Siberian Wellness Korporasiyasının tarixi 1996-cı ildən başlayır, həmin vaxt iki gənc iyirmi yaşlı sahibkar insanların sağlamlığının mühafizəsi sahəsində perspektivli rus elmi işlərinin kütləvi bazarlarda təbliğ olunması üçün Şirkət yaratdı.

Həmin müddət ərzində rus işlərinin dəstəklənməsi ideyası həqiqətən inqilabi bir fəaliyyət kimi göründü. Ümumilikdə cəmi 5 il ərzində Şirkətin çeşidləri bir neçə dəfə: üç sadə məhsuldan yüzlərlə ən müxtəlif adlı məhsullara qədər artdı ki, bunların da çoxu Rusiya bazarında aparıcı yeri tutdular.

Siberian Wellness Korporasiyasının məhsullarına olan yüksək tələb tezliklə özəl müəssisə yaratmaq məsələsini ortaya qoydu, çünki Şirkətin elmi tərəfdaşlarının istehsal gücü mal dövriyyəsinin daimi artımı ilə ayaqlaşa bilmirdi. Və 1999-cu ildə "Siberian Wellness" Korporasiyasının ilk istehsal kompleksi istifadəyə verildi.

1999-cu ildə Siberian Wellness Korporasiyasının ilk istehsal kompleksi istifadəyə verildi.

Bunun ardınca 2001-ci ildə Siberian Wellness Korporasiyasının bütün elmi tərəfdaşlarını birləşdirən Elmi-innovasiya mərkəzi yaradıldı. Bu, daimi elmi mübadilə təşkil etmək və artıq 2007-ci ildə ilk patentlərini almış yeni reseptura və məhsulları yaratmaq imkanı verdi.

Siberian Wellness Korporasiyasının çeşidlərində yabanı dərma bitkiləri əsasında xüsusi patentləşdirilmiş məhsulların olması Şirkətin rəqabət qabiliyyətli təklif ilə beynəlxalq bazarlara çıxmasına şərait yaratdı. Və 2004-cü ildən Şirkət brendinin beynəlxalq bazarlarda fəal təbliği başlandı.

Bu gün Siberian Wellness Korporasiyasının artıq Rusiyanın 51 şəhərində 59 Korporativ Nümayəndəliyi açılıb, lakin Korporasiya təkcə Rusiyada uğurlu işləmir.

Şirkətin dünyanın 20-dən çox ölkəsində Nümayəndəliyi var və 60-dan artıq ölkəyə məhsul verir!

Rusiya, Qazaxıstan, Ukrayna, rep. Belarus, rep. Moldova, Azərbaycan, Tacikistan, Qırğızıstan, Özbəkistan, Monqolustan, Vyetnam, Türkiyə, Serbiya, Almaniya, İspaniya, Çexiya, Slovakiya, Polşa, ABŞ, Meksika.



Eyni zamanda Siberian Wellness Korporasiyasının ildən ilə genişlənməsi ilə dövriyyə daha da artır. Mal dövriyyəsinin daim artmasını təmin etmək üçün Siberian Wellness Korporasiyası 2007-ci ildə yeni müasir istehsal kompleksi açdı, lakin cəmi üç il keçdikdən sonra yəni 2010-cu ildə onun modernizasiyasını və növbəti miqyaslı genişlənməni həyata keçirdi. Şirkət mal çeşidlərini daim artırır, hər il bazara 40 yeni məhsul çıxarır və son elmi nailiyyət və innovasiyaları nəzərə almaqla mövcud resepturaları vaxtaşırı yeniləyir.

2016-ci ildə Şirkət, müasir rusiya və beynəlxalq standartlara cavab verən yeni GMP və ISO 9001 (2008) istehsalat kompleksi açmışdır.



Özlərinin gərgin əməkləri sayəsində yaşlarından, cinslərindən, təhsillərindən asılı olmayaraq Uğura nail olmuş, sabit aylıq gəlir imkanı, öz cəsarətli arzularını reallaşdırmaq, adətən ömürlərində birinci dəfə Dünyanın gözəl yerlərinə səyahət etmək imkanı əldə etmiş minlərlə ən sadə insanların tarixi!