• az Azərbaycan
  • AzərbaycanBaku
  • Kömək
Kömək
Tonka paxlaları və tütün, ətirli bədən kremi
limited

Tonka paxlaları və tütün, ətirli bədən kremi, 200 ml

Aromapolis Olfactive Studio
Dərin, rahat, məftunedici. Tütün akkordu və tonka paxlalarının ləziz şirinliyi ilə ətirli krem dərini qidalandırır, yumşaldır və onu hissiyyatlı şleyfə bürüyərək, bədənə qulluğu ətirli ayinə çevirir. Kremi Masala tea & Tobacco (Masala çayı & Tütün) ətri ilə birlikdə istifadə edin - ətriyyat təsirini gücləndirmək üçün.
Artikul: 429791
Həcm: 200 ml
Qalıb: 94 əd.
17 ₼
13 bal
  • Sifarişin müştəri tərəfindən təhvil alınması 1 bənddə
Məhsul haqqında
  • Xasiyyətə malik ətirli qulluq
    Tütünlü-ədviyyəli dərinliyə malik ləziz ətir uzun müddət dəridə qalır.
  • Qidalanma və bərpa
    Şi, makadamiya, kakao və hind qozu yağları seramidlər ilə birləşmədə dərini yumşaldır, quruluğu və dartınma hissini aradan qaldırırlar.
  • Hissiyyatlı zövq
    Zərif teksturası sayəsində krem tez hoparaq, dərini yumşaq və məxməri edir.
  • Mükəmməl birləşmə
    Masala tea & Tobacco (Masala çayı & Tütün) ətriyyat suyu ilə davamlı aromatik kompozisiyaya birləşərək, onun səslənməsini uzadır.

Başdan çıxaran ayin: dəriyə qulluq və həzz
Rahatlıq ab-havasına qərq olun - burada tonka paxlalarının ləziz şirinliyi nəcib tütün akkordu ilə qarşılaşır. Bu krem dərisinə qulluq ilə yanaşı, incə ətriyyat gözəlliyinə dəyər verənlər üçün yaradılıb.
Zəngin qulluqedici tərkib dəriyə yumşaqlıq, nəmləndirmə və müdafiə bəxş edir. Nəfis ətir isə sevimli Masala tea & Tobacco (Masala çayı & Tütün) ətriyyat suyunun davamlılığını gücləndirərək və incə, hissiyyatlı şleyf yaradaraq, uzun müddət dəridə qalır.
Fransız ətriyyatçısı Suazik Bokurun ((Soizic Beaucourt) Eurofragance) iştirakı ilə yaradılmış ətriyyat kompozisiyası tütünün və ləziz tonka paxlarının isti, məxməri səslənməsini açıqlayır.

Ətrin əsas çalarları: ədviyyatlar, darçın, mixək, hil, tonka paxlaları, vanil, tütün yarpaqları.

Bu bədən kremini nədən seçməyə dəyər
   • Masala Tea & Tobacco (Masala çayı & Tütün) ətriyyat suyunun davamlılığını uzadır: onun səslənməsini gücləndirir və uzun müddət ərzində dəridə ətrini saxlayır.
   • Ultra-qulluq: şi, hind qozu, kakao və makadamiya yağları dərini dərindən qidalandırır və bərpa edir.
   • Rahatlıq və məxməri yumşaqlıq: əriyən teksturası sayəsində krem dərhal hopur, yapışqanlıq hissi saxlamır.
   • Müdafiə və bərpa: seramidlər ilə formul dərinin müdafiə səddini möhkəmləndirir.
   • Təbiətdən qayğı və qulluq: təbii cövhərlər dəriyə parlaqlıq və baxımlı görünüş bəxş edir.

Qulluq üzrə tövsiyə
Mükəmməl ayin yaradın!
İsti rahatlaşdırıcı ab-havaya qərq olmaq üçün "Tonka paxlaları və tütün" kremini axşam istifadə edin. Səhər isə "Neroli və berqamot" bədən kremini seçin - günün gümrah başlanğıcı üçün.
Ətrin daha həcmli səslənməsi və davamlılığı üçün qulluğu həmin kolleksiyadan "Tonka paxlaları və tütün" əl kremi ilə tamamlayın və ya Masala tea & Tobacco (Masala çayı & Tütün) ətrindən istifadə edin.

  • Şi yağı
    Qidalandırır və yumşaldır, dərinin elastikliyini və səddi funksiyasını bərpa edir.
  • Makadamiya yağı
    Dərini omeqa-yağlı turşular ilə zənginləşdirərək, quruluğu və qablıqlanmanı aradan qaldırır.
  • Razyana cövhəri
    Canlandırıcı təsirə malikdir, dəri tonunu bərabərləşdirir.
  • Zəncəfil cövhəri
    Antioksidant; mikrosirkulyasiyanı stimullaşdırır, elastikliyi artırır.
  • Seramidlər
    Dəri səddini möhkəmləndirərək və nəmi saxlayaraq, quruluqdan və qıcıqlanmalardan müdafiə edirlər.

Nəzərinizə çatdırırıq: tərkibindəki təbii cövhərlərin və yağların sayəsində məhsulun rəngi dəyişə bilər, bu hal onun keyfiyyətinə və xüsusiyyətlərinə təsir etmir.

Kimlər üçündür?
İsti ləziz ətirlərə dəyər verənlər və bədənə gündəlik qulluğu hissiyyatlı həzzə çevirmək istəyənlər üçün.

Hər bir qabda:
   • 4 dəbdəbəli yağ
Şi, hind qozu, makadamiya, kakao - qidalandırma, bərpa və rahatlıq üçün.
   • 2 növ bitki cövhəri
Zəncəfil və razyana - dərinin tonusu və müdafiəsi üçün.
   • Ətriyyat effekti
Tütün, tonka, oduncaq vurğularının çalarları ilə ləziz kompozisiya.

Bu məhsul heyvanlar üzərində sınaqdan keçirilməyib.

Tətbiq edilmə

Kremi quru və ya bir az nəm dəriyə çəkin, tam hopana kimi yüngül masaj hərəkətləri ilə yayın.

Layfxak
Qulluğu həmin kolleksiyadan "Tonka paxlaları və tütün" əl kremi ilə tamamlayın və ya Masala tea & Tobacco (Masala çayı & Tütün) ətriyyat suyundan istifadə edin - ətrin daha davamlı və ifadəli səslənməsi üçün.

Tərkib

Tərkib: su, etilheksil stearat, şi yağı, alüminium oktenilsuksinat nişastası, setearil spirt, hind qozu yağı, ətriyyat kompozisiyası, natrium stearoil qlutamat, ammonium akriloildimetiltauratı / VP kopolimer, kalium setilfosfatı, kakao yağı, xlorfenezin, karbomer, allantoin, fenoksietanol, etilheksilqliserin, natrium hidroksidi, tokoferol asetatı, razyana toxumlarının cövhəri, zəncəfil cövhəri, maltodekstrin, razyana efir yağı, qliserin, fermentləşdirilmiş Garcinia gummi-gutta cövhəri, seramid np, makadamiya yağı, poliqliseril-10 stearat, 1,2 heksandiol, limonen, linalool.

(INCI): Aqua / Water, Ethylhexyl Stearate, Butyrospermum Parkii Butter, Aluminium Starch Octenylsuccinate, Cetearyl Alcohol, Cocos Nucifera Oil, Parfum, Sodium Stearoyl Glutamate, Ammonium Acryloyldimethyltaurate / VP Copolimer, Potassium Cetyl Phosphate, Theobroma Cacao Seed Butter, Chlorphenesin, Carbomer, Allantoin, Phenoxyethanol, Ethylhexylglycerin, Sodium Hydroxide, Tocopheryl Acetate, Foeniculum Vulgare Seed Extract, Zingiber Officinale Root Extract, Maltodextrin, Foeniculum Vulgare Oil, Glycerin, Candida/Garcinia Cambogia Ferment, Ceramide NP, Macadamia Ternifolia Seed Oil, Polyglyceryl-10 Stearate, 1,2-Hexanediol, Limonene, Linalool.

Rəylər
Bu məhsul hələ qiymətləndirməyib.