Müasir sağlamlıq laboratoriyası və əsas istehsal bazası

Siberian Wellness Korporasiyasının Elmi-innovasiya mərkəzinin qiymətli fəaliyyəti özünün istehsalı olmadan mümkün ola bilməzdi. Müasir istehsal texnologiyalarının və avadanlıqlarının olması qabaqcıl rus işlərinin aktual və rəqabətə davamlı məhsullara sürətli və vaxtında tətbiqinə imkan verir.




Korporasiyada özünün sınaq və istehsal mərkəzinin yaradılması haqqında qərar hələ 1999-cu illərdə qəbul edilsə də, "Müasir sağlamlıq laboratoriyası" 2000-ci ilin ortalarında özünün ilk istehsalına başlamışdır. Bu tarix Siberian Wellness Korporasiyasının inkişafında keyfiyyət baxımından yeni bir mərhələ hesab oluna bilər. Şəxsi istehsal Şirkətə misilsiz elmi-texniki və bazar üstünlüyü verir.

2012-ci ildə Şirkət "A" sinifdən olan müasir yüksək texnoloji Beynəlxalq Logistika kompleksi açdı.

  • Sahə – 4 600 kvadrat metr
  • Tutumu – 11 min kub metr (yaxud 31 milyon ədəd məhsul)
  • Hündür stellajda saxlama – 6 mərtəbəli (stellaj iki əsas moduldan ibarətdir: frontal və mezonin)
  • Anbarların avtomatik idarəetmə sistemi WMS (Warehouse Management System)