Dərinin parlaqlığı və günəşli əhval-ruhiyyə
Səhər qulluğu üçün yaradılmış bu krem bütün günə müsbət enerji qatır. Neroli və berqamotun zərif ətri saflıq və təravət hissləri bəxş edir. Yağlar və bitki cövhərləri ilə zənginləşdirilmiş formul sayəsində isə krem dərindən nəmləndirir, dərini yumşaq və elastik saxlamağa kömək edir.
Fransız ətriyyatçısı Suazik Bokurun ((Soizic Beaucourt) Eurofragance) iştirakı ilə yaradılmış yüngül, günəşli neroli və berqamot ətri hər gün təravət və zəriflik hissləri bəxş edir.
Ətrin əsas çalarları: berqamot, sitrus çalarları, limon, yaşıl çay, çiçək çalarları, neroli (narınc çiçəklərinin yağı), müşk.
Bu kremi nədən seçməyə dəyər
• Neroli Tea & Bergamot (Neroli çayı & Berqamot) ətriyyat suyunun davamlılığını uzadır: onun səslənməsini gücləndirir və uzun müddət ərzində dəridə ətrini saxlayır.
• Kompleks qulluq: dərinin sağlam parlaqlığını dəstəkləyir.
• Günün qüsursuz başlanğıcı: krem səhər qulluq ayini üçün mükəmməl uyğundur.
Qulluq üzrə tövsiyə
Mükəmməl ayin yaradın!
Səhər "Neroli və berqamot" bədən kremini istifadə edin - günün gümrah başlanğıcı üçün. Axşam isə "Tonka paxlaları və tütün" kremini seçin - isti, rahatlaşdırıcı ab-havaya qərq olmaq üçün .
Ətrin daha həcmli səslənməsi və davamlılığı üçün qulluğu həmin kolleksiyadan "Neroli və Berqamot" əl kremi ilə tamamlayın və ya Neroli tea & Bergamot (Neroli çayı & Berqamot) ətrindən istifadə edin.
Nəzərinizə çatdırırıq: tərkibindəki təbii cövhərlərin və yağların sayəsində məhsulun rəngi dəyişə bilər, bu hal onun keyfiyyətinə və xüsusiyyətlərinə təsir etmir.
Kimlər üçündür?
Təravətləndirici və müsbət ətirli səhər qulluq ayinlərini sevənlər üçün.
Hər bir qabda:
• 3 dəbdəbəli yağ
Şi, hind qozu, kakao - dərinin qidalanması, bərpası və rahatlığı üçün.
• 2 bitkinin gücü
Narınc və yaşıl çay hidrolatları - müdafiə, tonus və təravət üçün.
• Ətriyyat effekti
Oduncaqlı-müşkün şleyf dəridə uzun müddət qalır.
Bu məhsul heyvanlar üzərində sınaqdan keçirilməyib.
Kremi quru və ya bir az nəm dəriyə çəkin, tam hopana kimi yüngül masaj hərəkətləri ilə yayın.
Layfxak
Qulluğu həmin kolleksiyadan "Neroli və berqamot" əl kremi ilə tamamlayın və ya Neroli Tea & Bergamot (Neroli çayı & Berqamot) ətriyyat suyundan istifadə edin - ətrin daha davamlı və ifadəli səslənməsi üçün.
Tərkib: su, etilheksil stearatı, şi yağı, alüminium okehilsuksinat nişastası, setearil spirt, hind qozu yağı, ətriyyat kompozisiyası, kalium setilfosfatı, natrium stearoil qlutamatı, ammonium akriloildimetiltauratı / VP kopolimer, kakao yağı, xlorfenezin, karbomer, narınc hidrolatı, yaşıl çay hidrolatı, fenoksietanol, etilheksilqliserin, qliseril qlükozid, pirrolidonkarbon turşusunun natrium duzu, qliserin, cır limon meyvələrinin cövhəri, maltodekstrin, natrium hidroksidi, benzil spirt, dehidrosirkə turşusu, limonen, linalool, heksil sinnamal, sitronellol, geraniol, hidroksisitronellal, sitral.
(INCI): Aqua / Water, Ethylhexyl Stearate, Butyrospermum Parkii Butter, Aluminium Starch Octenylsuccinate, Cetearyl Alcohol, Cocos Nucifera Oil, Parfum, Potassium Cetyl Phosphate, Sodium Stearoyl Glutamate, Ammonium Acryloyldimethyltaurate / VP Copolimer, Theobroma Cacao Seed Butter, Chlorphenesin, Carbomer, Citrus Aurantium Amara Flower Water, Camellia Sinensis Leaf Water, Phenoxyethanol, Ethylhexylglycerin, Glyceryl Glucoside, Sodium PCA, Glycerin, Schisandra Chinensis Seed Extract, Maltodextrin, Sodium Hydroxide, Benzyl Alcohol, Dehydroacetic Acid, Limonene, Linalool, Hexyl Cinnamal, Citronellol, Geraniol, Hydroxycitronellal, Citral.