Endoekologiya - orqanizmin daxili mühitinin təmizliyini dəstəkləməyə, həmçinin bütün orqan və toxumaların normal həyat qabiliyyətini təmin edən metod və vasitələri öyrənən və işləyib hazırlayan elmdir.
Endoekologiya birinci növbədə müasir şərtlərdə çox vacib olan xəstəliklərin profilaktikası ilə məşğul olan elmi təbabətin yeni bir qoludur.
İnsan təkamül prosesində yalnız özünü qoruma üçün daxili ehtiyatlar tapmamış, eləcə də adaptogen xüsusiyyətlərə malik müxtəlif təbii vasitələrdən istifadə etmişdir. Qədim təbiblərin ideyası bu gündə öz aktuallığını itirməyib və müasir elmdə insanın xarici mühit şərtlərinə uyğunlaşdırılmış imkanlarını öyrənməklə məşğul olan, eləcə də adaptasion təbabət adlanan bu imkanların artırılması üçün metod və üsulları işləyib hazırlayan təbabətin istiqamətini müəyyənləşdirir.
Xronobiologiya bioloji ritmlərin yaranma şərtlərini, təbiətini, qanunauyğunluğunu və əhəmiyyətini eləcə də bioritmlər ilə insan sağlamlığı arasında qarşılıqlı əlaqələri öyrənən elmdir. Bioritmlər həyatın əsasıdır. Onlar orqanizmlərin uyğunlaşmasının əsasında durur və canlı və cansız təbiətin birliyini təmin edir, aləmin və bizlərdən hər birimizin mövcud olma qaydasını müəyyən edir.