Xronobiologiya - bioritm və sağlamlıq


 

Xronobiologiya bioloji ritmlərin yaranma şərtlərini, təbiətini, qanunauyğunluğunu və əhəmiyyətini eləcə də bioritmlər ilə insan sağlamlığı arasında qarşılıqlı əlaqələri öyrənən elmdir.
 

 

Bioritmlər həyatın əsasıdır. Onlar orqanizmlərin uyğunlaşmasının əsasında durur və canlı və cansız təbiətin birliyini təmin edir, aləmin və bizlərdən hər birimizin mövcud olma qaydasını müəyyən edir.

Sutkanın vaxtlarından asılı olaraq dövri olaraq hər insanın fizioloji vəziyyəti, intellektual imkanları və hətta əhvalı dəyişir. Gün ərzində bizim orqanizmimiz əsasən yığılmış qida maddələrinin həzminə yönəlir ki, gündüz aktiv həyat üçün lazım olan enerji alınsın. Əvəzində gecə vaxtı qida maddələri yığılır, toxumaların bərpası və hüceyrələrin ayrılması baş verir.

Xronobiologiya çox gənc bir elmdir. Bu elm bioritmlər və insan sağlamlığı arasında qarşılıqlı əlaqənin öyrənilməsindən əlavə pozulmuş bioloji ritmlərin bərpası və harmonizə edilməsi metod və üsullarının işlənməsi ilə məşğul olur. Hazırkı dövrdə bu istiqamət ən perspektivli sahələrdən biri sayılır, çünki bu, çox xəstəliklərin yaranmasının ən erkən səbəblərinə təsir etmək imkanı verir.

Siberian Wellness Korporasiyası müasir xronobiologiya prinsipələrinin təcrübi olaraq realizasiyasına başlamış və bu sahədə aparıcı milli mütəxəssislərlə birlikdə ilk dəfə xronobioloji korreksiya vasitələrinin ixtisaslaşmış xəttini yaratmış birincilərdən biridir. Patentlərlə (No. 2317822, prioritet 23.11.2004) qorunan "Jivaya kletka" və "Ritmı zdorovya" seriyasında əks olunan xronolobioloji korreksiya vasitələri və xronobioloji korreksiya üsulları.

İnsan orqanizmində təbii bioloji ritmlərin bərpa olunması yolu ilə orqanizmin həyat qabiliyyətinin harmonizasiyası daha bir sağlamlıq təşkil edici baza olmaqla yanaşı, bizim aktiv uzunömürlülüyümüzün əsas təməlidir.