• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
9 Nonum, ətir-konsentrat

9 Nonum, ətir-konsentrat, 50 ml

«1996-cı il» kolleksiyası

9 Nonum - hissiyyatlı həzz və zəngin həyat ətri. Başlanğıcdaki parlaq albalı və meyvə ətirləri sidr, ədviyyatlar və rom ilə ətrin ədviyyəli-oduncaqlı mərkəzinə keçir. Vanil, vetiver və paçulinin şokolad çaları ilə nəfis şleyf kompozisiyanı isti, dərin və cazibədar edir.

Artikul: 430807
Həcm: 50 ml
Qalıb: 32 əd.
105 ₼
100 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Xalis həzz ətri
Andan və həyatın dadından dərin həzz haqqında.
Nəfis dərinlik
Ədviyyat və dəri çalarları ilə isti, zəngin səslənmə.
Çoxqatlı kompozisiya
Tədricən açılır, özündən sonra yaddaqalan bir şleyf saxlayır.
Uniseks-xasiyyət
Ətri əhval kimi seçənlərə yaraşır.
Gözəl həyatın dadı
Bəzən elə anlar olur ki, qaydaları unudub, sadəcə həyatdan həzz almaq istəyirsən. 9 Nomun ətri - həqiqi bir hedonizmə, vaxtın sankı yavaşıdığı, havanın isə şirin və ədviyyəli vədlər ilə dolu olduğu həmin o axşamlara bir dəvətdir. Ətir abdar albalı və meyvə çalarları ilə açılır, onlara yumşaq şəkildə büxurun tüstülü dərinliyi qatılaraq, zəngin və əsrarəngiz başlanğıc əmələ gətirir. Kompozisiyanın mərkəzində zəncəfil və nəcib sidr ağacının çalarları və isti, bir qədər şirin rom nüansı ilə isidilmiş mixək duyulur. Şleyf hissiyyatlı vanil, paçuli və vetiverin dərinliyi ilə açılaraq, özündən sonra isti, cazibədar və yaddaqalan yumşaq nəfis bir iz saxlayır. Şərqi, nəfis Olfaktor piramida İlkin çalarlar: albalı, meyvə çalarları, büxur. Mərkəzi çalarlar: zəncəfil, mixək, sidr, rom. Şleyf: vanil, paçuli, vetiver, nəfis çalarlar.
Ətrin olfaktor portreti
İlkin çalarlar
• Albalı. Abdar və zəngin. Parlaq və hissiyyatlı başlanğıcı təmin edir, dərhal diqqəti cəlb edir və həzz effekti yaradır. • Meyvə çalarları. Yumşaq, turşa-şirin, yetişmiş. Kompozisiyaya həcm və canlılıq bəxş edərək, onun cazibəsini gücləndirir. • Büxur. Qatranlı, tüstülü, bir qədər sərin. Meyvə parlaqlığını müvazinətləşdirərək, dərinlik və nəciblik əlavə edir.
Mərkəzi çalarlar
• Zəncəfil. Ədviyyəli, isti, xəfif kəskin. Kompozisiyaya enerji və dinamika bəxş edərək, onun xasiyyətini gücləndirir. • Mixək. Zəngin, ədviyyəli, bir qədər şirin. Ətrin səslənməsinə qatılıq və hissiyyatlı dərinlik bəxş edir. • Sidr. Qoz-fındıqlı, oduncaqlı, nəcibanə. Ətrin strukturunu formalaşdırır və davamlılıq bəxş edir. • Rom. İsti, bir qədər şirin, alkoqollu dərinlik ilə. Rahatlıq və dinc bir dəbdəbə hissi yaradır.
Şleyf
• Vanil. İsti, yumşaq, bürüyücü. Kompozisiyaya hissiyyatlılıq və cazibəli şleyf bəxş edir. • Paçuli. Torpaqlı, dərin, yüngül şokolad çaları ilə. Ətrin zənginliyini gücləndirir və şleyfi daha nəzərə çarpan edir. • Vetiver. Quru, oduncaqlı, yüngül tüstülü. Sərtlik əlavə edir və şirin çalarları müvazinətləşdirir. • Nəfis çalarlar. Şirin, bürüyücü. Uzun müddət qalan iştahalı, cazibədar şleyf formalaşdırırlar.
"1996-cı il" - Siberian Wellness Şirkətinin yaranması ilindən ilhamlanan niş ətirlər kolleksiyası.
Biz, "1996" kolleksiyasının ideyasını saxladıq, lakin onun səslənməsini yenidən düşündük: • müasir inqrediyentlər; • niş dərinlik; • gündəmə uyğun olfaktor dil. "1996-cı il" kolleksiyasında öz tilsiminizi tapın!
Aşağıda sadalanan şəxslər üçün:
  • isti, zəngin və hissiyyatlı ətirlərə dəyər verənlər;
  • dərin nəfis kompozisiyanı axtaranlar;
  • ziyafət və xüsusi hallar üçün ətir seçənlər;
  • ətri öz xasiyyətini ifadə etmək üçün bir vasitə kimi qəbul edənlər;
  • ifadəli şleyfə malik niş ətirlərə üstünlük verənlər.
50 ml
gündəlik istifadə üçün optimal format.
20 ml
tanışlıq və gün ərzində ətri yeniləmək üçün çox rahat format, özünlə götürmək rahatdır.
1,5 ml
ətir ilə ilk tanışlıq üçün mükəmməl format.
8 saata qədər davamlılıq:
uzunmüddətli səslənmə, nəzərə çarpan şleyf.
Tərkib

(INCI) / Ingredients: Alcohol (79% Vol.), Parfum (Fragrance), Water (Aqua), Coumarin, Limonene, Linalool, Eugenol, Cinnamyl Alcohol, Citral, Benzyl Benzoate, Geraniol, Cinnamal, Benzyl Salicylate, Isoeugenol, Benzyl Alcohol, Citronellol.

Şərqi, nəfis.
İlkin çalarlar: albalı, meyvə çalarları, büxur.
Mərkəzi çalarlar: zəncəfil, mixək, sidr, rom.
Şleyf: vanil, paçuli, vetiver, nəfis çalarlar.

İstifadəsi
1. Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!).
2. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın.
3. Ətri aşağıda sadalanlardan asılı olaraq seçin:
• mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün);
• günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı);
• əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı).

Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.
Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.