rhipidophylla Fruit Extract, Fucus Vesiculosus Extract, Lonicera Caprifolium Flower Extract, Phenoxyethanol, Potassium Sorbate, Sodium Benzoate, Ethylhexylglycerin, Limonene, Benzyl Salicylate.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.