• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
"Xusen Edir" (Cavanlıq gücü), limfa axını üçün üz maskası

"Xusen Edir" (Cavanlıq gücü), limfa axını üçün üz maskası, 75 ml

Siberian Wellness
Şişkinlik əlamətləri və yorğunluq izləri ilə üz dərisi üçün maska. Kofein və yosunlar maye axınını yaxşılaşdıran xüsusiyyətlərə malikdir, hüceyrələrdə mübadilə proseslərini stimullaşdırır, dəri tonunu canlandırır və bərabərləşdirir, dəriyə parlaqlıq bəxş edir, kollagen və elastin ifrazını fəallaşdırır, dəri turqorunu yaxşılaşdırır və üz ovalını dartır.
Artikul: 430736
Həcm: 75 ml
Qalıb: 100+ əd.
12,9 ₼
10.5 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında

30-cu yubiley biznes ili üçün biz əfsanəvi məhsullarımızı xatırlayır və Şişkinliyə və yorğunluq izlərinə qarşı üz maskasını sizlərə təqdim edirik. Təsirli formul elastikliyi və tonusu bərpa etməyə, şişkinliyi aradan qaldırmağa, üzün sağlam rəngini qaytarmağa kömək edir. Üz çərçivəsinə dartıcı təsir göstərir və dərinin turqorunu artırır. Nəticə - yorğunluq və yuxusuzluq olmadan təravətli üz tonu.

  • Niasinamid, və ya vitamin PP, dərinin səddi funksiyasını yaxşılaşdırır, kollagen sintezini stimullaşdırır, dəri elastikliyini artırır və onun teksturasını yaxşılaşdırır, piqmentasiyanı və məsamələrin ölçüsünü azaldır.
  • Kofein limfa axınını stimullaşdıraraq, şişkinliyi azaltmağa və artıq mayeni çıxartmağa kömək edir, hüceyrələrdə mübadilə proseslərini stimullaşdırır, dərini canlandırır və gümrahlaşdırır, üz çərçivəsinə lifting-təsir göstərir.
  • Ağ gil (kaolin) dərini dərindən təmizləyir, canlandırır, möhkəmləndirir, sakitləşdirici və yumşaldıcı təsir göstərir, nəzərə çarpan matlaşdırıcı, məsamələri daraldıcı təsirə malikdir.
  • Qovuqşəkilli fukus cövhəri səmərəli şəkildə şişkinliyi aradan qaldırır, dərini sakitləşdirir və yumşaldır, dərinin mikro-relyefini yaxşılaşdırır, qırışları azaldır. Dərini dərindən nəmləndirir, onun nəmi saxlamaq qabiliyyətini və elastikliyini artırır, dəri sallanmasının qarşısını alır, üz ovalının qətiliyini yaxşılaşdırır.
  • Laminariya cövhəri səmərəli şəkildə nəmləndirir və, nəmi dərinin daxilində "bağlayaraq", trans-epidermal nəm itkisini azaldır, canlandırır və elastikliyi bərpa edir. Laminariya polisaxaridləri dərinin bərpaolma qabiliyyətlərini gücləndirir və onun öz antioksidant müdafiə sistemini möhkəmləndirir, oksidləşmə stressinin nəticələrini azaldır.
  • Spirulina cövhəri kollagen ifrazını stimullaşdıraraq, dəri elastikliyinin artmasına səbəb olur, dərini qidalandırır və nəmləndirir, onu daha hamar və yumşaq edir. İltihablar, qıcıqlanmalar və quruluq zamanı kömək edir, yaşlanma proseslərini ləngidir, üz rəngini təravətləndirir.
  • Kəndalaş çiçəklərinin cövhəri dərini azad radikallardan müdafiə etməyə, iltihabları və qıcıqlanmaları azaltmağa kömək edir, həmçinin qan mikrosirkulyasiyasını yaxşılaşdırır, bu da dərinin ümumi sağlamlığına səbəb olur. Qızartıları azaldır, qıcıqlanmış dərini sakitləşdirir və tonu bərabərləşdirir.
  • Təbii mentol - nanə efir yağından əldə edilən təbii üzvi birləşmə. Ani sərinləşdirici təsir göstərir, qan dövranının fəal stimulyasiyasına və kapilyarların möhkəmlənməsinə, maye artıqlarının çıxarılmasına və şişkinliyin aradan qaldırılmasına səbəb olur, nəticədə təravətləndirici və canlandırıcı təsir göstərir.
  • Avokado, zeytun və badam yağları dərini nəmləndirir və qidalandırır, onu daha yumşaq və hamar edirlər. Qıcıqlanmış dərini sakitləşdirir, qızartıları və iltihabları azaldır, yaşlanma proseslərini ləngidirlər.
Tətbiq edilmə

Gözətrafı nahiyə istisna olmaqla, təmizlənmiş üz dərisinə çəkin, 10-15 dəqiqə saxlayın, bol miqdarda sərin su ilə yuyun. Həftədə 1-2 dəfə və ya ehtiyac duyulduqda istifadə edin.

Tərkib

Fəal komponentlər: ağ gil (kaolin), niasinamid, avokado yağı, zeytun və badam yağları, kofein, laminariya, qovuqşəkilli fukus, spirulina və kəndalaş çiçəklərinin cövhərləri, hidroksiapatit, təbii mentol.

Tərkib: su, kaolin, setearil spirt, günəbaxan toxumlarının yağı, qliseret-26, qliseril stearat, niasinamid, kalsium karbonatı, palmiton turşusu, stearin turşusu, natrium polistirol sulfonatı, qliserin, kofein, zeytun yağı, avokado yağı, badam yağı, spirulina cövhəri, hidroksiapatit, qovuqşəkilli fukus cövhəri, laminariya cövhəri, ətirləndirici, ksantan kitrəsi, kəndalaş çiçəklərinin cövhəri, fenoksietanol, mentol, etilheksilqliserin, natrium hidroksidi, kalium sorbatı, natrium benzoatı, heksil-sinnamal aldehidi.

(INCI): Aqua (Water), Kaolin, Cetearyl Alcohol, Helianthus Annuus Seed Oil, Glycereth-26, Glyceryl Stearate, Niacinamide, Calcium Carbonate, Palmitic Acid, Stearic Acid, Sodium Polystyrene Sulfonate, Glycerin, Caffeine, Olea Europaea Fruit Oil, Persea Gratissima Oil, Prunus Amygdalus Dulcis Oil, Spirulina Platensis Extract, Hydroxyapatite, Fucus Vesiculosus Extract, Laminaria Digitata Extract, Parfum, Xanthan Gum, Sambucus Nigra Flower Extract, Phenoxyethanol, Menthol, Ethylhexylglycerin, Sodium Hydroxide, Potassium Sorbate, Sodium Benzoate, Hexyl Cinnamal.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.