Elmi-innovasiya mərkəzi
Siberian Wellness Korporasiyasının

Elmi-innovasiya mərkəzi Şirkətin bioloji tədqiqatlarla, yeni bioloji aktiv qida əlavələrinin və onların tətbiqi üzrə proqramların işlənməsi ilə məşğul olan bölməsidir. Şirkət sağlamlığın mühafizəsinə yönələn rəqabətədavamlı məhsulların yaradılması zamanı elmi-tədqiqat müəssisələri ilə səmərəli əməkdaşlıq edir.


Elmi-innovasiya mərkəzinin strukturu

Elmi şöbənin vəzifələrinə aparıcı elmi-tədqiqat müəssisələri ilə elmi əməkdaşlığn qurulması, perspektiv iş və texnologiyaların axtarışı, eləcə də BAƏ kliniki tədqiqatlarının keçirilməsi daxildir. Elmi şöbənin fəaliyyətinin əsas nəticələri "Siberian Wellness" Korporasiyasının müəyyən vaxtdan bir yeni bioloji aktiv əlavələri ola biləcək xüsusi resepturaların yaradılmasından ibarətdir.

Şirkətin elmi-təhsil şöbəsində tədris-metodiki materialları və Korporasiyanın məhsularına dair video təqdimatlar hazırlayan, eləcə də müxtəlif region ölkələrində məhsullar ilə bağlı mütəmadi məlumatlandırıcı seminarlar keçirən peşəkar jurnalistlər və mühazirəçilər işləyir.

İstehsal bazası rusiya alimlərinin və elmi-innovasiya mərkəzinin mütəxəssislərinin işlərini "Siberian Wellness" Korporasiyasının hər il 10-dan çox adda buraxdığı yeni məhsullarda əks etdirməyə imkan verir. Ümumi istehsal gücü sutkada 120 000-ə qədər məhsul qablaşdırması olan müasir istehsal xətləri ilə təchiz olunma istehsal prosesini daha da məhsuldar edir.

Elmi-innovasiya mərkəzinin ideologiyası

"Siberian Wellness" Korporasiyasının elmi-innovasiya mərkəzi müasir elmi fikirlərin dəstəklənməsi və rusiya alimlərinin perspektiv işlərinin təcrübədə tətbiqi missiyasını həyata keçirir. Rusiya elminin potensialı bütün dünyada qəbul olunur və işlərin əksəriyyəti dünya elminin müasir nailiyyətlərini təşkil edir.

Elmi-innovasiya mərkəzinin fəaliyyətinin əsas istiqamətləri

  • Milli elmi müəssislər tərəfindən işlənən perspektivli texnologiya və bioloji aktiv maddələrin axtarışı.
  • Yeni bioloji aktiv maddələrin və məhsulların profilaktik effektivliyinin geniş miqyaslı kliniki tədqiqi.
  • Sağlamlığın mühafizəsi üzrə proqramın işlənməsi.
  • Bioloji aktiv qida əlavələrinin istifadəsi üzrə proqramın işlənib hazırlanması.
  • İnformasiya fəaliyyəti: çap və videomaterialların, proqram təminatının hazırlanması və sağlamlığın mühafizəsi və bioloji aktiv məhsulların kompleks istifadəsi məsələlərinə dair seminarların keçirilməsi.