• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Yabanı otlardan hazırlanmış fitoçay № 11 (Gümrahlıq və enerji)

Yabanı otlardan hazırlanmış fitoçay № 11 (Gümrahlıq və enerji), 25 filtr-bağlama

Fito-çay kolleksiyası
Əsl tayqa dadı və ətri - kofeinsiz və süni əlavələrsiz. Qaraqınıq, çobanyastığı, qarağat, moruq və quşqonmaz ilə seçilmiş fermentləşdirilmiş yağıotu (ivan-çay) istilik hissi bəxş edir, gün ərzində əhval-ruhiyyəni və əmək qabiliyyətini yaxşılaşdırır, axşam isə rahatlaşmağa kömək edir və yuxunu yaxşılaşdırır.
Artikul: 501733
Qablaşdırmada olanların sayı: 25 filtr-bağlama
Qalıb: 100+ əd.
9 ₼
7 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Çay və qəhvənin faydalı əvəzi
    Yağıotu öz canlandırıcı və antioksidant xüsusiyyətləri ilə tanınır, lakin onun tərkibində kofein yoxdur.
  • Təbii tərkib və xoş dad
    Yalnız təbii otlar - ətirləndiricilər və boyaq maddələri olmadan.
  • Əl yığımı: müdriklik və ənənələr
    Otlarla müalicə üzrə ustalar bitkiləri ənənəvi üsullar ilə emal edərək, gələcək içkinin maksimal faydasını saxlayırlar.

Yeni günün xoş və faydalı ayini!
Sağlam Sibir çay süfrəsinin ənənələri
Daha çox insan, artıq stimulyasiyanın və həyəcanlılığın qarşısını almaq üçün, ənənəvi qəhvə və qara çayın əvəzedicilərini axtarır. Sağlam çay süfrəsinin yeni ənənəsi ilə tanış olun - Siberian Wellness-dən yağıotu əsasında kupaj. Kofeinsiz içkinin zəngin dadından zövq alın, gün ərzində gümrahlıq əldə edin, axşam isə sakitləşin və dincliyə qərq olun. "Fitoçay kolleksiyası" ilə həqiqətən faydalı vərdiş yaradın!

Təbiətin gücü hər bir fincanda
Artıq 24 ildən çoxdur ki, biz, sizə xoş dad bəxş edən və gündəlik olaraq orqanizminizi yumşaq şəkildə dəstəkləyən, həqiqətən təbii çay kupajları yaradırıq.
Yabanı otlardan hazırlanmış fitoçay № 11 (Gümrahlıq və enerji) - gözəl əhval üçün etibarlı köməkçiniz.

  • Fermentləşdirilmiş yağıotu - içkinin əsası
    Zəngin rəng və dad bəxş edir, stressin azalmasına səbəb olur və yüksək antioksidant fəallığı sayəsində hüceyrələri yaşlanmadan müdafiə edir.
  • Qaraqınıq
    Çaya səciyyəvi ətir bəxş edir və yüngül sakitləşdirici və iltihablar əleyhinə xüsusiyyətlərə malikdir.
  • Qarağat yarpaqları
    İçkini C vitamini və yüngül giləmeyvə şirinliyi ilə zənginləşdirərək, yayı xatırladırlar.
  • Çobanyastığı çiçəkləri
    Öz yümşaq iltihab əleyhinə və sakitləşdirici təsiri ilə məşhurdur, həzmə xüsusilə müsbət təsir göstərir.
  • Moruq sıxması
    İçkiyə təbii şirinlik və yungül giləmeyvə turşluğu bəxş edir, onu vitaminlər zənginləşdirir.
  • Kəklikotu
    Kompozisiyaya ədviyyəli çalar əlavə edir, xüsusilə tənəffüs yolları üçün faydalı olan antiseptik xüsusiyyətlərinə görə dəyərləndirilir.
  • Quşqonmaz
    Çayı ədviyyəli və ballı dad çalarları ilə zənginləşdirir, orqanizmin təbii qoruyucu güclərini dəstəkləyir.

Aşağıda sadalanan şəxslər üçün:
• qəhvənin və qara çayın sağlam əvəzləyicisini axtaranlar üçün;
• axşam ayinlərinə və keyfiyyətli istirahətə dəyər verənlər üçün;
• immunitetin möhkəmləndirilməsinə və orqanizmin təbii müdafiəsinə qarşı diqqətli olanalar üçün;
• müvazinətə və ahəngə can atanlar üçün;
• fəal həyat tərzi sürən, lakin bərpanın vacib olduğunu bilənlər üçün.

Ətirli çayın hər bir fincanında:
   • 6 növ bitki
Təbii kupaj gücləri bərpa etməyə kömək edir, sinir sistemini sakitləşdirir və immuniteti stimullaşdırır.
   • 100% təbii komponentlər
Orqanizmə olduqca yumşaq və təbii təsir.
   • 100% keyfiyyət
Sizin möhtəşəm dad və ətirdən zövq almağınız üçün bütün otlar qablaşdırılmadan öncə sterilləşdirilir.

Tətbiq edilmə

Bir filtr-paketin üzərinə 200 ml qaynar su əlavə etmək.
7-10 dəqiqə dəmləmək.
Yemək zamanı qəbul etmək.

Lifehack: çayı nə qədər çox dəmləsəniz (10 dəqiqəyə qədər), otların dadı və faydası bir o qədər özünü büruzə verəcək. Müxtəlif dəmləmə müddətlərini sınayın - öz mükəmməl müvazinətinizi tapın!

Bilmək faydalıdır
Otlar kupajının əsl dadı dəmləndikdən 5-10 dəqiqə sonra açılır. Soyumuş bitki çayı, təzə dəmləndikdə olduğu qədər faydalıdır.

Tərkib

Fermentləşdirilmiş ensizyarpaq yağıotu (ivan-çay), qaraqınıq otu, qarağat yarpaqları, çobanyastığı çiçəkləri, moruq meyvələrindən quru sıxma, kəklikotu otu, quşqonmaz otu.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.