1. Aksiyanın fəaliyyət müddəti: 2023-cü il iyun ayının 1-dən avqust ayının 31-dək.
2. Aksiya iştirakçıları: 01.06.2023 tarixdən Siberian Wellness-də qeydiyyatdan keçən İmtiyazlı Müştərilər.
3. Müsabiqədə iştirak etmək üçün:
3.1. Siberian Wellness Şirkətində Aksiya müddəti ərzində İmtiyazlı müştəri kimi qeydiyyatdan keçmək.
3.2. Qeydiyyat ayında cəmi məbləği 85 AZN olmaqla bir və ya bir neçə alış-veriş etmək.
4. Qeydiyyat ayının və cəm olaraq 85 AZN məbləğində alış-verişlərin nəticəsində, növbəti ayın 5-dən sonra Aksiya İştirakçısı üçün ilk bonus dəsti hesablanır.
4.1. İlk bonus dəsti çərçivəsində Aksiya İştirakçısı Şirkətin təqdim etdiyi çeşiddən müvafiq bal məzmunlu 20 AZN məbləğində məhsul seçə və bu dəsti 10 AZN ödəməklə əldə edə bilər.
5. İkinci bonus dəstinin əldə edilməsi üçün Aksiya İştirakçısı qeydiyyat ayının növbəti ayı 85 AZN məbləğində alış-veriş etməyi davam etməlidir. Əldə olunan ilk bonus dəstinin dəyəri ikinci ay üzrə Aksiyada qeyd olunması üçün nəzərdə tutulan alış-verişin cəmi məbləğinə daxil deyil.
5.1. İkinci bonus dəsti çərçivəsində Aksiya İştirakçısı Şirkətin təqdim etdiyi çeşiddən müvafiq bal məzmunlu 30 AZN məbləğində məhsul seçə və bu dəsti 7 AZN ödəməklə əldə edə bilər.
6. Üçüncü bonus dəstinin əldə edilməsi üçün Aksiya İştirakçısı qeydiyyatdan sonra üçüncü ayda 85 AZN məbləğində alış-veriş etməyi davam etməlidir. Əldə olunan ikinci bonus dəstinin dəyəri üçüncü ay üzrə Aksiyada qeyd olunması üçün nəzərdə tutulan alış-verişin cəmi məbləğinə daxil deyil.
6.1. Üçüncü bonus dəsti çərçivəsində Aksiya İştirakçısı Şirkətin təqdim etdiyi çeşiddən 45 AZN məbləğində məhsul seçə və bu dəsti 3 AZN ödəməklə əldə edə bilər.
7. Bütün üç dəstin əldə edilməsi üçün Şirkətdə qeydiyyat ayından başlayaraq, fasiləsiz ardıcıl olaraq üç ay 85 AZN və ya daha çox ümumi məbləğdə alış-veriş etmək lazımdır.
8. Aksiya çərçivəsində qeyd olunacaq alış-verişlərin cəmində Şirkətin yalnız bal dəyəri olan məhsulları nəzərə alınır.
9. Alış-verişlər şəxsən edilməli və İştirakçının şəxsi hesabından ödənilməlidir. Rəhbər və ya digər Məsləhətçi tərəfindən rəsmiləşdirilmiş və ya onların bonus hesabından ödənilmiş alış-verişlər Aksiya çərçivəsində nəzərə alınmır.
10. Hər bir bonus dəstinin müddəti - bir təqvim ayıdır. Əgər bonus dəsti istifadə olunmayıbsa, təqvim ayının sonunda o, ləğv olunur. Əgər bonus dəstindən istifadə zamanı dəstin məbləği tam istifadə olunmayıbsa, qalan məbləğ növbəti dəstin məbləğinə əlavə edilir. Lakin sonuncu bonus tam şəkildə istifadə olunmalıdır. Üçüncü dəstin müddəti - bir təqvim ayıdır.
11. Aksiyanın bir İştirakçısı, alış-verişlərin cəmi məbləğindən asılı olmayaraq, hər bir fəallıq ayının nəticəsində yalnız bir bonus dəsti əldə edə bilər.
12. Bonus dəstləri çərçivəsində əldə olunan məhsullara görə mükafatlar (ballar) hesablanmır. Dəstlərin pul vəsaiti ilə əvəz olunması həyata keçirilmir.
13. Aksiya üzrə dəsti, saytda və ya SIBERIAN WELLNESS Mağazasında Şirkətin yalnız bal dəyəri olan məhsullarını almaq üçün istifadə edə bilərsiniz.
14. Böyük bonus kiçiyi aparır. Əgər yeni İmtiyazlı müştəri qeydiyyat ayında 200 və daha çox bal dəyərində alış-veriş edib Club 200 Proqramının iştirakçısı olursa, o, bu Aksiyada iştirak etmir.
15. Əgər yeni İmtiyazlı müştəri Aksiya müddəti ərzində statusunu Məsləhətçiyə dəyişirsə, o, bu Aksiyada iştirakını dayandırır.
16. Aksiya müddətinin son ayı - 2023-cü ilin avqust ayıdır. 2023-cü ilin avqust ayında qeydiyyatdan keçən və Aksiya şərtlərini yerinə yetirən İmtiyazlı müştəri sonuncu bonusu 2023-cü ilin oktyabr ayı nəticələrinə əsasən əldə edə bilər (2023-cü ilin noyabr ayında).