Məxfilik haqqında

1. ÜMUMİ MƏLUMATLAR; TƏTBİQ EDİLMƏ SAHƏSİ

Siberian Welness Beynəlxalq Şirkəti" MMC (daha sonra Şirkət "biz") məlumatların toplanması, onun istifadəsi və yayılması metodları ilə tanış olmaq üçün, bu Məxfilik Siyasətini hazırlamışdır.
Məxfilik Siyasəti sayt, mobil saytlar, əlavələr, vidjetlər və bu Məxfilik Siyasətinə keçid linki olan digər onlayn vasitələrdən əldə edilən məlumatlara tətbiq edilir (sonra - Sayt). Bu sənəddə başqa hal nəzərdə tutulmayıbsa, Məxfilik Siyasəti Şirkət tərəfindən toplanan məlumatlara, xüsusən də şəbəkə resursları ilə əldə edilməyən digər mənbələrə aid deyildir.
Əgər siz Məsləhətçi olmaq üçün Şirkətə müraciət etmisinizsə və ya artıq Məsləhətçisinizsə, onda Məxfilik Siyasətinin ümumi şərtlərinə əlavə olaraq, Sizin üçün tətbiq olunan əlavə məxfilik tələbləri haqqında mühüm məlumatları əks etdirən "Əməkdaşlıq standartları" bölməsini nəzərdən keçirməlisiniz. az.siberianhealth.com saytında Məsləhətçi və ya İmtiyazlı müştəri kimi avtorizasiya və ya qeydiyyat prosesini keçərək, siz şəxsi məlumatlarınızın "Beynəlxalq şirkət "Siberian Wellness" MMC şəxsi məlumatlar operatoru tərəfindən toplanmasına, qeyd edilməsinə, yığılmasına, saxlanılmasına, dəqiqləşdirilməsinə (yeniləmə, dəyişdirilmə), çıxardılmasına, istifadəsinə, üçüncü şəxsə ötürülməsinə (yayılma, təqdim edilmə, daxil olma), simasızlaşdırmasına, bloklanmasına, silinməsinə, şəxsi məlumatlarınızın ləğv edilməsinə dair razılıq verirsiniz.

2. ŞƏXSİ MƏLUMATLARIN TƏYİN EDİLMƏ VƏ EMAL EDİLMƏ MƏQSƏDİ

Şəxsi məlumatlar – bu sizi müəyyən etməyə imkan verən informasiyadır. Şəxsi məlumatlara aiddir, xüsusi olaraq:
ad,soyad,e-mail ünvan,şəxsiyyəti təsdiq edən əsas sənədin nömrəsi, göstərilən sənədin verilmə tarixi və verən orqan barədə məlumat;
sizin nümayəndənin soyadı, adı, ünvanı, şəxsiyyəti təsdiq edən sənəd, əsas sənədin nömrəsi, həmin sənədin verilmə tarixi və verən verən orqan barədə məlumat, etibarnamənin rekvizitləri və ya bu nümayəndənin səlahiyyətini təsdiq edən digər sənəd (sizin razılığınız əsnasında).
Əlavə olaraq, şəxsi məlumatların emalı məqsədlərinin həyata keçirilməsi üçün Şirkət əlavə məlumat tələb edə bilər, yəni: mobil və ya digər telefon nömrəsi, elektron poçt ünvanı, doğum tarixi,cinsiyyət.
Şəxsi məlumatların emal edilmə məqsədi İstifadəçi Razılaşmasında, Şirkətin Əməkdaşlıq Standartlarında, eləcə də Məsafəli Satış şərtlərində sadalanan öhdəliklərə riayət etməkdir.
Biz, bizim təklif və proqramlarımızda iştirak etmək qərarına gəldikdə, və ya onları bizə başqa üsullarla birbaşa təqdim etdikdə, xüsusilə, bizim sistemimizdə qeydiyyatdan keçib məhsul əldə etdikdə, interaktiv vasitələrdən istifadə edərək və ya başqa üsulla bizimlə Sayt vasitəsilə qarşılıqlı əlaqə yaratdığınız zaman sizin şəxsi məlumatlarınızı əldə edirik.

3. ŞƏXSİ MƏLUMATLARIN İSTİFADƏSİ

Biz sizin şəxsi məlumatlarınızdan aşağıdakı məqsədlərlə istifadə edə bilərik:

  • xüsusən, sizin suallarınıza cavab verə bilmək, ərizələrinizi icra etmək və emal etmək məqsədləri ilə;
  • əməkdaşlığımız və birgə sövdələşmələrimiz haqqında sizə məlumat göndərə bilmək üçün;
  • sizi maraqlandıran məhsullar, xidmətlər, proqramlar və təkliflər barədə poçt və ya elektron poçt , telefon və ya SMS vasitəsilə məlumatlandırmaq üçün;
  • xüsusilə sizin üçün nəzərdə tutulmuş məhsullar və ya xüsusi təkliflər haqqında məlumat verərək, tercihlerinizi nəzərə almaq üçün;
  • Saytdan istifadə etmək və Sayt vasitəsilə digər istifadəçilərlə ünsiyyət qurmaq imkanına malik olmağınız üçün;
  • məlumatların təhlili, audit, yeni məhsulların hazırlanması, veb saytın təkmilləşdirilməsi, xidmətlərin genişləndirilməsi, satış trendlərinin müəyyən edilməsi və reklam kampaniyalarının effektivliyini müəyyən etmək üçün olan daxili məqsədlərimiz üçün;
  • aksiyalarda, müsabiqələrdə və digər oxşar tədbirlərə qatılmaq və onları idarə etmək üçün (bu tədbirlərin bəzilərində şəxsi məlumatların necə istifadə edilməsi və açıqlanması barədə əlavə məlumatlar olan əlavə qaydalar var; bu qaydaları diqqətlə tanış olmağınızı məsləhət görürük);
  • sizin sifarişlərinizi yerinə yetirmək və ya başqa üsulla sizə məhsulları və xidmətləri təmin etmək üçün, məsələn, ödənişləri həyata keçirmək üçün, sifarişləri çatdırmaq üçün, sizin alış-verişləriniz bağlı sizinlə əlaqə saxlamaq və uyğun olan müştəri xidmətini təmin etmək üçün;
  • saytda təqdim olunan mesaj və ya açıqca göndərilməsi funksiyalarını istifadə edərək , digər şəxslərə e-poçt vasitəsi ilə məktub göndərmək imkanı vermək. (Bu funksiyaları istifadə edərək, siz göstərilən məqsədlər üçün, dostunuzun e-mail ünvanını və adını bizə istifadə və təqdim etmək hüququnu təsdiqləyirsiniz) Dostunuz haqqında məlumat yalnız mesaj göndərmək üçün istifadə olunacaq və məlumat bazalarımızda saxlanılmayacaq.

4. ŞƏXSİ MƏLUMATLARIN İFŞA OLUNMASI

Şəxsi məlumatınızı açıqlaya bilərik:

  • əlaqadar olan Şirkətlərə,yəni Sibierian Wellness /Sibirskoye Zdorovye Korporasiyası qrupundan olan şirkətlərə və bura növbəti hüquqi şəxslər daxildir:
  • "Sibir Logistika Mərkəzi " MMC məsafədən satışın həyata keçirilməsi üçün Şirkətin rəsmi veb-saytından məsafə satış Şərtləri əsasında;
  • "Si Soft" MMC şəxsi məlumatların saxlanması və avtomatik emalı üçün. Eyni zamanda, Şirkət fərdi məlumatların operatoru olaraq qalır və şəxsi məlumatların birgə istifadəsinə görə məsuliyyət daşıyır;
  • yuxarıda qeyd olunan Şirkətləri və əlaqəli şirkətləri təqdim edən üçüncü şəxslərə, məsələn veb hosting, məlumat təhlili, nağd pul idarə edilməsi xidmətləri, sifarişlərin çatdırılması, infrastruktur təminatı, informasiya xidmətləri, müştəri xidməti, elektron poçt xidmətləri, kredit kartı ilə əməliyyatlar, audit, təlim və s. (Bu üçüncü şəxslərə Sizin şəxsi məlumatınız və ya ona daxil olma imkanı,yuxarıda göstərilən xidmətlərin bizə və ya bizim adımızdan verilməsi məqsədilə veriləcəkdir)"КФЦ-Процессинг" MMC, FDUM "Rusiya poçtu" kimi şirkətlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmır.
  • Rəhbər (Rəhbər anlayışı haqqında daha ətraflı əməkdaşlıq Standartları və İstifadəçi Razılaşmasında tapa bilərsiniz) kimi seçdiyiniz Məsləhətçi zəruri olduqda sizinlə əlaqə saxlaya, sifarişlərinizi icrə edə və sizə xidmət göstərə bilsin;
  • əgər biz zəruri və ya lazımi hesab etsək: (a) ölkənizin hüdudlarından kənarda tətbiq olunan qanunlar daxil olmaqla tətbiq olunan qanuna uyğun olaraq; (b) məhkəmə qərarının icrası üçün; (c) dövlət orqanlarının, o cümlədən yaşayış yerinin xaricində olan dövlət orqanlarının əmrlərini yerinə yetirmək üçün; (d) Şirkətimiz tərəfindən yaradılmış əməkdaşlıq qaydalarına riayət etmək üçün; (e) fəaliyyətimizi və filiallarımızın fəaliyyətini qorumaq üçün; (f) Siz, yaxud digər şəxslər, eləcə də bizim filiallarımızın hüquqlarını, məxfi məlumatlarını, təhlükəsizliyini, əmlakını qorumaq üçün; və (g) mövcud vasitələrdən istifadə etmək və ya mümkün zərərləri azaltmaq hüququmuzdan istifadə etmək üçün.

5. QEYRİ-ŞƏXSİ MƏLUMATLAR.

Qeyri-şəxsi məlumatların əldə edilməsi. Qeyri-şəxsi məlumat, xüsusən aşağıdakıları müəyyən etməyə imkan verməyən hər hansı bir məlumat aiddir:

  • brauzer haqqında məlumat;
  • cookies, piksel-teqlərin və başqa texnologiyaların köməyi ilə alınmış informasiya;
  • demoqrafik məlumatlar və sizin və ya bizim Məsləhətçilərimiz tərəfindən verilən digər məlumatlar;
  • ümumi məlumatlar.

Şirkət və xidmətlərin kənar təchizatçıları müxtəlif növ qeyri-şəxsi məlumatı əldə edə bilər. Beləliklə, məsələn, biz aşağıdakıları öyrənə bilərik:

  • kompüterinizin əməliyyat sistemi (Windows və ya Mac OS), ekran icazəsi, əməliyyat sisteminin versiyası, İnternet brauzerinin versiyası;
  • əgər bizə könüllü şəkildə olaraq geoloji mövqeyinizi, təhsilinizi, peşənizi, yaşınızı, cinsinizi, hobbinizi və peşə maraqları kimi digər informasiyalara aid olan demoqrafik məlumatları təqdim etsəniz. Şəxsi məlumatlarla birləşmədən, belə məlumat sizi və ya bir başqasını müəyyən etməyə imkan vermir.

Ümumi məlumatlar.
Fərdi məlumatları birləşdirə bilərik, buna görə birləşdirilmiş məlumatı istifadə edərək, siz və ya başqa bir şəxsin müəyyən edilməsi mümkün deyil, məsələn, şəxsi məlumat müəyyən bir regionda Müştərilərimizin faiz nisbətini hesablamaq üçün istifadə edildikdə. Bəzi hallarda biz şəxsi və qeyri-şəxsi məlumatları birləşdirə bilərik (məsələn, adınız və coğrafi mövqeniz haqqında məlumatlar ). Şəxsi və qeyri-şəxsi məlumatları birləşdirən məlumat üçün, şəxsi məlumatların istifadəsi qaydalarını tətbiq ediləcəkdir.

Qeyri-şəxsi məlumatların istifadəsi və açıqlanması.
Qeyri-şəxsi informasiyanın köməyi ilə sizi müəyyən etmək olmadığı üçün, biz onu ala, istifadə edə və istənilən hədəflər üçün istifadə edə bilərik.

6. COOKIES VƏ DİGƏR TEXNOLOGİYALAR

Cookies. Şirkət və xidmətlərin kənar təchizatçıları Saytda cookies istifadə edə bilər. Cookies veb-serverə məlumatları saxlama və digər hədəflər üçün kompüterə ötürməyə imkan verir. Biz cookies və başqa texnologiyalardan ,xidmətin daha yüksək səviyyəsini təmin etmək, daha çox məlumat vermək , sizə daim Saytdan istifadə etmək imkanını təmin etmək üçün xüsusi hallarda istifadə edirik. Həmçinin bizim xidmət təchizatçılarına da saytımızda cookies-dən istifadə etməyə icazə verilmişdir. Cookies vasitəsilə əldə olunan məlumatlara ehtiyacınız yoxdursa,siz cookies istifadəsindən imtina edə bilərsiniz - bu standart funksiyadır,demək olar ki, bütün brauzerlərdə mövcuddur. Cookie haqqında ətraflı məlumatı, şirkətlə əlaqəli olmayan, aşağıdakı saytda əldə edə bilərsiniz.

Pixel-teglar və digər texnologiyalar. Şəffaf GIF-fayllar – funksiyalarına görə bir çox şeydə cookies xatırladan unikal adla kiçik təsvirlərdir. Amma, kompüterinizin sərt diskində saxlanılan cookies faylından fərqli olaraq, şəffaf-GIF faylları gizli alətdir və veb-səhifələrdə yerləşdirilir. Sayta daxil olanların hərəkatını izləmək,və Saytın istifadəsi və işləmə sürəti üzrə statistika tərtib etmək məqsədilə, Saytda GIF-fayllardan (həmçinin web-mayak, izləmə xətları və pixel-tegləri kimi tanınan)istifadə edə bilərik. Şirkət və xidmətlərin kənar təchizatçıları , cavabların tezliyini izləmək,marketinq kampaniyalarının müvəffəqiyyətini müəyyən etmək və məktublarımıza nə vaxt baxıldığını və göndərildiyini bilmək üçün həmçinin HTML formatında olan elektron mesajlarda şəffaf-GIF fayllardan istifadə edə bilər.

Saytın analitikası. Şirkət,saytın istifadəçiləri tərəfindən istifadə qaydalarını izləmək və anlamaq üçün bu bölmədə təsvir edilən texnologiyalardan istifadə edən üçüncü tərəf xidmət təminatçıları ilə işləyə bilər. Məsələn, veb-analitika xidmət göstərən Google şirkəti bizə Saytın fəaliyyətini və istifadəçilərlə qarşılıqlı təsiri təkmilləşdirməyə kömək edir. Qərarlarınıza dair daha ətraflı məlumatı və Google Məxfilik Gizlilik Siyasəti həmçinin onun istifadəsindən imtinanı üsulları haqqında məlumatı Google Məxfilik bölməsindən öyrənə bilərsiniz.

Vidjet,əlavələr və digər vasitələr. Əgər siz bizim tərəfimizdən verilən texnologiyaları (vidjet kimi) istifadə etməyə qərar verərsənizsə, bu cür texnologiyalar vasitəsilə əldə edilən şəxsi və ya qeyri-şəxsi məlumatlar ictimaiyələşə bilər, məsələn, sosial şəbəkələr, digər saytlar və platformalar vasitəsilə, hansılarda ki, siz uyğun olan vasitəni aktivləşdirə bilərsiniz. Bundan əlavə, bəzi texnologiyalar digər platformalara virus ötürmə xüsusiyyətinə malik ola bilər (məsələn, dostunuz və ya müştəriniz öz blogunda sizin özündə sizin informasiyanı saxlayan vidjet yerləşdirə bilər). Şirkət fərdi məlumatları və (və ya) ictimaiyyətə açıq olan digər məlumatları almaq, istifadə etmək və ya ictimailəşdirməyə görə məsuliyyət daşımır.

Aşağıdakı cookies faylı veb-saytımızın fəaliyyəti üçün vacibdir.

Faylın adı cookies Təyinat
Cart-content Cookies faylında, ziyarətçinin alış-veriş Səbəti haqqında məlumatlar saxlanılır.

Cookies növbəti faylları ,veb-saytımızın fəaliyyəti üçün vacib deyil və əsasən xidmətlərimizin göstərilməsi, saxlanılması və təkmilləşdirilməsi üçün istifadə olunur. Biz sizin icazəniz olmadan heç bir faylı cihazınıza yerləşdirmirik.

Faylın adı cookies Təyinat
Language Cookies faylında istifadəçi üçün,avtomatik olaraq tətbiq edilən dil haqqında məlumatlar saxlanılır
POLL_LV_ID_* Cookies faylı, istifadəçinin artıq sorğuda iştirak etdiyi haqqda qeyd kimi xidmət edir.
QUESTIONNAIRE_LV_ID* Cookies faylı, istifadəçinin artıq anketi doldurğu haqqda qeyd kimi xidmət edir.
sibvaleo_language_code Cookies faylında, istifadəçinin üstünlük verdiyi ölkə haqqında məlumatlar saxlanılır.
preview_permission_profile* Cookies faylında, avtomatik olaraq tətbiq edilən istifadəçi profilinin parametrləri haqqında məlumatlar saxlanılır/

7. IP-ÜNVANLAR

IP-ünvanın təyin etmə üsulları.
Kompüterinizin IP ünvanı - İnternet-provayder (ISP) tərəfindən avtomatik olaraq kompüterinizə təyin edilmiş bir nömrədir.
İstifadəçi Sayta daxil olduqda , IP-ünvanı avtomatik olaraq təyin oluna və server jurnalında qeydiyyata alına bilər ; bundan əlavə, daxil olan vaxt və daxil olduğunuz səhifələr qeyd olunur. IP-ünvanın müəyyən edilməsi - bir çox saytlarda avtomatik olaraq həyata keçirilən standart təcrübədir.

IP-ünvanlarının istifadəsi və açıqlanması qaydaları.
Saytın istifadəsi üzrə statistikanı müəyyənləşdirmək, serverdə problemləri müəyyənləşdirmək, dolandırıcılığı aşkar etmək, Saytın idarə edilməsi və digər məqsədlər üçün IP-ünvanlar istifadə edilir. Biz həmçinin IP-ünvanlardan istifadə edə və şəxsi informasiyanın istifadə olunduğu və genişləndiyi istənilən məqsədlər üçün, onları üçüncü şəxslə çatdıra bilərik. Qeyd edək ki, mövcud qanunvericilikdə xüsusi qeyd olunduğu hallar istisna olmaqla, bütün hallarda IP-ünvanları, server jurnallarını və onunla əlaqəli qeyri-şəxsi informasiya məlumatları nəzərdən keçiririk.

8. SOSİAL ŞƏBƏKƏLƏR VƏ İNTERAKTİV ÜNSİYYƏT VASİTƏLƏRİ

Saytımızın xüsusiyyətləri bizimlə və digər istifadəçilərlə əlaqə yaratmağa imkan verir. Əlaqə bloglar, forumlar, xüsusi mesajlar, çat və xüsusi yaradılmış icmalar vasitəsilə həyata keçirilir. Belə kommunikasiya vasitələrindən istifadə etdiyiniz zaman,unutmayın ki, adınız, geomövqeyiniz və e-poçt ünvanınız daxil olmaqla, təqdim etdiyiniz məlumatların digər istifadəçilər də görə bilər. Interaktiv ünsiyyət vasitəsi ilə dərc olunan məlumatlara görə biz məsuliyyət daşımırıq və vacib şəxsi məlumatlarınızı bildirməməyinizi israrlı şəkildə tövsiyyə edirik (məsələn, sağlamlığınız və ya bank kartınız haqqında məlumatlar). Əgər siz bu ünsiyyət vasitələrindən istifadə edirsinizsə, şəxsi məlumatınız Saytı tərk etdikdən sonra da orada qala bilər

9. TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ

Bizim nəzarətimiz altında olan şəxsi məlumatları qorumaq üçün bütün lazımlı təşkilati, texniki və inzibati tədbirləri alırıq. Təəssüf ki, internet vasitəsilə məlumatların göndərilməsi və onların sistemdə saxlanması zamanı tam təhlükəsizliyinə zəmanət vermək mümkün deyil. Bizimlə qarşılıqlı əlaqənin təhlükəsiz olduğuna inanmamaq üçün bir səbəbiniz varsa (məsələn, hesabınızın təhlükəsizliyi risk altında olduğundan şübhə edirsinizsə), dərhal "Əlaqə məlumatları" bölməsində göstərilən ünvana yaranmış problem haqqında dərhal məlumat verin .

10. SEÇİM AZADLIĞI

Şirkətin marketinq təklifləri və (və ya) aksiyalar barədə məlumat almaqdan imtina etmək istəyirsinizsə, "Əlaqə məlumatları" bölməsində göstərilən ünvana bildiriş göndərin. İstəklərinizə operativ şəkildə cavab verməyə çalışacağıq.

11. GİRİŞ, REDAKTƏ VƏ ŞƏXSİ MƏLUMATLAR HAQQINDA RƏY

Şəxsi və digər məlumatları Şirkətin rəsmi saytında və ya şirkətin qapalı saytının BackOffice bölməsində Şəxsi kabinetinizdə redaktə edə bilərsiniz. Sizin şəxsi məlumatlarınızın silinməsi Şirkətlə əməkdaşlığın dayandırılması zamanı baş verə bilər, çünki Şirkət, İstifadəçi Razlaşması, Əməkdaşlıq Standartları və Məsafədən Satış şərtləri üzrə öhdəliklərini yerinə yetirə bilməz. Əgər, bununla belə, Şirkətlə əməkdaşlıq etməkdən imtina etmək istəyirsinizsə, "Əlaqə məlumatları" səhifəsində göstərilən ünvana Məsləhətçinin Razılaşma nömrəsi və ya Müştərinin Şəxsi kart nömrəsini mütləq şəkildə qeyd etməklə ,sərbəst formada bildiriş göndərə bilərsiniz. Sizin ərizənizə 5 iş günü ərzində baxılacaq, sonra federal qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla ,sizin bütün şəxsi məlumatlarınızı siləcəyik.

12. ŞƏXSİ VƏ DİGƏR MƏLUMATLARIN SAXLANILMA MÜDDƏTİ

Qanunla məlumatın saxlanması üçün daha uzun bir müddət nəzərdə tutulmadığı təqdirdə, Məxfilik Siyasətində göstərilən məqsədlərə çatmaq üçün lazım olan müddət ərzində şəxsi məlumatınızı saxlayacağıq.

13. SAYTIN UŞAQLAR TƏRƏFİNDƏN İSTİFADƏSİ

Bu Sayt 18 (on səkkiz)yaşına çatmamış şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır, və biz bu şəxslərin Saytda şəxsi məlumatlarını təqdim etməmələrini xahiş edirik.

14. İNDİKİ MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏRİN DAXİL EDİLMƏSİ

Biz hal-hazırdakı Məxfilik siyasətinə dəyişiklikləri daxil etmək hüququnu öz üzərimizə götürürük. Məxfilik siyasətinin son redaktə tarixinə ,səhifənin yuxarı hissəsində " _ "__" olan son dəyişikliklər" sətrinə baxaraq öyrənə bilərsiniz. Məxfilik siyasəti haqqında dəyişikliklər, saytda Məxfilik siyasətinin yeni versiyası dərc edildikdən sonra qüvvəyə minir. Belə dəyişikliklər edildikdən sonra Şirkətlə əməkdaşlıq etməklə, Məxfilik siyasətinin yeni versiyasını qəbul edirsiniz.

Başqa sualınız var?
Xidmət və çatdırılma ilə bağlı hər hansı bir sualınız varsa, call-centre müraciət edə bilər və ya e-mail elektron ünvanına yaza bilərsiniz:

[}item{]