personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
20
iyul

Sibir ətirləri haqqında fəsil: efir yağları

Sibir bitkiləri efir yağlarının sağlamlığımızı daha möhkəm, həyatımızı isə daha gözəl etməkləri haqqında fəsil...

Sibir nə qoxur, soruşsanız, çox güman, çoxu iynəyarpaq və təravət deyə, cavab verər. Bircə dəfə duyub, daha heç vaxt unuda bilməyəcəyin ağlasığmaz şam ağacı meşəsi, tər-təmiz qar, insan əli dəyməmiş təbiətin ətri.

Sibir - tanınmış təbii sərvətlər xəzinəsidir: onun ərazisində 3000-dən çox müxtəlif növdə bitkilər bitir, onların 500-dən çox növü - müalicəvidir və, demək olar, hamısı - efir yağları tərkiblidirlər.

Onların gözəlliyi ondadır ki, nəzərə çarpmadan, amma mühüm dərəcədə insana təsir etmək qabiliyyətinə malikdirlər: onların xoş ətirləri sakitləşdirir, əhvalı yüksəldir, bəziləri baş ağrısını aradan qaldırır, iştahanı artırır, və bunda heç bir möcüzə yoxdur - onlar efir yağları məhz belə təsir göstərir.

Təbiətlərinə görə onlar, bitkilərin çiçəklərindən, toxumlarından, köklərindən, yarpaqlarından, meyvələrindən, oduncağından və ya qatranından ifraz olunan kimyəvi maddələrin uçucu maye qarışıqlarıdır (spirtlər, efirlər, karbohidrogenlər, fenollar, ketonlar, aldehidlər və s.), Məhz efir yağları bitkilərin ətrini müəyyənləşdirir: onların köməyi ilə bitkilər özlərini zərərvericilərdən, viruslardan qoruyur və tozlanma üçün həşəratları cəlb edirlər.

Canlı aptek

Bitkilərin efir yağları bir tək təbiət üçün deyil, insan üçün də xeyirlidir. Onların müalicəvi xüsusiyyətləri haqqında hələ qədim zamanlardan bilirdilər. Onların, demək olar, hamısı orqanizmimizə bakterisid, antiseptik və iltihabəleyhinə təsir göstərir, bizim əsəb və ürək-damar sistemlərimizə, emosiyalarımıza və psixoloji vəziyyətimizə müsbət təsir edir.

Bugün efir yağlarını həm daxilə, həm zahirdən tətbiq edir, inhalyasiyalar kimi və aromaterapiyada istifadə edirlər. Sibir bitkilərinin efir yağları dərman vasitələrinin istehsalında, həmçinin, qida, kosmetik və ətriyyat sənayelərində geniş istifadə olunur.

Ağ şam ağacı yağını necə əldə edirlər

Efir yağları müxtəlif üsullarla hazırlanır - misalən, efir ekstraksiyası yolu ilə, isti yağ və ya piy sorbenti vasitəsi ilə.

İynəyarpaqlı ağac növlərindən efir yağlarını buxar distilləsi yolu ilə əldə edirlər. Bunun üçün 0,8 sm qədər diametrdə iynəyarpaq budaqlarından və 110 °С yaxın buxar temperaturundan istifadə edirlər. Maraqlıdır ki, ağ şam ağacı yağının hazırlanması üçün hətta xüsusi qurğu da mövcuddur.

Budaqları distillə qazanının içinə yerləşdirilir və oraya təzyiq altında buxar verilir. Xammaldan keçərək o, uçucu maddələrin (efirlərin) buxarlanmasına səbəb olur. Nəticədə, efirlərlə zənginləşdirilmiş buxar mayeyə kondensasiya olunur, həmin maye ayrı bir qabda toplanır və iki hissəyə bölünür: üstdən - efir yağı, altdan - hidrolat.

Ağ şam ağacı yağının tərkibində 35-dən çox fəal maddə mövcuddur, onların sayəsində o bir çox faydalı təsirlərə malikdir: canlandırır, iltihabı aradan qaldırır, virusları və bakteriyaları məhv edir, ağrını kəsir, immuniteti gücləndirir, dəri xəstəliklərini müalicə edir, yuxunu normallaşdırır. Onun qoxusu isə artıq özü özlüyündə hazır ətriyyat kompozisiyasıdır!

Efir yağları Siberian Wellness məhsullarında

Siberian Wellness məhsullarının tərkibinə yalnız təbii efir yağları daxildir. Geniş təsir spektrına malik "Koren" məlhəmi ağ şam ağacı yağının və digər sibir bitkilərinin faydalı xüsusiyyətlərini özündə toplayıb; o, zahirdən tətbiq edildikdə, çox gözəl dərini qızışdırır, bərpa proseslərini sürətləndirir və tez bir şəkildə rahatlıq hissini qaytarır.

İynəyarpaq ağacların efir yağlarını digər məhsullarda da tapmaq olar:

Efir yağları tərkibli bitkilərin tanınmış növləri

Adi qaraqınıq: bitki xüsusi xoş ətrə malikdir. Hesab olunur ki, qaraqınıq efir yağı yuxusuzluq zamanı sakitləşib, yuxuya getməyə kömək edir.

Kəklikotu efir yağını hələ qədim yunanlar istifadə edib: o, güclü antiseptik, virusəleyhinə, ağrıkəsici və spazməleyhinə xüsusiyyətləri ilə tanınır. Onun ətri sakitləşdirir, yorğunluğu aradan qaldırır. Siberian Herbs canlandırıcı masaj yağı məhsulunun tərkibində mövcuddur.

Çobanyastığı efir yağı güclü bakterisid təsirə malikdir, bu səbəbdən onu soyuqdəymələrin müalicəsi üçün geniş şəkildə istifadə edirlər. Zəngin tərkibinin sayəsində o, zərif və həssas uşaq dərisi üçün xüsusilə faydalıdır. Çobanyastığı suyu əsaslı çimdirmə məlhəmiÇobanyastığı suyu əsaslı uşaq kremi məhsullarının tərkibinə daxildir.

Nanə efir yağı öz iltihabəleyhinə xüsusiyyətləri ilə məşhurdur, onun tərkib hissələri mədə-bağırsaq və sidik yollarının hamar əzələlərinə spazməleyhinə təsir göstərir, bağırsaq motorikasını yumşaq şəkildə stimullaşdırır, gərginliyi aradan qaldırır və gücləri bərpa etməyə kömək edir. Canlandırıcı ayaq kremi İntim gigiyena üçün fitosabın məhsullarının tərkibində mövcuddur.

Əksər sibir bitkilərinin efir yağları bugün apteklərdə əldə edilə bilər, bu səbəbdən onlardan fəal şəkildə gündəlik həyatda istifadə edirlər: kulinariyada, dəriyə əlavə qulluq vasitəsi kimi, məişətdə. Hər hansı bir efir yağının istifadəsi zamanı onun xüsusiyyətlərini və lazimi dozalarını bilmək və nəzərə almaq vacibdir. O zaman onların tətbiqi həm faydalı, həm də xoş olar!

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]