Nəhəng, heyrətamiz Sibir. Bu regionun sahəsi bütün Avropa İttifaqının ərazisindən üç dəfədən də böyükdür. Onun çoxşaxəliliyi heyrətləndirir! Amma Rusiyanın digər regionlarında və digər ölkələrdə yaşayanlar Sibir haqqında nələr bilir? Baykal? Daha məlumatlı olanlar üçün - Beluxa dağı və Yakutiyada Lena dirəkləri? Bu sadəcə kiçik bir qismidir. Sibir hələ dəfələrcə bütün dünyanı təəccübləndirəcək. Elə indi kartları açırıq!
Xəritəni açırıq, Sibirdə yeddi təbiət möcüzəsini axtarırıq - budur onlar.
İlk möcüzə. Malinovoye gölü
Altay diyarında qeyri-adi bir göl var: onun sularının aydın çəhrayı-moruq rəngi var. Planetimizdə cəmi bir neçə onlarla bu cür göl mövcuddur. Onların sularının tərkibində yüksək miqdarda natrium konsentratı olan minerallar var, rəngli piqmenti isə xüsusi mikroorqanizmlər ifraz edir. Su səthinin rəng çalarları mövsümdən asılı olaraq dəyişir - qışda çəhrayı rəngdən ilin isti çağında tünd-moruq rənginədək.
Əfsanəyə görə, göldən hasil olunan çəhrayı qida duzunun möcüzəvi xüsusiyyətlərə malik olduğu həsab olunurdu və o, imperatriça II Yekaterinanın süfrəsinə gətizdirilirdi.
2019-cu ildə daşqın nəticəsində gölün suyu digər göllərin suyu ilə qarışmışdı və öz çəhrayı rəngini itirmişdi. Ekosistemin özünü bərpa etməsi üçün nə qədər zamanın lazım olacağı məlum deyil. Eyniadlı Malinovoye ozero kəndin girişində hələ ki daşqına məruz qalmamış cəmi iki çəhrayı göl qalıb.
İkinci möcüzə. Oğlaxtı sahəsi
Cənubi Sibirdə, Xakasiya qoruğunun ərazisində Oğlaxtı dağlar silsiləsi yerləşir. Oradaca eyniadlı turistik kompleks təşkil olunmuşdur. Məhz orada Xakasiyanın ən böyük petroqliflər - yaşı 5000 ilə çatan qayaüstü rəsmlər - kolleksiyasını görmək olar.
Ən "İnstagram görüntülü" yer - dağ yamacı ilə gedən 960 pilləli pilləkəndir. Pilləkənlərin ətəyində müqəddəs Şaman-daş yerləşir, zirvəsindən isə kurqanlar və orta əsr qalasının izləri olan qoruğa hipnotik mənzərə açılır.
Üçüncü möcüzə. Vasyuqan bataqlıqları
Omsk vilayətində qeyri-adi bir yer - dünyadaki ən böyük bataqlıqlardan biridir. Onun sahəsi 55 min kvadrat kilometrdir - burada İsveçrə, Slovakiya və Estoniya yer ala bilərdi. Vasyuqan bataqlıqları 10 000 il əvvəl yaranıb. Regionda bu yeganə içməli su mənbəyidir, həmçinin burada böyük torf yataqları yerləşir.
Turistlər üçün bataqlıqlar üzərindən xüsusi vertolyot gəzintiləri təşkil olunur.
Dördüncü möcüzə. Vulkanlar vadisi
Buryatiyada, Okinski rayonunun ərazisində, Xiqol çayının dağ vadisində bir neçə sönmüş vulkan yerləşir. Onlardan ən böyüyünün hündürlüyü təxminən 70 m təşkil edir. Ərazi donmuş vulkan lavası ilə örtülüb, onun qalınlığı bəzi yerlərdə 150 metrə çatır. Bu turistik marşrutlar üçün məşhur yerdir.
Vulkanlar vadisi yerləşdiyi Xiqol yarğanının ərazisində iqlim anomaliyası müşahidə olunur. Yayda, isti bir günün ortasında hava birdən elə soyuya bilər ki, qar yağar, göllər isə buz bağlayar.
Beşinci möcüzə. Putorana yaylası
Putorana yaylası – Norilskdən şərqdə yerləşən, səyahət üçün ən çətin yerlərdən biri olan bənzərsiz bir məkandır. Yüzlərlə milyon il bundan qabaq tektonik yerdəyişmə nəticəsində soyumuş lava qatlarından yaranmış bazalt yaylası bir yarım kilometr hündürlüyünə qalxıb minlərcə çatlara parçalanmışdır. Orada fyord gölləri, kanyonlar, şəlalələr və zirvəsiz dağlar yerləşir.
Putorana qoruğu UNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir. Bu, insanın demək olar ki, toxunmadığı, inanılmaz gözəlliyə malik məkan Rusiyanın sivilizasiyadan ən uzaq nöqtəsində yerləşir.
Altıncı möcüzə. Altay Marsı
Altayın Koş-Aqaç rayonunda yerləşən Qızıl-Çin təbii mərzini el arasında belə adlandırırlar. Cənubi Altay dilində Qızıl-Çin "Qırmızı dərə" dəməkdir. Təbii mərzi öz yadplanetli rəng çalarları ilə diqqət cəlb edir - onun süxurlarında rekord miqdarda maqhemit (dəmir oksidinin maqnit modifikasiyası), hematit, manqan və xrom qatqıları var.
90 milyon il əvvəl yamacların yerində relikt dəniz yerləşirdi. Qızıl-Çin yamaclarında hələ də qədim artefaktlar tapmaq olar: tarixdənqabaqki molyusklar və yosunların daşlanmış qalıqlarını. Bu bənzərsiz məkana dünyanın ən gözəl yollarından biri aparır - Çuyski yolu.
Yeddinci möcüzə. İnninski daş bağı
Buryatiyanın Barquzinski rayonunda misilsiz daş bağı yerləşir. 10 kvadrat kilometrdən çox ərazidə, ətrafdaki təbiətdə gözəl şəkildə öz yerini almış, nəhəng daşlar səpələnmişdir. Bu daşlar bura necə düşüb? Dəqiq cavab yoxdur. Fərziyyələr isə kifayət qədərdir, buzlağın yerindən tərpənməsi nəticəsində yaranan çöküntülərdən qədim fəlakətin nəticələrində qədər. Bu məkanın energetikası, dərin sükut və insan əli dəyməmiş təbiət silinməz təəssürat bəxş edir.
Sibir möcüzələrlə doludur. Burada yaşamaq, səyahət etmək, bu torpaq haqqında yeni şeylər öyrənmək və onun təbii sərvətlərini qayğı ilə istifadə etmək - bu əsl xoşbəxtlikdir.