RAZILAŞMA

Terminlər:

Siberian Wellness/ Siberian Health / "Sibirskoye zdorovye" Korporasiyası (daha sonra Şirkət) - "Sibirskoye zdorovye" və əlaqədar məhsul qrup nişanları ilə məhsulların təşviqi və satışı ilə məşğul olan bir qrup şirkətdir.

www.siberianhealth.com ünvanında yerləşdirilmiş sayt – Şirkətə aid olan bir xidmətdir.

İstifadəçi – Şirkətdə Məsləhətçi və ya İmtiyazlı müştəri statusuna malik olan Saytın ziyarətçisidir.

Ziyarətçi – Məsləhətçi və ya İmtiyazlı müştərinin qeydiyyat prosedurunu keçməmiş, amma Saytda yerləşdirilmiş məzmuna baxmaq imkanına malik olan Saytın potensial istifadəçisidir.

Məsləhətçi - Şirkətlə müqavilə bağlayan, məhsulları şəxsi istifadəsi üçün alan, digər insanlara tövsiyə edən və şirkətin məhsulları və fəaliyyəti üçün müntəzəm və ya qeyri-müntəzəm olaraq informasiya və təbliğat fəaliyyətini həyata keçirən şəxsdir. Məsləhətçi Razılaşması, İstifadəçi Sazişində nəzərdə tutulmuş qaydada saytda və ya MXM-də bağlana bilər. Əgər Məsləhətçi Şirkətlə əməkdaşlığı sistematik xarakter daşıyacaqsa və Məsləhətçinin gəlirinin sistematik almasına yönəldiləcəksə, o, öz ölkəsinin qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə qeydiyyatdan keçməlidir.

İmtiyazli müştəri - Şirkətin məhsullarını şəxsi istifadəsi üçün alan və digər insanlara tövsiyə edə bilən, Şirkətlə Qeydiyyat Sazişinə bağlayan bir şəxsdir. İmtiyazlı Müştərinin Qeydiyyat Razılaşması, İstifadəçi Sazişində nəzərdə tutulmuş qaydada saytda və ya MXM-də bağlana bilər.

Müştəri – Saytın istifadəçisi olan, İnternet mağazanın köməyi ilə Sifarişləri formalaşdıran və ya Sifarişdə malı qəbul edən şəxs kimi göstərilmiş və fərdi sahibkarlıqla əlaqəsi olmayan,yalnız şəxsi, ailə, ev və digər ehtiyaclar üçün İnternet mağazasının istifadəsiylə əldə edilmiş mallardan istifadə edən, tamamilə bacarıqlı fiziki şəxsdir.

Saytın idarəsi – Saytın istifadəsini müəyyənləşdirən, onun işini idarə edən, Razılaşmanın İstifadəçilər tərəfindən icrasına nəzarət edən Şirkətin bir qrup işçisi və onun səlahiyyətli nümayəndələridir.

Məzmun - mətnlər, təsvirlər, ticarət nişanları, loqotiplər, hipermətn istinadları, audiovizual əsərlər, musiqi əsərləri, ədəbi əsərlər, təqdimatlar, EHM üçün proqramlar, mobil telefonlar, onların fraqmentləri, informasiya, digər obyektlərlərdir.

İnternet-mağaza - Satıcıya məxsus və İnternet ünvanı olan http://az.siberianhealth.com/ru/shop/ bir saytdır, o Müştərilərə imkan verir:

  • Satıcı tərəfindən Müştərilərə təklif olunan malların təsviri, ödəniş və çatdırılma şərtləri ilə tanış olmaq;
  • Sifarişi tərtib etmək.

Satıcı – "Sibirskoye Zdorovye" MMC hesab olunur. Hüquqi ünvan: AZ1095 şəh. Bakı,Səbail rayonu,Bülbül pr,ev 14,Nizami küç,ev 70

Çatdırılma xidməti - Satıcı ilə müqavilə əsasında müştərilərə malların çatdırılması üçün xidmət göstərən üçüncü tərəf.

Məhsul – vətəndaş dövriyyəsindən çıxardılmış və İnternet mağazasının istifadəsiylə satışa təqdim edilmiş maddi dünyanın obyektidir.

Sifariş - İnternet-mağazada dərc edilmiş malların kataloqdan istifadə edərək seçərək , göstərilən ünvanına çatdırmaq üçün, düzgün formada yerinə yetirilmiş Müştəri sorğusudur.

Müştəri bazası - Müştərilərin şəxsi məlumatları daxil olmaqla, Saytda qeydə alınmış istifadəçilərin məlumat bazası.

Müştərilərlə iş üzrə xidmət - Saytın və İnternet-mağazanın istifadəsi ilə bağlı məsələləri həll etməyə kömək edən xidmətlərdir (qaynar xətt, Sayt üzrə geribildiriş).

Cookies - veb-müştəri müvafiq saytın səhifəsini açmağa cəhd etdiyi zaman hər dəfə HTTP-sorğuda veb-serverə göndərdiyi ,veb-server və ya veb-səhifə tərəfindən yaradılmış fayl şəklində istifadəçinin kompüterində saxlanılan məlumatların kiçik fraqmentidir.

Səbət - Müştərinin İnternet-mağazada seçdiyi məhsulların siyahısıdır.

Məxfi məlumat - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun sahibi tərəfindən məhdudlaşdırıla bilən məlumatdir.

Şəxsi kabinet – istifadəçiyə yalnız avtorizasiyadan sonra istifadəyə icazə verən və istifadəçinin şəxsi informasiyasını özündə saxlayan bir Sayt bölməsidir.

Şəxsi hesab – Sayta daxil olmaq üçün istifadə edilən istifadəçinin şəxsi məlumatlarıdır.

Satıcı təklifi - Saytda satışa təqdim olunan mallar barədə mövcud qiymətlər və Satıcının mövcud tariflərinə uyğun şərtlər əsasında olan əlverişli məlumatdır.

Xüsusi təklif - Saytda məhsulların alınması üçün endirimlər, hədiyyələr, digər xüsusi şərtlər barədə məlumatı özündə toplayan Satıcı təklifidir. Satıcı təklifin xüsusi olduğunu qeyd etməyə məcbur deyil.

Bonus - Satıcının müəyyən etdiyi şərtlərə əsasən Xüsusi təklif üzrə tərtib edilən və Müştərinin Sifarişinə Satıcı tərəfindən əlavə olaraq təklif edilən məhsuldur. Bonus, mal və ya digər məhsul ola bilər.

Məsləhətçi Sazişi - Siberian Wellness/ "Sibirskoye zdorovye" kimi bir qrup şirkət və ya Siberian Wellness/ "Sibirskoye zdorovye" Korporasiyasının Məsləhətçisi olmaq istəyini bildirən fiziki şəxs arasında bağlanmış müqavilədir.

Ballar - Şirkətin hər bir məhsulu üçün fərdi olaraq müəyyən edilmiş sabit rəqəmsal göstəricidir.

Rəhbər - Şirkət ilə əməkdaşlıq etmək üçün Namizəd (Məsləhətçi və ya İmtiyazlı Müştəri) dəvət edən Məsləhətçi və ya İmtiyazlı Müştəri, Şirkət tərəfindən Rəhbər kimi qeydiyyatdan keçmiş və cəlb edilmiş şəxslərin təlimi, təhsili və rəhbərləyi üçün informasiya dəstəyini təmin edən şəxsdir.

Qeydiyyat dəsti – Şirkət ilə əməkdaşlıq etməyə niyyət edən Namizədin əldə etdiyi ədəbiyyat və materiallar dəstidir. İmtiyazlı Müştəri və Məsləhətçi üçün Qeydiyyat dəstinin məzmunu fərqlidir. Qeydiyyat dəstinin tərkibi və qiyməti Şirkətin qərarı əsasən dəyişilə bilər. Qeydiyyat dəstininin cari qiyməti müəyyən bir ölkənin ərazisində qüvvədə olan Şirkətin qiymət siyahısına əsasən müəyyən edilir.

Şirkətin Xidmət Mərkəzi (ŞXM) - ""Sibirskoye zdorovye" ticarət nişanı ilə məhsulların pərakəndə satışı və Şirkətin təlim materialları üçün nəzərdə tutulmuş ixtisaslaşmış bir mərkəzdir;pərakəndə müştərilərə,Şirkətin İmtiyazlı müştərilərinə və Məsləhətçilərinə xidmət etmək üçün; Şirkətin Məsləhətçilərinin biznesini dəstəkləmək və ya Şirkətin məhsullarını təbliğ etməyə kömək edən təqdimatlar, seminarlar, görüşlər və ya digər tədbirlər üçün; Şirkətin məhsulları və aksiyaları və ya Şirkətin biznes məlumatları haqqında məlumat almaq üçün.

  1. Razılaşmanın mövzusu
    1. İstifadəçi ilə bu Saziş (daha sonra "Saziş") Saytdan istifadə qaydalarını müəyyən edən İstifadəçi ilə Şirkət arasında hüquqi bir müqavilədir.
    2. Saytda qeydiyyatdan keçərək və ya Məsləhətçi Sazişini imzalayaraq, İstifadəçi bu Sazişin şərtləri ilə razılığını təsdiq edir.
    3. Sazişin hər hansı bir şərti ilə razılaşmadığı təqdirdə, İstifadəçi Saytdan istifadə etməyi dərhal dayandırmağı öz öhdəsinə götürür. Eyni zamanda, Şirkətin məsləhətçisi qala bilər.
    4. Saytda qeydiyyatdan keçməklə, İstifadəçi bu Sazişi qəbul etmək üçün lazımi hüquqi qabiliyyət və səlahiyyətə sahib olduğunu, Sazişin şərtlərini icra edə biləcəyini və Saytın istifadəsindən yaranan hüquqi məsələlər də daxil olmaqla, Sazişin pozulmasına görə məsuliyyət daşıyır.
    5. İstifadəçi Saytda mövcud olan bütün forma və metodlarda, məhsulların nəzərdən keçirilməsi və dərc edilməsinə dair bütün nəticələr daxil olmaqla, Məzmunun dərc olunması üçün şəxsən məsuliyyət daşıyır.
    6. Məzmunu yerləşdirməklə, İstifadəçi bu Sazişin 6.5-ci bəndinə uyğun olaraq haqqların ötürülməsi üçün lazım olan bütün hüquqlara və səlahiyyətlərə malik olduğunu təmin edir.
    7. Məzmunu yerləşdirməklə, İstifadəçi Saytın istənilən Ziyarətçisinə Məzmuna daxil olmaq hüququnu verir.
    8. Bu Saytın dizaynı və strukturu, habelə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq qorunan digər elementlər yeni informasiya obyektləri yaratmaq və ya onların əsasında qanun pozuntusuna səbəb olan digər məqsədlər üçün tam və ya qismən təkrar (kopyalanmaq, imitasiya olunmaq) etmək olmaz.
    9. Şəkillərin, qrafiklərin, səs və ya video məlumatlarının digər internet saytlarında yerləşdirilməsi və ya kağızı və ya maqnit media üzərində nəşrləri Şirkətin yazılı icazəsi olmadan yaymaq üçün kopyalana bilməz.
  2. Dəyişikliklər
    1. Saytın İdarəsi istənilən vaxt aşağıdakı hüquqları özündə saxlayır:
      • Razılaşma şərtlərini dəyişdirmək;
      • Saytın və istənilən bir hissəsini istənilən vaxt yalnız öz mülahizəsinə uyğun olaraq təkmilləşdirmək, əlavə etmək, dəyişdirmək və ya dayandırmaq.
    2. Saytın Administrasiyası istənilən vaxt, tamamilə və ya qismən, Müqavilənin hər hansı bir hissəsini dəyişdirmək, yeniləmək, əlavə etmək, ləğv etmək, silmək, dəyişdirmək və ya başqa şəkildə dəyişdirmək hüququna malikdir. Razılaşmadakı, Sayt Administrasiyası əhəmiyyətli hesab etdiyi dəyişikliklər barəsində, məqbul bir müddət ərzində "Yenilənmiş İstifadəçi razılaşması" adı altında əsas səhifədə istinad vasitəsi ilə Saytda bildiriş yerləşdirəcək. Əgər Ziyarətçi Saziş dəyişdirildikdən sonra Saytın Administrasiyasına məlumat təqdim edirsə,Sayta daxil olur və Saytdan istifadə edirsə və əgər bu haqqda üç təqvim günü ərzində heç bir irad bildirmirsə ,o, dəyişiklikləri oxuduğu, başa düşdüyü, qeyri-şərtsiz şəkildə razılaşdığı anlamına gəlir.Bu Sazişin ən sonuncu versiyası Saytda yerləşdiriləcək və əvvəlki Saziş versiyalarını əvəz edəcəkdir.
    3. Sayt tamamilə və ya qismən təkmilləşdirilə,dəyişdirilə və ya Şirkət- sahibinin qərarı ilə ləğv edə bilər. Saytın istənilən təkmilləşdirilməsi, əlavələri və ya dəyişiklikləri bu Sazişə tabedir.
  3. Giriş
    1. Ziyarətçi Saytdan istifadə etmək üçün, o İnternetə daxil olmalıdır və istənilən xidmət dəyərini ödəməlidir. Bundan başqa, o İnternetə daxil olmaq üçün lazım olan bütün avadanlığa malik olmalıdır.
    2. Ziyarətçi , hər hansı bir kompüter avadanlığı, proqram təminatı, telefon (kabel və ya digər) xidmətləri və şəxsi kompüterin İnternetə bağlanması, quraşdırılması, yüklənməsi, istifadəsi və bununla bağlı bütün xərclərə görə məsuliyyət daşıyan yeganə şəxsdir.
    3. Ziyarətçi , kompyuter və proqram təminatlarını istifadə etməzdən öncə,kompyuterdə və proqram təminatında virusların olub olmadığını və digər əlaqəli problemləri yoxlamağa görə yalnız özü məsuliyyət daşıyır.
    4. Şirkət, Saytın və ya onun hər hansı bir hissəsinin istifadəsi ilə əlaqədar ziyarətçinin kompüterində və ya proqram təminatında hər hansı bir səhv və ya problemə görə bir mənalı şəkildə məsuliyyət daşımır.
  4. Səlahiyyət
    1. Ziyarətçi , 18 (on səkkiz) və daha yuxarı yaşda olduğuna zəmanət verir. Əgər ziyarətçi 18 yaşdan aşağıdırsa, Şirkət onun Saytdan istifadəsinə görə məsuliyyət daşımır.
    2. Bu Saytın müəyyən xüsusiyyətləri ( istifadəçinin məhdudiyyətsiz qeydiyyatı məhdudiyyətsiz,daxil olmaqla) və bəzi məhsullar daha çox yaş və/və ya digər səlahiyyət tələblərini tələb edə bilər.
    3. Satıcı məhsulu yalnız Azərbaycan Respublikası ərazisində təklif edir,satır və göndərir.
  5. İstifadəçilərin qeydiyyatı və statusun dəstəklənməsi
    1. Namizəd İmtiyazlı müştəri və ya Məsləhətçi statusunu seçir və Şirkətlə müvafiq Qeydiyyat Sazişi bağlayır.
    2. Saytda iki üsulla İmtiyazlı müştəri kimi qeydiyyatdan keçmək olar:
      • "Davam et" linki üzrə keçid zamanı səlahiyyətsiz istifadəçi kimi alış-veriş həyata keçirdikdə.
      • "Qeydiyyat" səhifəsində onlayn-formanın doldurulması zamanı.
    3. Saytda növbəti üsullarla Məsləhətçi kimi qeydiyyatdan keçmək olar:
      • "Qeydiyyat" səhifəsində onlayn-formanın doldurulması zamanı.
      • İmtiyazlı müştərinin Şəxsi kabinetində onlayn-formanın doldurulması zamanı.
    4. 5.3. Ziyarətçinin Məsləhətçi qismində qeydiyyatı, Məsləhətçinin Qeydiyyat dəstinin alışını nəzərdə tutur. Məsləhətçi Qeydiyyat dəstini iki üsulla əldə edə bilər: birinci sifariş zamanı İnternet-mağazada və ya Şirkətin xidmət Mərkəzində.
    5. 5.4. Qeydiyyatın bütün digər metodları, eləcə də Şirkətlə Məsləhətçi kimi əməkdaşlıq şərtləri, Şirkətdə və Saytda qeydiyyatdan keçmiş şəxslərin hüquqları və öhdəlikləri Şirkətin Əməkdaşlıq Standartlarında sadalanıb və onlarla http://az.siberianhealth.com/ru/support/pravila_all/ linki üzrə keçərək tanış ola bilərsiniz.
    6. Şirkətlə hər hansı bir qaydada (Saytda və ya Şirkətin Əməkdaşlıq Standartları ilə nəzərdə tutulmuş qaydada) qeydiyyatdan keçirdikdə, İstifadəçiyə fərdi bir nömrə verilir və o nömrə eyni zamanda hesabın logini hesab olunur.
    7. 5.2 və 5.3 bəndlərinin istənilən üsulu ilə qeydiyyatdan keçdikdə,hər bir qeydiyyatdan keçmiş istifadəçiyə Rəhbər təyin edilir. Rəhbər iki şəkildə təyin edilə bilər:
      • İstifadəçi Rəhbərin fərdi nömrəsini müstəqil şəkildə qeyd edir.
      • İstifadəçi, Rəhbəri seçilmiş şəhər əsasında,Rəhbərin adı,soyadı və atasının adı əsasında,onların dərəcəsi və fotoşəkil (əgər varsa) əsasında Saytdan avtomatik olaraq seçir.
  6. İstifadəçinin hüquqları və vəzifələri
    1. Səlahiyyətli İstifadəçi, İnternet-Mağazada Sifarişləri sərbəst yerləşdirmək, mövcud olduqda rəylər və təhlillər buraxmaq və Saytın funksionallığı ilə nəzərdə tutulmuş digər hərəkətləri yerinə yetirmək hüququna malikdir.
    2. İstifadəçi bu Sazişin şərtlərinə uyğun olaraq Saytda məzmun yerləşdirmək hüququna malikdir.
    3. İstifadəçi,qüvvədə olan Rusiya və ya beynəlxalq qanunvericiliyini pozan, Sayta və / və ya Şirkət sahibinə zərər verə biləcək, həmçinin Şirkət-sahibinin və onun əməkdaşlarının ünvanına olan təhqir və ya qeyri-konstruktiv tənqidlərini ehtiva edən , üçüncü tərəflərin intellektual hüquqları da daxil olmaqla hüquqlarını pozan, mənəvi və etik normalara zidd olan, provokasiya məqsədilə edilən,kobud, təhqiredici və təcavüzkar xarakterli Məzmun yerləşdirməməyi öz üzərinə götürür.
    4. İstifadəçi, mövcud hakimiyyəti zorla devirməyə çağıran faşist və nasist məzmunlu,millətlərarası və ya dini ayrı-seçkiliyi qızışdıran, ekstremist və pornoqrafik təmayüllü kontent dərc etməməyi öz üzərinə götürür.
    5. İstifadəçi Sazişinin 5-ci bölməsində göstərilən metodları və ya Şirkətin Əməkdaşlıq Standartları ilə nəzərdə tutulmuş başqa bir üsulla Saytda qeydiyyatdan keçirdikdə, İstifadəçi etibarlı qeydiyyat məlumatını təqdim etməyi öz üzərinə götürür. Şirkət istifadəçidən əlavə etibarlı məlumatı göstərməyi tələb etmir və Məsləhətçinin statusunda olan şəxsi məlumatlardan başqa İstifadəçinin əlavə məlumatının etibarlılığının yoxlamasına yönəldilmişlər tədbirlər keçirmir.
    6. Məsləhətçi qismində qeydiyyatdan keçdikdə, Şirkət qüvvədə olan şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin surətini tələb etmək hüququnu özündə saxlayır.
    7. Saytda dərc olunan bütün yazıların və ya şərhlərin bütün kontenti müəllif hüququna əsaslanır. Sayt-mənbəsində göstərildiyi təqdirdə,digər mənbələrdən götürülmüş bütün materialların müəllif adları göstərilməlidir,onu tətbiq etmək qeyri-mümkün olduqda isə - müəlliflik simvolu olmalıdır (s). Digər mənbələrdən götürülmüş və daha əvvəl İnternetdə yerləşdirilmiş giper istinadlar xoş qarşılanır,belə olan halda isə, əgər müəllif onların zəruriliyi haqqında bildirsə, - mütləq şəkildə tələb olunur. İstifadəçi yad mətnlərin və ya təsvirlərin müəllifliyini özəlləşdirməməyi qəbul edir.
    8. İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bu Sazişin pozulmasından məsuliyyət daşıyır.
    9. Üçüncü şəxslərə, digər İstifadəçilərə və ya Sayta ziyan dəydikdə, İstifadəçi, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq dəymiş zərərin kompensasiya etməyi öz üzərinə götürür.
    10. İstifadəçi, üçüncü şəxslər tərəfindən hər hansı bir irad bildirikdə, üçüncü şəxslərin intellektual hüquqlarının qorunması ilə bağlı iradlar da daxil olmaqla (lakin məhdudlaşmır) və Sazişin şərtlərini istifadəçi tərəfindən pozulması nəticəsində yaranan üçüncü tərəflərin iddiaları ilə əlaqədar Saytda yaranan hər hansı bir öhdəliklərə görə və bütün xərclərə (zərərin kompensasiyası daxil olmaqla, ziyan, cərimələr, məhkəmə və digər )görə məsuliyyət daşıyır. İstifadəçi,Saytın və Şirkətin cavabdehlər sırasından çıxarılması üçün bütün lazım və mümkün olan tədbirləri qəbul etməlidir.
    11. İstifadəçi,qeydiyyat zamanı göstərilən login və ya fərdi nömrə və şifrəsini üçüncü şəxslərə açıqlamamağı öz üzərinə götürür. İstifadəçinin, Şəxsi hesabının təhlükəsizliyi və ya üçüncü şəxslər tərəfindən icazəsiz istifadəsi ehtimalı ilə bağlı şübhə yarandıqda, İstifadəçi, Şəxsi kabinetdə "Geri bağlantı" bölməsində və ya eshop@sibvaleo.com elektron poçt ünvanı üzrə sorğu göndərmək haqqda Sayt Administrasiyasına dərhal məlumat verməyi öz üzərinə götürür. Bundan əlavə, İstifadəçi şəxsi hesabında istənilən vaxt şifrəsini dəyişə bilər.
  7. Sayt Administrasiyasının haqqları və vəzifələri
    1. Şirkət İstifadəçinin qeydiyyat və digər məlumatlarını qorumağı öz üzərinə götürür.
    2. Şirkət,qüvvədə olan qanunvericilik,Saziş, İnternet-mağazasının distans satış şərtləri vəMəxfilik siyasətində nəzərdə tutulmuş hallar istisna olmaqla, İstifadəçinin qeydiyyat və digər məlumatlarını üçüncü şəxslərə ötürülməməsini öz üzərinə götürür.
    3. Sayt Administrasiyası,Saytın İstifadəçiləri arasında yaranan mübahisələrin və münaqişələrin aradan qaldırılması ilə məşğul olmur,lakin,Saytın digər İstifadəçiləri tərəfindən hər hansı bir İstifadəçinin yalnış davranışı ilə bağlı şikayət daxil olduğu halda, həmin İstifadəçinin səhifəsini bloklamaq hüququnu özündə saxlayır.
    4. Şirkət,İstifadəçinin öz qeydiyyat informasiyasını digər İstifadəçilərə müstəqil şəkildə açmasına görə məsuliyyət daşımır.
    5. Sayt Administrasiyası Saytda İstifadəçilər tərəfindən yerləşdirilmiş mətni, fotoşəkilləri, şərhləri və digər materialları moderasiya etmək hüququna malikdir,lakin bunu etməyə məcbur deyil.
    6. Sayt Administrasiyası, hər hansı bir mətn, şəkil, istifadəçi şərhini xəbərdarlıq və izahat vermədən silmək hüququna malikdir.
    7. Saytın Administrasiyası,İstifadəçilərin əqli mülkiyyətinə görə müəllif hüquqlarına riayət olunmasına nəzarət etmir və onların Saytın Istifadəçiləri tərıfindən pozulmasına görə məsuliyyət daşımır.
    8. Sayt Administrasiyası,Saytda dərc olunan materialların faydalı və maraqlı olduğunu ifadə edən və ya nəzərdə tutan heç bir zəmanət vermir.
    9. İstifadəçi Sazişin şərtlərini yaxud Azərbaycan Respublikasının mövcud qanunvericiliyini pozduğu təqdirdə, Sayt qanunla müəyyən edilmiş qeydiyyat məlumatlarını, IP ünvanlarını, digər məlumatları hüquq-mühafizə orqanlarına və məhkəməyə ötürmək hüququnu özündə saxlayır.
    10. Sayt Administrasiyası Saytın fəaliyyətini təkmilləşdirmək məqsədilə İstifadəçinin fəaliyyəti barədə məlumatlardan istifadə edir.
    11. İstifadəçi tərəfindən bu Müqavilənin şərtləri pozulduğu halda,Sayt Administrasiyası Saytın və onun xidmətlərinin istifadəsini dayandırmaq və ya ləğv etmək və İstifadəçinin səhifəsini bloklamaq hüququna malikdir.
    12. Sayt Administrasiyası Saytın istifadəsi ilə əlaqədar hər hansı bir məhdudiyyət qoyma hüququnu özündə saxlayır.
    13. Sayt Administrasiyası və ya Şirkət, İstifadəçiyə əvvəlcədən xəbərdarlıq etmədən, Saytın və ya onun bir hissəsini bağlamaq, dayandırmaq, dəyişdirmək hüququnu özündə saxlayır.
  8. Digər
    1. Hər hansı bir sual və ya şikayət yarandıqda, İstifadəçi Qaynar xətt və ya Saytda geri bağlantı forması vasitəsilə Şirkətin Müştəri Xidmətləri Departamentinə müraciət etməlidir. Yaranan bütün mübahisələri tərəflər danışıqlar yolu ilə çalışacaqlar, heç bir razılıq əldə olunmadığı halda ,mübahisə Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məhkəmə yolu ilə həll olunacaq.
    2. Bu Saziş, İstifadəçinin Saytda qeydiyyatdan keçdikdə onun şərtləri ilə razılaşdıqda sonra qüvvəyə minir. Qeydiyyat prosedurunu həyata keçirməmişdən əvvəl İstifadəçi Sazişin bütün şərtləri diqqətlə tanış olmalıdır.
    3. İstifadəçi könüllü olaraq Sayta Məzmunu əlavə edir, bu halda İstifadəçi Məzmuna aid olan intellektual və istənilən digər hüquqları qoruyub saxlayır.
    4. Məzmunu yerləşdirməklə, İstifadəçi bu məzmunun və ya onun hər hansı bir hissəsinin müddət və fəaliyyət sahəsi olmadan göstərmək, bərpa etmək, dəyişdirmək, saxlamaq, açıq şəkildə nümayiş etdirmək, uyğunlaşdırmaq, nəşr etmək, yaymaq, arxivləşdirmək, tərcümə etmək və hər hansı digər bir istifadə etmək hüququna malikdir.
    5. İstifadəçi,Saytda olan bütün məlumatlar daxil olmaqla, Şirkətin Sayt üzrə olan bütün hüquqlarını vahid obyekt kimi qəbul edir.
    6. Bu Sazişi qəbul edərək, İstifadəçi razılaşır:
    7. Məzmunun yerləşdirilməsi zamanı , İstifadəçi Saytın həmmüəllifi olmur və gələcəkdə belə müəllifliyə hər hansı iddiadan imtina edir.
    8. Bu Müqavilənin 6.7-ci bəndinə uyğun olaraq, Məzmuna hər hansı hüquqların ötürülməsi halında, İstifadəçi 3-cü bəndin 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyinin müvafiq hüquqlar haqqda müəyyən edilmiş qaydada rəy hüququndan məhrum olur (imtina edir).
    9. İstifadəçi tərəfindən xüsusi olaraq yaradılmış Məzmunun Saytda yerləşdirmək üçün , bu Məzmuna müstəsna hüququ yalnız İstifadəçiyə məxsusdur.
    10. Saytın materiallarına, o cümlədən, Məzmuna giriş hüququ İstifadəçiyə yalnız şəxsi istifadəsi və tanışlıq üçün verilir. Müvafiq hüquq sahiblərinin əvvəlcədən yazılı razılığı olmadığı halda, İstifadəçi Saytın materiallarını istifadə etmək, yenidən yaratmaq, istənilən üsulla yaymaq, kopyalamaq, ictimaiyyətə göstərmək,ictimaiyyətə yayınlamaq,tərcümə etmək,dəyişdirmək və ya istənilən başqa üsullarla istifadə etmək hüququna malik deyildir.
    11. Sayt Administrasiyası və Şirkət ,Saytda yerləşdirilmiş məzmunun bütövlüyü və təhlükəsizliyinə görə heç bir məsuliyyət daşımır.
    12. Əgər Sayt Administrasiyası və ya Şirkət hər hansı bir zaman ərzində İstifadəçidən Sazişin şərtlərini yerinə yetirməsini tələb etmirsə,bu, Sayt Administrasiyasının və ya Şirkətin sonradan belə icra tələb etmə hüququnu ləğv etmir və habelə İstifadəçi tərəfindən bu Sazişin şərtlərini həyata keçirilməsinə yönəlmiş tədbirlər həyata keçirir.
    13. Müqavilə ləğv edildikdən sonra, Şirkət istifadə üçün İstifadəçiyə verilən heç bir ödəmə öhdəliyi olmadan, Məzmuna verilmiş bütün hüquqlara malik olmağa davam edir.
    14. Bu Saziş heç bir halda Sayt Administrasiyasının, Şirkətin və İstifadəçinin digər şəxslərlə oxşar razılaşmalar bağlamaq hüququnu məhdudlaşdırır.
    15. Bu Sazişin şərtlərindən və ya müddəalarının birinin etibarsız sayılması,Sazişin digər şərtlərinin və ya müddəalarının da qüvvədə olmadığına dair əsas vermir.
    16. İstifadəçi, mübahisələr yarandıqda,onları Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll etməyə razılaşır.
Başqa sualınız var?
Xidmət və çatdırılma ilə bağlı hər hansı bir sualınız varsa, call-centre müraciət edə bilər və ya e-mail elektron ünvanına yaza bilərsiniz:

[}item{]