Şirkətin yenilikləri

3
sentyabr

İmtiyazlı müştərilər üçün yeni referal Proqramı təqdim edirik - dostlarınızın və sizin rifahınızın açarı

Proqramın məğzi çox sadədir: dostlarınızı Şirkətə dəvət edin və alış-verişlərə görə pul sertifikatları qazanın.

Bu necə işləyir?
  1. 1. Bir təqvim ayı ərzində 75 və ya daha çox bal dəyərində alış-verişlər edin. Dəvət etdiyiniz İmtiyazlı müştəri qeydiyyatdan keçməli və sizin alış-veriş etdiyiniz təqvim ayı ərzində 75 və daha çox bal dəyərində alış-verişlər etməlidir.
  2. 2. Hər bir dəvət edilən İmtiyazlı müştəriyə görə 11 AZN məbləğində sertifikat hesablanacaq. Ay ərzində 2 və daha çox iştirakçı dəvət etdiyiniz halda, hər bir dəvət etdiyiniz 75 bal dəyərində alış-veriş etmiş İmtiyazlı müştəriyə görə 11 AZN məbləğində sertifikat əldə edəcəksiniz.
  3. 3. Sertifikatların hesablanması təqvim ayının yekunlarına əsasən həyata keçirilir.
  4. 4. Sertifikatı əldə etmək üçün həm dəvət etdiyiniz Müştəri, həm siz İmtiyazlı müştəri dərəcəsində olmalısınız. Dəvət edilmiş Məsləhətçiyə görə sertifikat hesablanmır.
  5. 5. Sertifikat hesablandığı andan bir ay ərzində istifadə edilə bilər. Hesablanma cari ayın 5-nə qədər həyata keçirilir, sertifikatın müddəti isə həmin ayın sonuncu günündə bitir.

Dostunuz növbəti alış-verişə sərf etmək üçün cashback və bonuslar qazanacaq, həmçinin o, Sadiqlik Klubuna daxil olmaq, şərtlərin yerinə yetirilməsinə görə hədiyyələr almaq, aksiyalarda iştirak etmək və yalnız Siberian Wellness İmtiyazlı müştəriləri üçün nəzərdə tutulmuş xüsusi təkliflərdən istifadə etmək imkanını əldə edəcək.

İstənilən sayda dost dəvət etmək olar: nə qədər çox olsa, bir o qədər yaxşıdır!

Şirkətin yenilikləri

[}item{]

[} popup.content {] [} popupNotification.content {]