Aksiyanın fəaliyyət müddəti nə qədərdir?
* Aksiya 2024-cü il iyun ayının 1-dən avqust ayının 31-dək qüvvədədir.
Aksiyada kimlər iştirak edə bilər?
Aksiya müddəti ərzində (2024-cü il iyunun 1-dən avqustun 31-dək) Azərbaycanda Siberian Wellness-də qeydiyyatdan keçmiş yeni İmtiyazlı müştərilər.
Aksiyada iştirak etmək üçün nələr etmək lazımdır?
1. Aksiya müddəti ərzində (01.06.2024-dən 31.08.2024-dək) Şirkətdə İM statusunda qeydiyyatdan keçmək;
2. Qeydiyyat ayında 75 bal dəyərində alış-veriş etmək (≈25 AZN Məbləğ təxminidir. Hesablama məhsulların bal dəyərinə görə həyata keçirilir).
Aksiya ardıcıl olaraq 3 ay ərzində fəaliyyət göstərir. İmtiyazlı müştəri Şirkətdə Aksiyanın ilk ayında qeydiyyatdan keçmədiyi halda (iyulda və ya avqustda qeydiyyatdan keçdiyi halda), həmin İştirakçı üçün də Aksiya ardıcıl olaraq 3 ay ərzində fəaliyyət göstərəcək.
Misal: İmtiyazlı müştəri ilk dəfə 2024-cü ilin avqust ayında qeydiyyatdan keçdi. Bu halda avqust Aksiyada iştirakın ilk ayıdır, 2024-cü ilin oktyabrı isə - sonuncu.
Aksiya müddəti zamanı İM statusu Məsləhətçi (M) statusuna dəyişdirildiyi halda, İştirakçının Aksiyada iştirakı statusun dəyişdiyi aydan dayandırılır.
Maksimum sərfəni necə əldə etmək olar?
Üç bonus dəstinin hər birini əldə etmək üçün, Şirkətdə qeydiyyat ayından başlayaraq, fasiləsiz şəkildə ardıcıl olaraq üç ay 75 bal və daha yüksək dəyərdə alış-verişlər etmək lazımdır.
Aksiyada hansı alış-verişlər nəzərə alınır?
Onlayn və ya offlayn şəkildə (İnternet-mağazada və SIBERIAN WELLNESS Mağazalarında) həyata keçirilən bütün Siberian Wellness Şirkətinin bal dəyəri olan məhsullarının alışı.
!!! VACİBDİR: sifariş şəxsi Qeydiyyat nömrəsindən rəsmiləşdirilməli və şəxsi vəsaitlər ilə ödənilməlidir. Rəhbər və ya digər Məsləhətçilər tərəfindən rəsmiləşdirilən, digər Məsləhətçilərin Aksiya İştirakçisının bonus hesabına köçürtdükləri vəsaitlər ilə ödənilən sifarişlər Aksiya şərtlərinin yerinə yetirilməsində nəzərə alınmır.
Nə zaman və necə bir bonus hesablanacaq?
1. Qeydiyyat ayının və 75 bal (≈25 AZN) dəyərində məcmu alış-verişlərin nəticəsində, növbəti ayın 3-dən sonra Aksiya İştirakçısına ilk bonus dəsti hesablanır. İlk bonus dəsti çərçivəsində Aksiya İştirakçısı Şirkətin təqdim etdiyi çeşiddən 20 AZN məbləğində bal dəyəri olan məhsul seçə və bu dəsti 9 AZN ödəməklə əldə edə bilər.
2. İkinci bonus dəstinin əldə edilməsi üçün Aksiya İştirakçısı qeydiyyat ayının növbəti ayı 75 bal (≈25 AZN) dəyərində alış-veriş etməyi davam etməlidir. Əldə olunan ilk bonus dəstinin dəyəri ikinci ay üzrə Aksiyada qeyd olunması üçün nəzərdə tutulan alış-verişin cəmi məbləğinə daxil deyil. İkinci bonus dəsti çərçivəsində Aksiya İştirakçısı Şirkətin təqdim etdiyi çeşiddən 30 AZN məbləğində bal dəyəri olan məhsul seçə və bu dəsti 7 AZN ödəməklə əldə edə bilər.
3. Üçüncü bonus dəstinin əldə edilməsi üçün Aksiya İştirakçısı qeydiyyatdan sonra üçüncü ayda 75 bal (≈25AZN) dəyərində alış-veriş etməyi davam etməlidir. Əldə olunan ikinci bonus dəstinin dəyəri üçüncü ay üzrə Aksiyada qeyd olunması üçün nəzərdə tutulan alış-verişin cəmi məbləğinə daxil deyil. Üçüncü bonus dəsti çərçivəsində Aksiya İştirakçısı Şirkətin təqdim etdiyi çeşiddən 45 AZN məbləğində bal dəyəri olan məhsul seçə və bu dəsti 1 AZN ödəməklə əldə edə bilər.
Dəst üçün seçilən məhsulların ümumi dəyəri dəstin nominal dəyərindən artıq olduğu halda, Aksiya İştirakçısı, dəyər fərqini ödəməklə, bütün seçilmiş məhsulları əldə edə bilər.
Misal: Aksiya İştirakçısına nominal dəyəri 20 AZN olan və 9 AZN ödəməklə əldə oluna biləcək ilk bonus dəsti hesablanıb. İştirakçı 25 AZN dəyərində məhsul seçdi. 14 AZN ödənilməlidir (9 AZN - dəstin dəyəri + 5 AZN - dəstin nominal dəyərindən artıq məbləğ).
Aylardan birində Aksiya İştirakçısı Şərtləri yerinə yetirmədiyi halda, onun Aksiyada iştirakı dayandırılır.
Bonusdan istifadə müddəti nə qədərdir?
Hər bir bonus dəstinin istifadə müddəti - 1 təqvim ayıdır. Bonus dəsti onun hesablandığı ay ərzində istifadə olunmadığı halda, təqvim ayı bitdikdə o, ləğv olunur. Bonus dəsti bir sifariş çərçivəsində istifadə olunmalıdır. Bonus dəstinin bir neçə sifariş ilə əldə edilməsi mümkün deyil.
Bonus dəsti tam istifadə olunmadığı halda, onun qalığı növbəti dəst ilə cəmlənir. Lakin sonuncu bonus tam şəkildə istifadə olunmalıdır.
Aksiya üzrə dəst, saytda və ya SIBERIAN WELLNESS Mağazasında Şirkətin yalnız bal dəyəri olan məhsullarının əldə edilməsi üçün istifadə edilə bilər.
Aksiyanın bir İştirakçısı, alış-verişlərin cəmi məbləğindən asılı olmayaraq, hər bir fəallıq ayının nəticəsində yalnız bir bonus dəsti əldə edə bilər.
Dəstlərə görə mükafatlar (ballar) hesablanmır. Dəstlərin pul vəsaiti ilə əvəz edilməsi həyata keçirilmir.
Həm Aksiya, həm Club 200 üzrə dəst əldə etmək olarmı?
Daha böyük bonus daha kiçiyini aparır. Yeni İmtiyazlı müştəri qeydiyyat ayında 200 və daha çox bal dəyərində alış-veriş etdiyi halda, o, Club 200 Proqramının iştirakçısı olur və bu Aksiyada iştirak etmir.
İM Aksiyada iştirak etdiyi halda, o, daha sonra, statusunu İM-dəm M-yə dəyişərək, Club 200 Proqramında iştirak etmək imkanını saxlayır.