• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
1 Primum, ətir-konsentrat

1 Primum, ətir-konsentrat, 50 ml

«1996-cı il» kolleksiyası

1 Primum - əsasın və daxili gücün ətir-tilsimi. Təravətli sitrus meyvələri və ətirli otlar kompozisiyanı açır, sonra isə jasmin və olibanum (büxur ağacı və ya müqəddəs bosveliya kimi tanınan ağacın qatranı) ilə çiçəkli mərkəzə keçir. Vanil, zamşa və müşkdən ibarət yumşaq şleyf əminlik və sakit liderlik hissi yaradır.

Artikul: 430809
Həcm: 50 ml
Qalıb: 15 əd.
105 ₼
100 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Ətir-tilsim
İlk addıma köklənməyə, qərar qəbul etməyə və irəliləməyə kömək edir.
Euphorion™ - patentləşdirilmiş molekul (kaptiv)
Təravət, azadlıq və daxili enerji hissi bəxş edir.
Uniseks-xasiyyət
Ətri rol olaraq deyil, əhval kimi seçənlərə yaraşır.
Anjelin Leporininin (Angeline Leporini) müəllif ətri
Hər şeyin əvvəli olan ətir
1 Primum - sadəcə ətir deyil, başlanğıc nöqtəsidir. Daxili dayağı hiss edib, sakit, şüurlu şəkildə, əminliklə ilk addımı atmaq lazım olduğu məqamlar üçün ətir. Kompozisiya berqamot, qreypfrut və ətirli otların təravəti ilə açılır, təmiz hava və aydın şüur hissi yaradır. Ətrin mərkəzində jasmin və olibanum duyulur - şəffaf, açıq, yüngül meditativ çalarlar ilə. Vanil, zamşa, paçuli və müşkdən ibarət ətrin təməli dəriyə yaxın qalan yumşaq, nəcibanə şleyf əmələ gətirir. 1 Primum - daxili liderlik ətri. Sakit, lakin əmin. Şipr, meyvəli İlkin çalarlar: berqamot, ətirli otlar, moruq, qreypfrut. Mərkəzi çalarlar: olibanum, jasmin, ağ çiçəklər, akvatik çalarlar, Euphorion™. Şleyf: paçuli, vanil, zamşa, müşk. 1 Primum ətri kompozisiyasının xüsusi inqrediyenti - Euphorion™. Kaptiv - təravət, liderlik və azadlıq hissinin gücləndirilməsi üçün yaradılmış innovatov patentləşdirilmiş ətriyyat inqrediyenti. Onun ətri - təbiət qoynunda bir udum təmiz hava kimidir: yaşıl, canlı, ətrafı enerji və hərəkət ilə dolğunlaşdıran. Kompozisiyaya parlaqlıq, dərinlik və müasir səslənmə bəxş edir, ətri həqiqətən də yaddaqalan edir.
Ətrin olfaktor portreti
İlkin çalarlar
• Berqamot. Şəffaf, qığılcımlı, yüngül acımtıl. Təmizlik və aydınlıq hissi bəxş edir, kompozisiyanı əmin və intizamlı şəkildə açır. • Ətirli otlar. Yaşıl, quru, bir qədər tünd. Ətrin səslənməsinə struktur və nizam qataraq, səliqə və daxili intizam hissi yaradırlar. • Moruq. Təbii, turşməzə, abdar, canlı. Kompozisiyaya, şirinlik qatmadan, müasirlik və yumşaq emosionallıq bəxş edir. • Qreypfrut. Təravətli, səciyyəvi sitrus acılığı ilə. Canlandırıcı təsiri gücləndirir və ilk təəssürata enerji qatır.
Mərkəzi çalarlar
• Olibanum. Qatranlı, bir qədər şirin. Kompozisiyaya dərinlik və meditativlik bəxş edərək, daxili mərkəz və sakit güc hissi yaradır. • Jasmin. Hava kimi yüngül və incə tərzli. Kompozisiyaya yumşaq hissiyyatlılıq qatır, artıq çiçək şirinliyi olmadan. • Ağ çiçəklər. Zərif, kremli, təmkinli. İşıq və müvazinət hissi formalaşdırır, ilkin çalarların təravətini mərkəzi çalarların istiliyi ilə birləşdirir. • Akvatik çalarlar. Şəffaf, sərin, minerallı. Fəza və tənəffüs hissi qatır, təmizlik və azadlıq təsirini gücləndirir.
Şleyf
• Paçuli. Torpaqlı, bir qədər nəm, yüngül şokolad çaları ilə. Dayanıqlı, əmin təməli yaradır, ətrə dərinlik və xasiyyət bəxş edir. • Vanil. Kompozisiyanı bürüyür, rahatlıq və daxili sakitlik hissi əlavə edir. • Zamşa. Məxməri və bədən çalarlı Ətrə nüfuz və toxunuş hissi bəxş edir, "ikinci dəri" təsiri yaradır. • Müşk. Yumşaq, intim, birləşdirici. Çalarlar arasında keçidi yumşaldır və uzun müddət qalan sakit, əmin şleyf yaradır.
"1996-cı il" - Siberian Wellness Şirkətinin yaranması ilindən ilhamlanan niş ətirlər kolleksiyası.
Biz, "1996" kolleksiyasının ideyasını saxladıq, lakin onun səslənməsini yenidən düşündük: • müasir inqrediyentlər; • niş dərinlik; • gündəmə uyğun olfaktor dil. "1996-cı il" kolleksiyasında öz tilsiminizi tapın!
Aşağıda sadalanan şəxslər üçün:
  • əminlik hissi və yeni başlanğıclar üçün ləngər-ətir axtaranlar;
  • mənalı niş ətriyyat seçənlər;
  • nəzərə çarpan güc avəzinə əminlik və sakitlik seçənlər;
  • iş, görüşlər və gündəlik həyat üçün universal ətir axtaranlar;
  • ətri sadəcə aksessuar kimi deyil, şəxsi əhval və rəmz kimi qəbul edənlər.
50 ml
gündəlik istifadə üçün optimal format.
20 ml
tanışlıq və gün ərzində ətri yeniləmək üçün çox rahat format, özünlə götürmək rahatdır.
1,5 ml
ətir ilə ilk tanışlıq üçün mükəmməl format.
8 saata qədər davamlılıq:
uzunmüddətli səslənmə, nəzərə çarpan şleyf.
Tərkib

(INCI) / Ingredients: Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Hexyl Cinnamal, Linalool, Benzyl Salicylate, Limonene.

Şipr, meyvəli.
İlkin çalarlar: berqamot, ətirli otlar, moruq, qreypfrut.
Mərkəzi çalarlar: olibanum, jasmin, ağ çiçəklər, akvatik çalarlar, Euphorion™.
Şleyf: paçuli, vanil, zamşa, müşk.

İstifadəsi
1. Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!). 2. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın. 3. Ətri aşağıda sadalanlardan asılı olaraq seçin: • mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün); • günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı); • əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı). Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.
Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.