personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
11
iyul

Sibir ənamları: pişikotu

Pişikotunun insanları təsəlli etməyi və onlara sakitlik və ahəng gətirməyi haqqında fəsil...

Hansı bitki ən yaxşı sakitləşdiricidir və bizim sinir sistemimiz üçün ən faydalısıdır, sualına cavab olaraq, ağla ilk pişikotu gəlir. Köməyə də ilk o gəlir: hər kəs bilir ki, güclü əsəb gərginliyi və həyəcan zamanı pişikotu ilə tez sakitləşə, ruhunu yüngülləşdirə bilərsən.

Tanış yad

Pişikotunu, demək olar, hər bir evdə tapmaq olar, amma vəhşi təbiət şərtlərində onu az kimsə tanıyar: görünüşcə bu, hündürlüyü 2 m qədər olan çoxillik ot bitkisidir, onun ağ-çəhrayı ləçəkləri ilə xırda çiçəkləri budaq zirvələrində süpürgəşəkilli hamaşçiçəklərə toplanıb və pişiklər fəsiləsi təmsilçilərinin bu qədər xoşuna gəldiyi ətri saçır.

Pişikotu əslən Aralıq dənizi sahillərindən olan pişikotukimilər (Valerianaceae) cinsinə aiddir, lakin bugün onun bitmə sahəsi çox genişdir. Bitki nəmli torpaqları sevir, bu səbəbdən çay sahillərində, bataqlıq yerlərdə, meşə kənarlarında daha çox yayılmışdır. Bitkinin cəmi dünyada 200-dən çox növü vardır, Rusiya ərazisində isə təxminən 40 növü bitir. Sibirdə pişikotunun sıralı yarpaqlı, başlıqlı, daşsevər, zayenisey və altay növləri yayılmışdır. Ən məşhur növü - dərman pişikotu - müalicəvi məqsədlərlə istifadə olunur. Amma maraqlı olanı nədir: bu adla müalicəvi xüsusiyyətlərə malik bir neçə bitki növü başa düşülür: onların tərkibləri oxşardır və istifadə üsulları eynidir.

Cinsi adın necə əmələ gəldiyi haqqda ümumi bir fikir yoxdur. Versiyaların birinə görə o, latın dilindəki valere sözündən əmələ gəlib və "sağlam olmaq" deməkdir. Digərinə görə - bitki əslən olduğu Valeriya dairəsi şərəfinə adlandırılıb. Bitkinin adını həm də Roma imperatoru Valerianın və ya romalı həkim Pliniy Valerianın adı ilə bağlayırlar. Amma bir şeyi tam dəqiq demək olar: qarşımızdakı çox qədim müalicəvi bitkidir.

Müalicə edir, amma alimlərə rahatlıq vermir.

Pişikotunun yuxarı sinir fəaliyyətinə xoş təsir göstərən xüsusiyyətləri haqqında Qədim Yunanıstanın, Romanın, Misirin, Hindistanın, Şərqin təbibləri artıq bilirdi. Onun beyni sakitləşdirmək və gücləndirmək, hətta fikirləri idarə etmək bacarığına malik olduğunu düşünürdülər. Rəsmi tibb bitkini yalnız XIX əsrdə tanıdı, onun müalicəvi potensialı isə müasir alimləri düşündürməyə və onların çoxsaylı tədqiqatlarının və əsərlərinin səbəbi olmağa davam edir.

Tibbi təcrübədə pişikotuna onun yumşaq sakitləşdirici, spazməleyhinə və ödqovucu xüsusiyyətlərinə görə dəyər verirlər. Bu bitki əsasında vasitələri bir çox ölkələrdə yuxusuzluq, əsəb gərginliyi, ürək-damar sisteminin nevrozları, astma müalicəsi, epilepsiya, mədə-bağırsaq yollarının və qalxanabənzər vəzinin xəstəlikləri zamanı istifadə edirlər. Xalq təbabətində bitkini həlimlər, dəmləmələr, tozlar, cövhərlər halında, mədə üçün, sakitləşdirici və sidikqovucu çayların tərkib hissəsi kimi istifadə edirlər.

Sakitləşdirici xüsusiyyətlər haradandır

Müalicəvi məqsədlərlə kökümsovlar və köklər istifadə olunur, çünki məhz onlarda bitkinin bütün bioloji fəal maddələri toplanır: efir yağları, orqanik turşular, aşılayıcı maddələr, saponinlər, xatinin və valerin, makro- və mikroelementlər, kalsium, dəmir, sink, kalium, manqan, maqnezium və selen daxil olmaqla.

Əsas dəyərə pişikotunun efir yağları malikdir, onların tərkibinə borneolun və izovalerian turşusunun mürəkkəb efiri, borneola asetatı daxildir, və bu da pişikotunun sakitləşdirici xüsusiyyətlərinin izahıdır:

  • əsəb sistemini sakitləşdirir;
  • hamar əzələlərin və tac damarların spazmını rahatlaşdırır;
  • həyəcan hissini azaldır;
  • təzyiqi salmağa kömək edir;
  • qan dövranını stimullaşdırır;
  • yuxunu normallaşdırmağa kömək edir.

Bundan savayı, pişikotu cövhəri beynin əsas ləngidici neyromediatoru olan qamma-amino yağ turşusu reseptorlarının həssaslığını artırır, və bu bir daha bitkinin sakitləşdirici təsirini izah edir; o, yalnız sistematik və uzunmüddətli müalicə kursu nəticəsində tədricən, yumşaq şəkildə tam dərəcədə aşkar olunur.

Pişikotunun sübut olunmuş mərkəzi sinir sisteminə yumşaq və sakitləşdirici təsir göstərmək xüsusiyyəti sayəsində, bitkinin cövhəri emosional tarazlığın dəstəyinə və əsəb gərginliyi ilə mübarizəyə yönlənmiş bir neçə Siberian Wellness məhsulunun tərkibinə daxildir:

"Pişikotu və bədrənc" - əsəb gərginliyi əleyhinə nəbati kompleks;
Stress Re.Live - sinir sisteminin müdafiəsi və əsəb gərginliyi profilaktikası, yuxunun normallaşdırılması və əhval-ruhiyyənin yaxşılaşdırılması üçün qabaqcıl orqanik kompleks;
Yabanı otlardan fitoçay №3 (Təbii antistress) - həyəcan hissini azaldır, əsəb gərginliyinin öhdəsindən gəlməyə kömək edir, yuxu keyfiyyətini artırır.

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]