Bu bitkinin insan orqanizmi üçün xeyiri haqqında hər kəs eşidib, amma əsrarlı bitki ilə qarşılaşdıqda çoxu onu tanıya bilməz. Nəzərə çarpmayan görünüşə malik ayıqulağı ilk öncə öz iltihabəleyhinə, sidikqovucu və antiseptik xüsusiyyətləri ilə tanınır.
Onlar haqqında Qədim Yunanıstanın təbibləri bilirdi artıq, amma ayıqulağı vasitəsi ilə müalicə haqqında ilk qeydlər XII əsrə aiddir: o zaman bitkinin müalicəvi xüsusiyyətləri qədim inglis təbabət kitabında təsvir olunmuşdu. Keçmiş zamanların Rusiyasında ayıqulağı vasitəsi ilə sidik kisəsi xəstəliklərini, böyrək daşı xəstəliyini, sifilisi müalicə ediblər. Elmi-təcrübi tibbdə ayıqulağının xüsusiyyətləri haqqında məlumatlar XX əsrin 20-ci illərində Fransada ortaya çıxdı.
Deyilənə görə, rus dilində bu bitkinin adı - "toloknyanka" - "tolokno" (un) sözündən əmələ gəlmişdir, çünki keçmişdə aclıq dövrlərində bitkinin quru giləmeyvələrindən un üyüdüb, çörək bişirirdilər. Elmi adı qədim yunan dilindən "ayı" və "tənək" sözlərindən əmələ gəlib - yəni ayı üzümü. Rusiyada daha çox ayıqulağı adı işlənilir: çox güman, bu ona bağlıdır ki, bitkinin yarpaqları görünüşlərinə görə ayının qulaqlarına çox bənzəyir.
Fito-təbibin portreti
Ayıqulağı – erikakimilər fəsiləsinə aid, hündürlüyü 30-50 sm olan, yerlə sürünən çoxillik yarım-kol bitkidir. Bitki yarpaqlı meşələrə, şam ağacı meşələrinə, böyük yamaclara üstünlük verir və Rusiyanın Avropa hissəsinin şimalında, Sibirdə, Uzaq Şərqdə bitir. Aprel ayında çəhrayı hamaşçiçəklərlə gül açır, onlar payıza doğru tünd-qırmızı rəngdə unlu lətə və bürüşdürücü-turş dada malik kürəvi meyvələr şəklində yetişir.
Ayıqulağını çox vaxt mərcangilə ilə səhv salırlar, amma diqqətlə baxdıqda fərqi görmək asandır: ayıqulağı daha hündürdür, mərcangilənin yarpaqları daha uzunsov, qıraqları bükülmüş və çillidir. Meşə gözətçiləri ayıqulağını daha bir xüsusiyyətinə görə asanlıqla tanıyır: o oda çox davamlıdır, bu səbəbdən yanğından sonra ətraf qap-qara olduqda, yaşıllıq görünürsə - bu ayıqulağıdır.
Bitkinin müalicəvi xüsusiyyətləri
Müasir tibb ayıqulağını sidik kisəsi və yolları xəstəlikləri (sistit, uretrit) zamanı dezinfeksiya edici, iltihabəleyhinə, sidikqovucu vasitə kimi tətbiq edir.
Müalicə məqsədilə alimlər tərəfindən hələ də təhlil edilən zəngin kimyəvi tərkibə malik ayıqulağı yarpaqları istifadə olunur.
Yarpaqlarda dəyərli nələr var:
Ayıqulağı yarpaqlarının cövhəri aşağıdakı Siberian Wellness məhsullarının tərkibinə daxildir: