1. Aksiya müddəti: 2024-cü il may ayının 1-dən 31-dək.
2. Aksiya iştirakçıları: Aksiya müddəti ərzində qeydiyyatdan keçmiş Şirkətin yeni İmtiyazlı müştəriləri və Məsləhətçiləri. 1 may 2024-cü il tarixinədək qeydiyyatdan keçmiş və mayda İmtiyazlı müştəri statusundan keçmiş Məsləhətçilər Aksiyada iştirak etmir.
3. 15 AZN məbləğində bonus sertifikatını əldə etmək üçün sifarişi qeydiyyat günü rəsmiləşdirmək və ödəmək lazımdır.
!!! Aksiyada şəxsən, şəxsi Qeydiyyat nömrəsindən həyata keçirilən və İştirakçının şəxsi vəsaitləri ilə ödənilən sifarişlər nəzərə alınır. Aksiya iştirakçısı yerinə onun Rəhbəri və ya digər Məsləhətçilər tərəfindən rəsmiləşdirilən və/və ya Rəhbəri və ya digər Məsləhətçilərdən İştirakçının bonus hesabına köçürülən vəsaitlər ilə ödənilən alış-veriş Aksiyada nəzərə alınmır.
4. İştirakçı sertifikatı aksiyanın iki şərtini yerinə yetirdikdə əldə edir:
a. Şirkətdə qeydiyyat və 30 baldan başlayan ilk birdəfəlik alış-verişin qeydiyyat günü rəsmiləşdirilməsi.
b. İlk alış-verişin rəsmiləşdirildiyi gündə ödənilməsi.
5. Sertifikat elektron şəkildə, Aksiya şərtləri yerinə yetirildikdən sonra növbəti gün hesablanır (p. 4).
6. Sertifikat müddəti: hesablandığı tarixdən 2024-cü il iyun ayının 30-dək. Bu Aksiya üzrə istifadə edilməmiş sertifikatlar 1 iyul 2024-cü il tarixində ləğv olunur.
7. Sertifikatın istifadəsi ilə edilən alış-verişlərə görə mükafatlar (ballar) hesablanmır.
8. Bonus sertifikatının hesablandığı ilk alış-verişin qaytarılması rəsmiləşdirildiyi halda, hesablanmış sertifikat ləğv olunur.