• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
6 Sextum, ətir-konsentrat

6 Sextum, ətir-konsentrat, 20 ml

«1996-cı il» kolleksiyası

6 Sextum - daxili müvazinət və aydınlıq ətri. Təravətli ozon və sitrus çalarları kompozisiyanı açaraq, osmantus (ətirli zeytun) və dəniz vurğuları ilə ətrin incə tərzli çiçəkli mərkəzinə keçir. Müşk və ənbər ilə oduncaqlı-çaylı şleyf sakit, intizamlı güc hissi yaradır.

Artikul: 430812
Həcm: 20 ml
Qalıb: 29 əd.
55 ₼
51 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Müvazinət və ahəng ətri
Daxili fəza və sakitlik hissi yaradır.
Şüurlu təravət
Sərtlik və həddən artıq yüklənmə olmadan, saf, zərif tərzli səslənmə.
L’Âme du Bois® - innovativ inqrediyent
Duncaqlı çalarların müasir, təbiətə rəğbət ilə oxunuş tərzi.
Uniseks-xasiyyət
Ətir-əhval, cinsi mənsubiyyətdən və günün vaxtından asılı olmayaraq.
Daxili müvazinət ətri
6 Sextum - fasilə və tənəffüs ətri. Aydınlığı, dözümlülüyü və özün ilə əlaqəni saxlamaq vacib olan məqamlar üçün yaradılıb. Kompozisiya ozon çalarları, berqamot və portağal ilə açılır, təravətli hava və fəza hissi yaradır. Ətrin mərkəzində dəniz çalarları və ətrə dərinlik və müasir oduncaqlı xasiyyət əlavə edən L’Âme du Bois® kaptiv inqrediyenti ilə tamamlanmış jasmin, bənövşə və osmantus səslənir. Şleyf yumşaq oduncaq akkordu, çay çalarları, müşk və ənbər ilə açılaraq, özündən sonra sakit, müvazinətli dad yaradır. 6 Sextum - daxilində güc olan sakitlik ətri. Çiçəkli, meyvəli İlkin çalarlar: ozon, berqamot, portağal, petitgrain (sitrus efir yağı), inciçiçəyi, şaftalı Mərkəzi çalarlar: jasmin, bənövşə, osmantus, dəniz çalarları, L’Âme du Bois® Şleyf: oduncaq akkordu, çay çalarları, müşk, ənbər L’Âme du Bois® kaptivi - ətir kompozisiyasının xüsusi inqrediyenti: ağacın ruhu L’Âme du Bois® - Eurofragance-dan innovativ kaptiv inqrediyent. Meşələr kəsilmədən, taxta kəpəklərinin təkrar emalı əsasında yaradılır, nəcib, təmiz oduncaq xasiyyətini açıqlayır. İnqrediyent kompozisiyanın dərinliyini gücləndirir, digər çalarları vurğulayır və ətrə davamlılıq və müasir səslənmə bəxş edir.
Ətrin olfaktor portreti
İlkin çalarlar
• Ozon. Soyuq, şəffaf, hava kimi yüngül. Bir udum təravətli səhər havası kimi təmiz fəza və dərinlik hissi yaradır. • Berqamot. Şəffaf, qığılcımlı, yüngül sitrus acılığı ilə. Ətrin başlanğıcına aydınlıq və incə tərzli təravət bəxş edir. • Portağal. Abdar, bir qədər şirin. İstilik qatır və sitrus təravətini müvazinətləşdirir. • Petitegrain. Yaşıl, quru, bir qədər tünd. Kompozisiyanı strukturlaşdırır, səslənməni daha intizamlı və şüurlu edir. • İnciçiçəyi. Təmiz, şəffaf, sanki sulu boyalar kimi. Təravət və yüngüllük hissini gücləndirir, kompozisiyaya işıq bəxş edir. • Şaftalı. Zərif, məxməri, meyvəli. Ətrin başlanğıcını yumşaldır və onu daha "dəyirmi" edir.
Mərkəzi çalarlar
• Jasmin. Açıq, incə tərzli, çiçəkli. Zərif kübarlıq və sakit hissiyyatlılıq əlavə edir. • Bənövşə. Kirşanlı, yumşaq, zərif. Daxili müvazinət və rahatlıq hissi yaradır. • Osmantus. Məxməri, bir qədər meyvəli-çiçəkli. İlkin çalarların təravətini təməlin dərinliyi ilə birləşdirir. • Dəniz çalarları. Sərin, minerallı, şəffaf. Ətri genişləndirir, tənəffüs və azadlıq təsirini gücləndirir.
Şleyf
• Oduncaq akkordu. Quru, sakit, nəcibanə. Dayanıqlı təməli və müvazinət hissini formalaşdırır. • Çay çalarları. Yumşaq, bir qədər tünd, intellektual. Sakitlik və diqqətin cəmlənməsi təsirini yaradır. • Müşk. Məxməri, intim, birləşdirici. Keçidləri yumşaldır və "ikinci dəri" təsirini yaradır. • Ənbər. İsti, sakit, bürüyücü. Özündən sonra ağırlıq olmadan, ahəngdar, uzunmüddətli dad saxlayır.
"1996-cı il" - Siberian Wellness Şirkətinin yaranması ilindən ilhamlanan niş ətirlər kolleksiyası.
Biz, "1996" kolleksiyasının ideyasını saxladıq, lakin onun səslənməsini yenidən düşündük: • müasir inqrediyentlər; • niş dərinlik; • gündəmə uyğun olfaktor dil. "1996-cı il" kolleksiyasında öz tilsiminizi tapın!
Aşağıda sadalanan şəxslər üçün:
  • daxili müvazinət və sakitlik ətrini axtaranlar;
  • təravətli, incə tərzli və intellektual kompozisiyalara üstünlük verənlər;
  • səslənmənin saflığına və fəza hissinə dəyər verənlər;
  • tarixdən və dəbdən üstün uniseks-ətirləri seçənlər;
  • ətri bəzək əşyası kimi deyil, əhval kimi qəbul edənlər.
50 ml
gündəlik istifadə üçün optimal format.
20 ml
tanışlıq və gün ərzində ətri yeniləmək üçün çox rahat format, özünlə götürmək rahatdır.
1,5 ml
ətir ilə ilk tanışlıq üçün mükəmməl format.
8 saata qədər davamlılıq:
uzunmüddətli səslənmə, nəzərə çarpan şleyf.
Tərkib

(INCI) / Ingredients: Alcohol (80% Vol.), Parfum (Fragrance), Water (Aqua), Linalool, Limonene, Geraniol, Alpha-Isomethyl Ionone, Benzyl Benzoate, Citral, Citronellol, Isoeugenol.

Çiçəkli, meyvəli
İlkin çalarlar: ozon, berqamot, portağal, petitgrain (sitrus efir yağı), inciçiçəyi, şaftalı
Mərkəzi çalarlar: jasmin, bənövşə, osmantus, dəniz çalarları, L’Âme du Bois®
Şleyf: oduncaq akkordu, çay çalarları, müşk, ənbər

İstifadəsi
1. Ətri nəbzin vurduğu yerlərə vurun: boyuna, qulaqların arxasına, dirsəklərin iç nahiyəsinə, dizlərin arxa nahiyəsinə (lakin eyni zamanda bütün yerlərə vurmayın!). 2. Ətri duş qəbul etdikdən dərhal sonra istifadə edin (isti buxardan yumşalmış, təmiz dəri ətri mükəmməl şəkildə özünə hopdurur) və ya ətri havaya sıçradın və həmin ətir buludunun içərisinə addımlayın. 3. Ətri aşağıda sadalanlardan asılı olaraq seçin: • mövsümdən (yüngül - yayda, daha ağır - soyuq mövsümlər üçün); • günün vaxtından (birinci yarısında - daha yüngül, ikinci yarısında - daha qatı); • əhval-ruhiyyədən və vəziyyətdən (ofisdə və işdə - daha ciddi və təravətli, gəzintilər və dostlarla görüşlər üçün - daha ağır və yaradıcı). Ətrin dəyişməməsi üçün onu quru, sərin, birbaşa günəş şüalarından uzaq yerdə saxlayın.
Layfxak
İnteryerin unikal ətrini yaradın və öz əhval-ruhiyyənizi qaldırın! Sadəcə ətri otaqdakı parçaların ətirləndirilməsi üçün istifadə edin.
Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.