ƏsasYeniliklərSentyabr 2019 → MEN'S Box Siberian Wellness məhsullar sırasını tərk edir
25
sentyabr

MEN'S Box Siberian Wellness məhsullar sırasını tərk edir


Əziz dostlar, 23 il boyunca əla əhval-ruhiyyə, gözəllik və aktiv həyat tərzi üçün təbii məhsullar istehsal edirik. Təxminən əsrin dörddə bir hissəsi, Sibir təbiəti öz dəyərli sərvətlərini bizimlə bölüşür. Ekoloji cəhətdən məsuliyyətli bir Şirkət olaraq, ətraf mühitə dəyən ziyanı minimuma endiririk,buna görə də komandamız bu gün , tərkibində pantohematogen olan Men's Box məhsulundan imtina etmək qərarına gəldi.

Biz heç vaxt təbiətdən geri qaytara bilməcəyimiz şeyləri götürməmişik və özümüzə ona zərər verməyə imkan verməmişik - xüsusən də canlı varlıqlara.

Buna görə də, 2018-ci ilin avqust ayında Şirkət,ev təmizliyi üçün olan Greenpin məhsulunun istehsalından imtina etdi. Rusiya qanunvericiliyində baş verən dəyişikliklər səbəbiylə məhsulu heyvanlar üzərində sınaqdan keçirmək , istehsal prosesinin ayrılmaz bir hissəsinə çevrildi, lakin bizim üçün bu yanaşma yolverilməzdir, çünki bu cür qəddarlıq sayəsində heç bir məqsədə nail olmaq mümkün deyil. Və biz, insani yollarla əldə edilməyən, heyvan mənşəli xammallardan istifadə etməyəcəyik.

Buna görə də, biz tərkibində pantoqematogen olan MEN'S Box məhsulunu məhsul sırasından çıxarırıq. Biz mütləq, eyni tərkib hissəsindən istifadə etmədən, eyni effektivliyə sahib bir məhsul istehsal edəcəyik. İndi məhsulun qalıqlarını MXM-də əldə edə bilərsiniz.

Yaxın iki ay ərzində məhsul satışdan tamamilə çıxarılacaq. Hal-hazırda MEN'S Box məhsulunun optimal əvəzedicisi "Yoximbe və Sibir jenşenidir".

Şirkətimizə etibar etdiyiniz üçün təşəkkür edirik. Dəstəyinizi qiymətləndiririk və sizin və yaxınlarınızın yaxşı əhval ruhiyyəsi üçün, əlimizdən gələn hər şeyi edəcəyik.