Məxfilik haqqında

1. ÜMUMİ MƏLUMATLAR; TƏTBİQ DAİRƏSİ
“SİBİRSKOYE ZDOROVYE BAKI” MMC (bundan sonra “Şirkət”/ “Operator”) fərdi məlumatların toplanması, onların istifadəsi və yayılması metodları ilə sizi tanış etmək üçün, bu Məxfilik Siyasətini hazırlamışdır.
Hazırkı Məxfilik Siyasəti (bundan sonra “Siyasət”) sayt, mobil saytlar, tətbiqlər, vidjetlər və bu Siyasətə keçid linki olan digər onlayn vasitələrdən (sonra - Sayt) əldə edilən məlumatlara tətbiq edilir. Bu sənəddə başqa hal nəzərdə tutulmayıbsa, Siyasət Şirkət tərəfindən toplanan məlumatlara, xüsusən də şəbəkə resursları ilə əldə edilməyən digər mənbələrə aid deyildir.
Əgər siz Məsləhətçi olmaq üçün Şirkətə müraciət etmisinizsə və ya artıq Məsləhətçisinizsə, onda Siyasətin ümumi şərtlərinə əlavə olaraq, Sizin üçün tətbiq olunan əlavə məxfilik tələbləri haqqında mühüm məlumatları əks etdirən “Əməkdaşlıq standartları” bölməsini nəzərdən keçirməlisiniz.
az.siberianhealth.com saytında Məsləhətçi və ya İmtiyazlı müştəri kimi avtorizasiya və ya qeydiyyat prosesini keçərək, siz fərdi məlumatlarınızın Operator tərəfindən toplanmasına, qeyd edilməsinə, yığılmasına, saxlanılmasına, dəqiqləşdirilməsinə (yeniləmə, dəyişdirilmə), çıxardılmasına, istifadəsinə, üçüncü şəxsə ötürülməsinə (yayılma, təqdim edilmə, daxil olma), simasızlaşdırmasına, bloklanmasına, silinməsinə, ləğv edilməsinə dair razılıq verirsiniz.

2. FƏRDİ MƏLUMATLARIN ANLAYIŞI
Fərdi məlumatlar – bu sizi müəyyən etməyə imkan verən informasiyadır. Fərdi məlumatlara xüsusilə aşağıdakılar aiddir:

  • ad, soyad, ata adı;
  • poçt ünvanı;
  • şəxsiyyəti təsdiq edən əsas sənədin nömrəsi, sənədin verilmə tarixi və verən orqan barədə məlumat, fərdi identifikasiya nömrəsi (FİN);
  • mobil nömrəsi;
  • elektron poçt ünvanı;
  • doğum tarixi.

Sizin adınızdan nümayəndə hərəkət edirsə, yuxarıda göstərilən sənədlərə əlavə olaraq, həmin nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə və ya digər sənədin təqdim olunması tələb edilə bilər.
Biz sizin Fərdi məlumatlarınızı birbaşa bizə təqdim etdiyiniz zaman əldə edirik, xüsusilə də siz sistemimizə qeydiyyatdan keçdiyiniz, təklif və proqramlarımızda iştirak etməyə qərar verdiyiniz, məhsul aldığınız, interaktiv vasitələrdən istifadə etdiyiniz və ya Sayt vasitəsilə digər şəkildə bizimlə əlaqə qurduğunuz zaman.

3. FƏRDİ MƏLUMATLARIN EMAL MƏQSƏDİ
Fərdi məlumatların emal edilməsinin məqsədi “İstifadəçi razılaşması”, “Şirkətin əməkdaşlıq standartları” və həmçinin “Uzaqdan satış şərtləri”ndə sadalanan öhdəliklərin yerinə yetirilməsini təmin etməkdir.
Biz sizin Fərdi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edə bilərik:

  • Siz onu bizə təqdim etdiyiniz məqsədlər üçün, xüsusilə sorğularınıza cavab vermək, müraciətləri işləmək və yerinə yetirmək üçün;
  • Bizim əməkdaşlıq və ortaq əməliyyatlarımızla bağlı məlumatları sizə göndərmək üçün;
  • Şirkətin məhsulları, xidmətləri, proqramları və təklifləri barədə adi və elektron poçt, telefon və ya SMS vasitəsilə məlumat vermək üçün;
  • Sizin fərdi üstünlüklərinizi nəzərə almaq, xüsusilə sizin üçün hazırlanmış məhsullar və xüsusi təkliflər barədə məlumat vermək üçün;
  • Saytdan istifadə etməyiniz və digər istifadəçilərlə sayt vasitəsilə ünsiyyət qurmağınız üçün;
  • Daxili məqsədlərimiz üçün, o cümlədən məlumatların analizi, audit, yeni məhsulların hazırlanması, saytın işləməsinin təkmilləşdirilməsi, xidmətlərin genişləndirilməsi, satış tendensiyalarının müəyyən edilməsi və reklam kampaniyalarının effektivliyinin qiymətləndirilməsi üçün;
  • Sizin aksiyalarda, müsabiqələrdə və digər oxşar tədbirlərdə iştirak imkanınızı təmin etmək və onları idarə etmək üçün (bəzi tədbirlər əlavə qaydalarla təmin edilir ki, bu qaydalar sizin Fərdi məlumatlarınızın istifadəsi və açıqlanması barədə əlavə məlumat verir; belə qaydalarla diqqətlə tanış olmağınız tövsiyə olunur);
  • Sifarişlərinizi yerinə yetirmək və ya məhsul və xidmətlərin sizə təqdim edilməsini təmin etmək üçün, məsələn, ödənişlərin həyata keçirilməsi, sifarişlərin çatdırılması, alışınızla bağlı sizinlə əlaqə saxlanılması və müvafiq müştəri xidməti göstərmək üçün; və
  • Saytda təqdim olunan Mesajlar və ya Açıqca göndərmə funksiyaları vasitəsilə digər şəxslərə elektron mesajlar göndərmək imkanını təmin etmək üçün. (Bu funksiyalardan istifadə edərək, siz həmin məqsədlər üçün dostunuzun adını və elektron poçt ünvanını istifadə etməyə və bizə təqdim etməyə səlahiyyətiniz olduğunu təsdiq edirsiniz. Dostunuz haqqında məlumat yalnız mesajın göndərilməsi üçün istifadə olunacaq və bizim bazalarda saxlanılmayacaq).

4. FƏRDİ MƏLUMATLARIN AÇIQLANMASI
Fərdi məlumatınızı açıqlaya bilərik:

  • Aidiyyəti olan Şirkətlərə, yəni Sibierian Wellness / Sibirskoye Zdorovye Korporasiyası qrupundan olan şirkətlərə və bura növbəti hüquqi şəxslər daxildir:
    • “Sibir Logistika Mərkəzi” MMC məsafədən satışın həyata keçirilməsi üçün Şirkətin rəsmi veb-saytından məsafə satış Şərtləri əsasında;
    • "Si Soft" MMC şəxsi məlumatların saxlanması və avtomatik emalı üçün.

Beləliklə, siz razılıq verirsiniz ki, Fərdi məlumatlarınız ölkə hüdudlarından kənara ötürülə bilər, o şəraitdə ki, Operator məlumatların məxfiliyini və təhlükəsizliyini təmin edən müvafiq texniki və təşkilati tədbirləri tətbiq edir.
Eyni zamanda, Şirkət fərdi məlumatların operatoru olaraq qalır və fərdi məlumatların aşağıdakı şəxslər ilə birgə istifadəsinə görə məsuliyyət daşıyır:

  • üçüncü şəxslərə, yuxarıda qeyd olunan Şirkətə və onun aidiyyəti şirkətlərinə xidmət göstərən, məsələn, saytın hostinqi, məlumatların təhlili, hesablaşma və kassa xidməti, sifarişlərin çatdırılması, infrastrukturun təmin edilməsi, İT xidmətləri, müştəri xidməti, elektron poçt xidmətləri, kredit kart əməliyyatları, audit, təlim və s. kimi xidmətlər göstərən tərəflərə (Belə üçüncü şəxslərə sizin Fərdi məlumatlarınız və ya onlara giriş sizin adınıza və ya bizə xidmət göstərmək məqsədilə təqdim olunacaq);
  • Rəhbər (Rəhbər anlayışı haqqında daha ətraflı əməkdaşlıq Standartları və İstifadəçi Razılaşmasında tapa bilərsiniz) kimi seçdiyiniz Məsləhətçi zəruri olduqda sizinlə əlaqə saxlaya, sifarişlərinizi icra edə və sizə xidmət göstərə bilsin;
  • əgər biz zəruri və ya lazımi hesab etsək:
    (a) ölkənizin hüdudlarından kənarda tətbiq olunan qanunlar daxil olmaqla tətbiq olunan qanunvericiliyə uyğun olaraq;
    (b) məhkəmə qərarının icrası üçün;
    (c) dövlət orqanlarının, o cümlədən yaşayış yerinin xaricində olan dövlət orqanlarının əmrlərini yerinə yetirmək üçün;
    (d) Şirkətimiz tərəfindən yaradılmış əməkdaşlıq qaydalarına riayət etmək üçün;
    (e) fəaliyyətimizi və filiallarımızın fəaliyyətini qorumaq üçün;
    (f) Siz, yaxud digər şəxslər, eləcə də bizim filiallarımızın hüquqlarını, məxfi məlumatlarını, təhlükəsizliyini, əmlakını qorumaq üçün; və
    (g) mövcud vasitələrdən istifadə etmək və ya mümkün zərərləri azaltmaq hüququmuzdan istifadə etmək üçün.

5. QEYRİ-FƏRDİ MƏLUMATLAR
Qeyri-fərdi məlumatların əldə edilməsi. Qeyri-fərdi məlumat, xüsusən aşağıdakıları müəyyən etməyə imkan verməyən hər hansı bir məlumat aiddir:

  • brauzer haqqında məlumat;
  • cookies, piksel-teqlərin və başqa texnologiyaların köməyi ilə alınmış informasiya;
  • demoqrafik məlumatlar və sizin və ya bizim Məsləhətçilərimiz tərəfindən verilən digər məlumatlar;
  • toplu məlumatlar.

Operator və xidmətlərin kənar təchizatçıları müxtəlif növ qeyri-fərdi məlumatı əldə edə bilər. Beləliklə, məsələn, biz aşağıdakıları öyrənə bilərik:

  • kompüterinizin əməliyyat sistemi (Windows və ya Mac OS), ekran icazəsi, əməliyyat sisteminin versiyası, İnternet brauzerinin versiyası;
  • əgər bizə könüllü şəkildə olaraq geoloji mövqeyinizi, təhsilinizi, peşənizi, yaşınızı, cinsinizi, hobbinizi və peşə maraqları kimi digər informasiyalara aid olan demoqrafik məlumatları təqdim etsəniz. Fərdi məlumatlarla birləşmədən, belə məlumat sizi və ya bir başqasını müəyyən etməyə imkan vermir.

Toplu məlumatlar.
Biz Fərdi məlumatları birləşdirə bilərik ki, bu birləşdirilmiş məlumatlar vasitəsilə həm sizi, həm də digər şəxsləri tanımaq mümkün olmasın. Məsələn, Fərdi məlumatlar müəyyən bir bölgədəki müştərilərimizin faiz nisbətini hesablamaq üçün istifadə olunduqda belə olur.
Bəzi hallarda biz Fərdi məlumatları və qeyri-fərdi məlumatları birləşdirə bilərik (məsələn, adınız və coğrafi mövqeyiniz haqqında məlumatlar). Belə toplu məlumatlara Fərdi məlumatların istifadəsi qaydaları tətbiq olunacaq.
Qeyri-fərdi məlumatların emalı və açıqlanması. Qeyri-fərdi informasiyanın köməyi ilə sizi müəyyən etmək olmadığı üçün, biz onu ala, emal edə və istənilən hədəflər üçün istifadə edə bilərik.

6. COOKIES VƏ DİGƏR TEXNOLOGİYALAR
Cookies. Şirkət və xidmətlərin kənar təchizatçıları Saytda cookies istifadə edə bilər. Cookies veb-serverə məlumatları saxlama və digər hədəflər üçün kompüterə ötürməyə imkan verir. Biz cookies və başqa texnologiyalardan, xidmətin daha yüksək səviyyəsini təmin etmək, daha çox məlumat vermək, sizə daim Saytdan istifadə etmək imkanını təmin etmək üçün xüsusi hallarda istifadə edirik. Həmçinin bizim xidmət təchizatçılarına da saytımızda cookies-dən istifadə etməyə icazə verilmişdir. Cookies vasitəsilə əldə olunan məlumatlara ehtiyacınız yoxdursa, siz cookies istifadəsindən imtina edə bilərsiniz - bu standart funksiyadır, demək olar ki, bütün brauzerlərdə mövcuddur. Cookie haqqında ətraflı məlumatı, şirkətlə əlaqəli olmayan, aşağıdakı saytda əldə edə bilərsiniz.
Pixel-teglar və digər texnologiyalar. Şəffaf GIF-fayllar – funksiyalarına görə bir çox şeydə cookies xatırladan unikal adla kiçik təsvirlərdir. Amma, kompüterinizin sərt diskində saxlanılan cookies faylından fərqli olaraq, şəffaf-GIF faylları gizli alətdir və veb-səhifələrdə yerləşdirilir. Sayta daxil olanların hərəkatını izləmək,və Saytın istifadəsi və işləmə sürəti üzrə statistika tərtib etmək məqsədilə, Saytda GIF-fayllardan (həmçinin web-mayak, izləmə xətaları və pixel-tegləri kimi tanınan) istifadə edə bilərik. Şirkət və xidmətlərin kənar təchizatçıları, cavabların tezliyini izləmək, marketinq kampaniyalarının müvəffəqiyyətini müəyyən etmək və məktublarımıza nə vaxt baxıldığını və göndərildiyini bilmək üçün həmçinin HTML formatında olan elektron mesajlarda şəffaf-GIF fayllardan istifadə edə bilər.
Saytın analitikası. Şirkət, saytın istifadəçiləri tərəfindən istifadə qaydalarını izləmək və anlamaq üçün bu bölmədə təsvir edilən texnologiyalardan istifadə edən üçüncü tərəf xidmət təminatçıları ilə işləyə bilər. Məsələn, veb-analitika xidmət göstərən Google şirkəti bizə Saytın fəaliyyətini və istifadəçilərlə qarşılıqlı təsiri təkmilləşdirməyə kömək edir. Qərarlarınıza dair daha ətraflı məlumatı və Google Məxfilik Gizlilik Siyasəti həmçinin onun istifadəsindən imtinanı üsulları haqqında məlumatı Google Məxfilik bölməsindən öyrənə bilərsiniz.
Vidjet, tətbiqlər və digər vasitələr. Əgər siz bizim tərəfimizdən verilən texnologiyaları (vidjet kimi) istifadə etməyə qərar verərsənizsə, bu cür texnologiyalar vasitəsilə əldə edilən fərdi və ya qeyri-fərdi məlumatlar ictimailəşə bilər, məsələn, sosial şəbəkələr, digər saytlar və platformalar vasitəsilə, hansılarda ki, siz uyğun olan vasitəni aktivləşdirə bilərsiniz. Bundan əlavə, bəzi texnologiyalar digər platformalara virus ötürmə xüsusiyyətinə malik ola bilər (məsələn, dostunuz və ya müştəriniz öz bloqunda özündə sizin informasiyanı saxlayan vidjet yerləşdirə bilər). Şirkət fərdi məlumatları və (və ya) ictimaiyyətə açıq olan digər məlumatları almaq, istifadə etmək və ya ictimailəşdirməyə görə məsuliyyət daşımır.
Aşağıdakı cookies faylı veb-saytımızın fəaliyyəti üçün vacibdir.

Faylın adı cookies Təyinat
Cart-content Cookies faylında, ziyarətçinin alış-veriş Səbəti haqqında məlumatlar saxlanılır.

Aşağıdakı cookies faylları veb-saytımızın fəaliyyəti üçün vacib deyil və əsasən xidmətlərimizin göstərilməsi, saxlanılması və təkmilləşdirilməsi üçün istifadə olunur. Biz sizin icazəniz olmadan heç bir faylı cihazınıza yerləşdirmirik.

Faylın adı cookies Təyinat
Language Cookies faylında istifadəçi üçün avtomatik olaraq tətbiq edilən dil haqqında məlumatlar saxlanılır
POLL_LV_ID_* Cookies faylı istifadəçinin artıq sorğuda iştirak etdiyi haqda qeyd kimi xidmət edir.
QUESTIONNAIRE_LV_ID* Cookies faylı istifadəçinin artıq anketi doldurduğu haqda qeyd kimi xidmət edir.
sibvaleo_language_code Cookies faylında istifadəçinin üstünlük verdiyi ölkə haqqında məlumatlar saxlanılır.
preview_permission_profile* Cookies faylında avtomatik olaraq tətbiq edilən istifadəçi profilinin parametrləri haqqında məlumatlar saxlanılır.

7. IP-ÜNVANLAR
IP-ünvanın müəyyən etmə üsulları.
Kompüterinizin IP ünvanı - İnternet-provayder (ISP) tərəfindən avtomatik olaraq kompüterinizə təyin edilmiş bir nömrədir.
İstifadəçi Sayta daxil olduqda, IP-ünvanı avtomatik olaraq təyin oluna və server jurnalında qeydiyyata alına bilər; bundan əlavə, daxil olan vaxt və daxil olduğunuz səhifələr qeyd olunur. IP-ünvanın müəyyən edilməsi bir çox saytlarda avtomatik olaraq həyata keçirilən standart təcrübədir.
IP-ünvanlarının istifadəsi və açıqlanması qaydaları.
IP-ünvanlar Saytın istifadəsi üzrə statistikanı müəyyənləşdirmək, serverdə problemlərin diaqnostikasını həyata keçirmək, dələduzluq hallarını aşkar etmək, Saytın idarə edilməsi və digər məqsədlər üçün istifadə edilir. Biz həmçinin IP ünvanlarını istifadə edə və onları üçüncü şəxslərə Fərdi məlumatlarla eyni məqsədlər üçün paylaşa bilərik. Qeyd edək ki, mövcud qanunvericilikdə xüsusi qeyd olunduğu hallar istisna olmaqla, bütün hallarda IP-ünvanları, server jurnallarını və onunla əlaqəli informasiya qeyri-fərdi məlumat hesab edilir.

8. SOSİAL ŞƏBƏKƏLƏR VƏ İNTERAKTİV ÜNSİYYƏT VASİTƏLƏRİ
Saytımızın xüsusiyyətləri bizimlə və digər istifadəçilərlə əlaqə yaratmağa imkan verir. Əlaqə bloglar, forumlar, xüsusi mesajlar, çat və xüsusi yaradılmış icmalar vasitəsilə həyata keçirilir. Belə kommunikasiya vasitələrindən istifadə etdiyiniz zaman, unutmayın ki, adınız, geomövqeyiniz və e-poçt ünvanınız daxil olmaqla, təqdim etdiyiniz məlumatların digər istifadəçilər də görə bilər. Interaktiv ünsiyyət vasitəsi ilə dərc olunan məlumatlara görə biz məsuliyyət daşımırıq və vacib fərdi məlumatlarınızı bildirməməyinizi israrlı şəkildə tövsiyə edirik (məsələn, sağlamlığınız və ya bank kartınız haqqında məlumatlar). Əgər siz bu ünsiyyət vasitələrindən istifadə edirsinizsə, fərdi məlumatınız Saytı tərk etdikdən sonra da orada qala bilər.

9. TƏHLÜKƏSİZLİYİN TƏMİN EDİLMƏSİ
Bizim nəzarətimiz altında olan fərdi məlumatları qorumaq üçün bütün lazımi təşkilati, texniki və inzibati tədbirləri görülür. Təəssüf ki, internet vasitəsilə məlumatların göndərilməsi və onların sistemdə saxlanması zamanı tam təhlükəsizliyə zəmanət vermək mümkün deyil. Bizimlə qarşılıqlı əlaqənin təhlükəsiz olduğuna inanmamaq üçün bir səbəbiniz varsa (məsələn, hesabınızın təhlükəsizliyi risk altında olduğundan şübhə edirsinizsə), dərhal “Əlaqə məlumatları” bölməsində göstərilən ünvana yaranmış problem haqqında məlumat verin.

10. SEÇİM AZADLIĞI
Şirkətin marketinq təklifləri və (və ya) aksiyalar barədə məlumat almaqdan imtina etmək istəyirsinizsə, “Əlaqə məlumatları” bölməsində göstərilən ünvana bildiriş göndərin. Sorğularınıza operativ şəkildə cavab verməyə çalışacağıq.

11. GİRİŞ, REDAKTƏ VƏ FƏRDİ MƏLUMATLARIN SİLİNMƏSİ
Fərdi və digər məlumatları Şirkətin rəsmi saytında və ya şirkətin qapalı saytının BackOffice bölməsində Şəxsi kabinetinizdə redaktə edə bilərsiniz. Sizin fərdi məlumatlarınızın silinməsi Şirkətlə əməkdaşlığın dayandırılması ilə müşahidə edilə bilər, çünki Şirkət, İstifadəçi Razılaşması, Əməkdaşlıq Standartları və Məsafədən Satış şərtləri üzrə öhdəliklərini yerinə yetirə bilməyəcək. Əgər, bununla belə, Şirkətlə əməkdaşlıq etməkdən imtina etmək istəyirsinizsə, “Əlaqə məlumatları” səhifəsində göstərilən ünvana Məsləhətçinin Razılaşma nömrəsi və ya Müştərinin Şəxsi kart nömrəsini mütləq şəkildə qeyd etməklə, sərbəst formada bildiriş göndərə bilərsiniz. Tətbiq edilən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, sizin sorğunuz daxil olduqdan dərhal sonra bütün fərdi məlumatlarınız silinəcək.

12. FƏRDİ VƏ DİGƏR MƏLUMATLARIN SAXLANILMA MÜDDƏTİ
Qanunla məlumatın saxlanması üçün daha uzun bir müddət nəzərdə tutulmadığı təqdirdə, fərdi məlumatınız Məxfilik Siyasətində göstərilən məqsədlərə çatmaq üçün lazım olan müddət ərzində və yaxud sizin sorğunuz əsasında silinənə qədər saxlanılacaq.

13. SAYTIN UŞAQLAR TƏRƏFİNDƏN İSTİFADƏSİ
Bu Sayt 18 (on səkkiz) yaşına çatmamış şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulmamışdır, və biz bu şəxslərin Saytda şəxsi məlumatlarını təqdim etməmələrini xahiş edirik.

14. MƏXFİLİK SİYASƏTİNƏ DƏYİŞİKLİKLƏRİN DAXİL EDİLMƏSİ
Biz özümüzdə hazırkı Siyasətə dövri dəyişikliklər etmək hüququnu saxlayırıq. Siyasətin son redaksiyasının tarixini səhifənin yuxarısında yerləşən “________ tarixli SON DƏYİŞİKLİKLƏR” sətrinə baxmaqla öyrənmək olar. Siyasətdəki dəyişikliklər Saytda yeni versiyanın dərc edilməsindən sonra qüvvəyə minir. Dəyişikliklərdən əvvəl qeydiyyatdan keçmiş istifadəçilər yeni versiya ilə tanış olmalı və Şirkət tərəfindən müəyyən edilmiş qaydada razılıqlarını təsdiqləməlidirlər (məsələn, şəxsi kabinetdə bildiriş vasitəsilə və ya başqa üsulla). Belə təsdiq alınana qədər, qanunvericilik tələblərinə riayət olunması üçün lazım gəldikdə, Şirkət Saytın müəyyən funksiyalarına girişinizi məhdudlaşdıra bilər. Şirkətlə qarşılıqlı münasibəti Siyasətin yeni versiyası barədə bildiriş aldıqdan sonra davam etdirmək, həmin versiyanın şərtlərini qəbul etmək kimi qiymətləndirilir.

15. ƏLAQƏ MƏLUMATLARI
Fərdi məlumatların emalı, qorunması, dəqiqləşdirilməsi, yenilənməsi, silinməsi ilə bağlı, həmçinin Fərdi məlumat subyektinin hüquqlarının həyata keçirilməsi ilə əlaqədar bütün məsələlərdə siz Şirkətə aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərsiniz:
Şirkətin adı: “SİBİRSKOYE ZDOROVYE BAKI” MMC
Elektron poçt ünvanı: destekaz@sibvaleo.com
Əlaqə nömrəsi: +994(12)5677707
Fərdi məlumat subyektlərinin müraciətləri Şirkət tərəfindən bu Siyasət və ya tətbiq olunan qanunvericilikdə nəzərdə tutulmuş müddət və qaydada baxılır.

Başqa sualınız var?
Xidmət və çatdırılma ilə bağlı hər hansı bir sualınız varsa, call-centre müraciət edə bilər və ya e-mail elektron ünvanına yaza bilərsiniz:

[}item{]