İkinci bonus dəstinin əldə edilməsi üçün aksiya iştirakçısı qeydiyyat ayının növbəti ayı 75 bal (≈75 AZN) dəyərində alış-verişlər etməyi davam etməlidir. Əldə olunan ilk bonus dəstinin dəyəri ikinci ay üzrə aksiyada qeyd olunması üçün nəzərdə tutulan alış-verişin cəmi məbləğinə daxil deyil. İkinci bonus dəsti çərçivəsində aksiya iştirakçısı Şirkətin təqdim etdiyi məhsul çeşidindən 45 AZN məbləğində bal dəyəri olan məhsul seçə və bu dəsti 15 AZN ödəməklə əldə edə bilər.
Dəst üçün seçilən məhsulların ümumi dəyəri dəstin nominal dəyərindən artıq olduğu halda, aksiya iştirakçısı, dəyər fərqini ödəməklə, bütün seçilmiş məhsulları əldə edə bilər.
Misal: aksiya iştirakçısına nominal dəyəri 20 AZN olan və 5 AZN ödəməklə əldə edilə biləcək ilk bonus dəsti hesablanıb. İştirakçı 25 AZN dəyərində məhsul seçdi. Ödənilməli məbləğ 15 AZN-dir (5 AZN dəstin dəyəri + 10 AZN dəstin nominal dəyərindən artıq məbləğ).
Aylardan birində aksiya iştirakçısı şərtləri yerinə yetirmədiyi halda, onun aksiyada iştirakı dayandırılır.
Hər bir bonus dəstinin istifadə müddəti - 1 təqvim ayıdır. Əgər bonus dəsti istifadə edilməyibsə, təqvim ayı bitdikdə o, ləğv olunur. Bonus dəsti bir sifariş çərçivəsində istifadə edilməlidir. Bonus dəstinin bir neçə sifariş ilə əldə edilməsi mümkün deyil. Bonus dəsti tam istifadə edilmədiyi halda, onun qalığı növbəti dəst ilə cəmlənir. Lakin sonuncu dəst tam şəkildə istifadə edilməlidir.
Aksiya üzrə bonus dəsti, saytda və ya SIBERIAN WELLNESS Mağazasında Şirkətin yalnız bal dəyəri olan məhsullarının əldə edilməsi üçün istifadə edilə bilər.
Aksiyanın bir iştirakçısı, alış-verişlərin cəmi məbləğindən asılı olmayaraq, hər bir fəallıq ayının nəticəsində yalnız bir bonus dəsti əldə edə bilər.
Bonus dəstlərinə görə mükafatlar (ballar) hesablanmır. Dəstin pul vəsaiti ilə əvəz edilməsi həyata keçirilmir.