ƏsasYeniliklərİyun 2019 → Dincəlin, öyrənin, səyahət edin!
04
iyun

Dincəlin, öyrənin, səyahət edin!


Başqa insanlar digər ölkələr haqqında yalnız xəyal edərkən və səyahət üçün pul yığarkən, Şirkətin Məsləhətçiləri öz arzularını həyata keçirirlər. Yüksək səviyyəli istirahətdən zövq alır və dünya təlimçiləri tərəfindən təlimlər keçirlər.

Məsləhətçiyə niyə bizimlə səyahət etməyi sevdiyini soruş və o cavab verəcək: "Bu asan,maraqlı və əyləncəlidir".

Azərbaycandan, Vyetnamdan, Almaniyadan, Qazaxıstandan, Qırğızıstandan, Monqolustandan, Rusiyadan, Serbiyadan, Türkiyədən və Özbəkistandan olan 115 Məsləhətçi ən isti, maraqlı və təəccüblü ölkələrə səyahətə yola düşdülər: Yunanıstan, İtaliya və Birləşmiş Ərəb Əmirlikləri!

Греция, Италия и Объединенные Арабские Эмираты

Siberian Wellness ilə səyahət - adi bir səfərdən artıqdır: bu, hər dəqiqəsi parlaq emosiyalarla, yeni kəşflərlə və qiymətli biliklərlə dolu bir neçə gündür. Burada ən yaxşılar toplanır. Biznesin zirvəsini fəth etməyə çalışanlar, hər gün öz gəlirlərini artırır və irəliyə doğru getməkdən çəkinmirlər!

Bu necə baş verdi?

İtaliya

Pelevina Tatyana Nikolayevna, Rusiya:

"Mən həmişə Romanı canlı görmək çox istəyirdim. Oranın gözəlliyini hiss etmək, tarixinə toxunmaq, memarlıq abidələrindən zövq almaq. İtaliyaya səfər mənim ilk səyahətim oldu, və mən onu həmişəlik yadda saxlayacağam. Hər şey mükəmməl şəkildə təşkil olunmuşdur, bir həftə ərzində biz bir sürü maraqlı və faydalı şeylər etdik. Səfərin inanılmaz təəssüratları,emosiyaları hələ də qalır. Dünya üzrə səyahət etmək və istediyim yerdə ola bilmək üçün, mən ingilis dilini öyrənməyə başladım. Bütün bunlar – Siberian Wellness Şirkəti sayəsindədir!"

Ənsərova Güləndəm Həbib qızı, Azərbaycan:

"Mən səyahət etməyi çox sevirəm və uşaqlıqdan Romanı görmək arzum olub, İtaliyanın mədəniyyəti, mətbəxi ilə tanış olmaq və bir neçə əsr bundan öncə gladiatorların və böyük sərkərdələrin zəfərlərinin qeyd edildiyi yerlərdə olmaq istəyirdim. Bundan əvvəl Şirkətlə birlikdə Hong Kong, Hainan və Tanzaniyada oldum, amma Siberian Wellness ilə hər yeni səyahət məni ilk dəfəki kimi təəccübləndirir və heyran edir. Ən güclü Məsləhətçilərin yanında olmaq, Rəhbərliyin yanında olmaq, ən yaxşı olmaq – bu ifadə olunmaz bir hisdir.Məhz bu mənə irəli getməyə və öz xəyallarımı gerçəkləşdirməyə kömək edir".

Yunanıstan

Əliyeva Fəridə Adil qızı, Azərbaycan:

"Mən Yunanıstanı seçdim, çünki daha öncə heç vaxt Avropada olmamışdım. Mənim üçün bu səyahət çox şey demək idi, çünki Şengen vizası almaq olduqca çətindir, amma Siberian Wellness ilə biznes sayəsində asanlıqla bütün lazımi sənədləri topladım və ən qısa müddətdə Şengen zonasının bütün ölkələrinə səyahət etmək imkanı əldə etdim. Yunanıstan – zəngin bir tarixə və mədəniyyətə malik olan qeyri-adi gözəl ölkədir. Səyahət – motivasiya, şəxsi inkişaf və möhkəm, mehriban komandanın qurulması üçün ən güclü alətlərdən biridir. Mən , hər il the Reward Trip Program Səyahət Proqramına qatılacağıma özümə söz verdim. İndi – Məsləhətçilərim ilə birlikdə. Siberian Wellness ilə biz bütün dünyanı gəzəcəyik!"

Batırxanova Ruşaniya Zufarovna, Rusiya:

"Yunanıstan – mənim uşaqlıq arzumdur. Mən ilk dəfə idi xaricə çıxırdım və Siberian Wellness Şirkəti mənə əsl səyahətin necə olduğunu göstərdi: zəngin, parlaq və məhsuldar. Biz hər şeyi çatdırdıq: tarixi abidələrlə tanış olmaq, tarixə toxunmaq, dənizdən zövq almaq və təbii ki, təlim keçmək. O,əsl beynəlxalq biznesin qurulmasının mühüm hissəsidir, və mən indi hara doğru hərəkət etmək lazım olduğunu bilirəm. Mən mütləq növbəti The Reward Trip Program Səyahət Proqramlarında iştirak edəcəyəm və bütün dünyanı görəcəyəm!"

Birləşmiş Ərəb Əmirlikləri

Borjiqon Erdeneçimeq Adyaa, Monqolustan:

"Bir çoxları kimi, mən də heç vaxt Şirkətlə birlikdə səyahət etməmişdim və çox şadam ki,mənim ilk ölkəm məhz BƏƏ oldu. Dubay - heyranedicidir. Mən bütün şəhər boyu olan parlaq,rəngarəng şou, qum təpələrini və fəvvarələri heçvaxt unutmayacağam. Bura gəldikdən sonra, mən nə istədiyimi,necə həyat yaşamaq istədiyimi və bunun üçün nə etmək lazım olduğunu öyrəndim. Burada mənə yalnız güclü motivasiya vermədilər, həm də başqa yerdə ala bilməyəcəyim qiymətli biliklərə yiyələndim. Rəhbərlik tərəfindən verilən təlim– bu arzuların icrası üçün bir açardır".

Hülya Doğangün, Türkiyə:

"Birləşmiş Ərəb Əmirlikləri – dünyanın ən gözəl ölkələrindən biridir. Mən ilk dəfə idi Siberian Wellness ilə birlikdə səyahət edirdim və səbirsizliklə uçuş gününü gözləyirdim. Bizim Səyahətimiz inanılmaz dərəcədə zəngin və yaddaqalan oldu. Maraqlı proqram sayəsində biz hər şey üçün vaxt tapdıq: bu gözəl ölkənin tarixi və mədəniyyəti ilə tanış oldum, Siberian Wellness Şirkətinin Rəhbərliyi tərəfindən eksklüziv təlim aldım və təbii ki, çox əyləndik. Ən çox yadımda qalan safari və La Perle şousu oldu – bu möhtəşəm idi. Mən doğru Şirkəti seçdiyimi hiss etdim. Burada olduğum zaman, mən xəyal etməyi və arzuları necə gerçəkləşdirməyi öyrəndim".

AYŞE GÜL KARATAŞ DEMİRDELEN, Türkiyə:

"Ərəb Əmirliklərinə səyahət – əsl səyahətin necə olmalı olduğunun bir etalonudur. Sən hər şeyə vaxt tapmalısan: istirahət etmək, əylənmək, daha əvvəl heç etmədiyin yeni bir şey sınamaq. Hər dəqiqə maksimal dərəcədə məhsuldar olmalıdır. Ən çox La Perle şousunu xatırlayıram - o mənə sehrbazlığa və hər şeyin gerçək olduğunu düşündüyümüz uşaqlıq illərimi xatırlatdı. İndi mən bunun həqiqətən belə olduğunu bilirəm. Siberian Wellness ilə birlikdə hər şey mümkündür."

The Reward Trip Program Səyahət Proqramına qoşulun - biznesinizi inkişaf edin,gəlirinizi artırın, həyatınızı dolu dolu yaşayın.