personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
26
iyun

Sibir sakinləri haqqında doğrular və əsatirlər

Bir sibirlinin öz xasiyyətini necə möhkəmləndirdiyi, amma yenə də xeyirxah qaldığı haqqda və əsrarlı sibir qəlbinin necə də gözəl olduğu haqqında fəsil...

O necə biridir - əsl sibirli? Yəqin hər hansı digər bir ölkənin sakini cavab verər ki, o, 40 dərəcəli şaxtada belə tayqada gəzən və ayılardan qorxmayan sərt bir kişidir. Küçələr boyu gəzən ayılar haqqında əsatir çoxdandır ki, zarafata çevrilib, amma hələ də mövcuddur.

Rusiyanın Avropa hissəsinin sakinlərində sibirlilər haqqında öz, daha real stereotipləri yaranıb. Onlar haqqında daha ətraflı danışaq, amma öncə tarixə müraciət edək.

Sibirlilər haqqında stereotiplərin yaranması qaynağı

Sibir ərazisinin özü, sakinləri üçün, onların mentalitetinə təsir edən və müəyyən xasiyyət xüsusiyyətlərinin təməlini qoyan, kontekstə çevrilib. Sibirin istilası anından - 1582-ci ildə Yermakın yürüşundən etibarən burada həyat tərzi çox fərqlənirdi. Təhkimçilik hüququnun olmaması, sərt təbiət şəraitləri, həyatda qalmaq uğrunda mübarizənin və buraların yerli sakinləri ilə qarşılıqlı münasibətlər qurmağın zəruriliyi - bunların hamısı möhkəmlik, dözümlülük, əməksevərlik, sərbəstlik kimi xüsusiyyətlərə malik sibir xasiyyətini formalaşdırırdı.

Tarixçilərin bəziləri, Sibirə könüllü olaraq, azadlıq əldə etmək, varlanmaq və daha yaxşı həyata sahib olmaq məqsədilə gələn sibirlilərə xas hiyləgərlik və hətta bir qədər macəralara meyillilik haqqında söz edirlər.

Sibir sakinlərinin mərd və qorxusuz olduqları haqqında stereotip artıq XX əsrdə, Böyük Vətən müharibəsindən sonra, sibirlilərin ümumi işə mühüm töhfəsi qeyd olunduqda formalaşıb.

Əsatir № 1. Sibir sakinləri sərt xasiyyətə malikdirlər

İqlim sibirliləri təmkinli və qapalı olmağa öyrətdi. Onlar öz enerjisini boşuna sərf etməyəcəklər, axı min cür söz və təbəssüm əvəzinə ciddi işlər görmək daha təsirlidir. Onlar "rus bəlkəsinə" güvənməyə öyrəncəli deyillər - təbiət onları öyrətdi ki, hər şəy haqqında ehtiyatla düşünmək və kirşəni yaydan hazırlamaq lazımdır. Amma zahirən sibirlilər qaraqabaq görünsə də, onlarla tanışlıqdan sonra çoxları qeyd edir ki, daha xeyirxah və qonaqpərvər insanlarla həyatı boyu qarşılaşmayıblar.

Əsatir № 2. Sibirlilər soyuqları sevirlər

Sevirlər demək olmaz, sadəcə vərdiş ediblər, axı Sibir üçün bu adi haldır. Onlar təcrübələrinə əsaslanaraq bilirlər: soyuqların öhdəsindən gəlmək üçün, ya daha isti geyinməlisən - yaxşı olar ki, xəz paltarlar və isti papaq olsun, ya da soyuqlara tamamilə məhəl qoymadan buz çapığında çimməlisən. Amma qəlbinin dərinliyində hər bir sibirli yayı gözləyir.

Əsatir № 3. Bütün sibirlilərə möhkəm sağlamlıq xasdır

Sibir - ekoloji cəhətdən təmiz regiondur, onun sakinləri hər zaman yaxşı qidalanıb və öz zəngin bölgələrinin çoxsaylı kurort zonalarında istirahət edə biliblər. Amma yenə də nəzərə almaq lazımdır ki, iqlimdən və qidadan əlavə olaraq sağlamlığımıza sosial amillər, iş şəraiti, özümüzə və sağlamlığımıza qarşı diqqətli münasibət də təsir edir.

Əsatir № 4. Sibir sakinləri böyük məsafələrdən qorxurlar

Sibirdə iri şəhərlər arasında məsafələr kifayət qədər böyükdür, bu səbəbdən sakinlər çoxdandır ki, onlardan qorxmur, əksinə, rahatlıqla qət edir - istər işə, istər dostlarına qonaq gedəndə. Novosibirsk sakinindən soruşun, o, istirahət günlərinə digər şəhərə 300 km yol qət edib, dostuna qonaq getməyə hazırdırmı, və o sizə cavab verər: "Rahat! Burada çətin nə var ki!"

Əsatir № 5. Sibirlilər yalnız öz mənafeləri üçün çalışar

Sərt iqlim şəraitləri, böyük məsafələr, ağır əmək insanları birləşdirir, bu səbəbdən sibirlilər qarşılıqlı yardım şərtlərində yaşamağa vərdişdilər və hər zaman biri birinə qarşı qeydkeşdilər. Onlar başqasının probleminə dərin dərrakə ilə yanaşır və daim bacardıqları qədər kömək etməyə hazırdırlar.

Sibirlilər haqqında 5 məzəli həqiqət

1. Müxtəlif şəhərlərdən iki sibirli zəngləşəndə, ilk danışdıqları mövzu hava olur. Kimin şəhərində hava daha pisdirsə, o, sozsüz qalib hesab olunur. Bax, belə bir nəzakət ayini!

2. Günəbaxan tumu çırtdamaq vərdişi əvəzinə Sibirdə sidr qozunu çırtdamaq vərdişi yayılıb, amma doğrusu, bu vərdiş yalnız tayqaya yaxın kiçik yaşayış məntəqələrinin sakinləri üçün gündəmdədir.

3. Sibirlilərin özləri xəlvəti biri birini əsl və tam da belə olmayanlara bölür. İri şəhərlərin sakinləri - əsl sibirlilər deyil, amma Baykal ətrafında və əbədi don zonasında yaşayanlar isə - əsl sibirlilərdir.

4. Hesab edilir ki, bəzi şəhərlərin, məsələn, Krasnoyarsk, İrkutsk və Omsk, sakinləri ilə münaqişəyə girməyə dəyməz, çünki bəzən onlar çox tez sözlərdən hərəkətə keçə bilərlər - sizin məhz nədə səhv olduğunuzu göstərmək üçün.

5. Sibirlilər sibirli olduqları ilə qürur duyurlar, hətta özləri haqqında müxtəlif lətifələri də sevirlər. Çoxu zaman, onlar özləri haqqlarında yayılan stereotipləri dəstəkləyir və qonaqlara uydurma hekayələr danışırlar - sonradan yaxınları ilə mülayim şəkildə qonaqların təəcübünə gülmək üçün.

Sibirlilər haqqında daha çox öyrənmək və deyilənlərdən hansının doğru, hansının uydurma olduğunu anlamaq üçün, yaxşısı, ən azı bir dəfə Sibirə baş çəkib, onun sakinləri ilə üzbəsurət ünsiyyət qurun, onda bəlkə onları daha yaxşı başa düşəcəksiniz!

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]