personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
28
sentyabr

Sibir heyvanları: yırtıcılar və onların sevimli qardaşları

Bənzərsiz sibir diyarının müxtəlif və gözəl faunası haqqında fəsil...

Sibir öz vəhşi təbiəti ilə məşhurdur. Onun müxtəlif təbiət zonaları ilə ucsuz-bucaqsız ənginlikləri nadir və möcüzəvi heyvanların evidir. Bugün biz yırtıcılar dəstəsinin ən parlaq nümayəndələri və onlarla birlikdə regionun sərt şərtlərində yaşayan sevimli məxluqlar haqqında danışacayıq.

Ən qorxunc heyvan

Sibirin ən məşhur yırtıcısı - qonur ayıdır, o, həm də milli nağılların və əfsanələrin baş qəhrəmanıdır. Nəhəng ölçülərinə və fiziki gücünə görə onu heyvanlar çarı adlandırırlar. Ayı tamamilə hər şeylə qidalanır: onun rasionunun əksər hissəsini bitki mənşəli qidalar təşkil edir - kökümsovlar, giləmeyvələr, palıd qozaları, otlar. O, həmçinin böyük zövqlə həşəratları və xırda gəmiriciləri də yeyir. Qonur ayılar hozaki görünsələr də, onlar saatda 55 km qədər sürət yığmağa qadirdilər. İnsanla görüşməkdən çəkinirlər, bizim üçün əsasən balaları yanında olan dişi ayı - onun analıq instinkti işə düşə bilər - və qışın ortasında yuxusundan ayılan ayı təhlükəlidir.

Sibirdə ayılardan daha təhlükəli yalnız canavarlar ola bilər - sürü heyvanlarının arasında ən ağıllıları. Tayqa canavarları tundrada yaşayanlardan daha xırda və tünd rəngdədirlər. Canavarlar sərt iyerarxiyası olan sürülərdə yaşayır. Adətən sürünün bütün üzvləri sürü başçısına tabe olur, burada həmçinin orta canavarlar, ən aşağı səviyyəli canavarlar, onlara yalquzaq da deyirlər, və hətta dayələr - böyüklər tərəfindən valideynləri ovda olduğu müddətdə gənc nəslə nəzarət etməkləri tapşırılan cavan qurdlar da var. Ova canavarlar birlikdə çıxır, 10-15 fərddən ibarət dəstələrlə, və asanlıqla özlərindən ölçüdə böyük olan şikarı belə, misal üçün, sığırı, yıxa bilərlər. Canavarları meşə sanitarları adlandırırlar, çünki onlar ilk növbədə zəif və xəstə heyvanları öldürür, bununla da təbii seçmə qanununu dəstəkləyirlər.

Qorxu yaradan daha bir yırtıcı - çöldonuzu və ya qaban. İri qoşadırnaqlı heyvanlar, qidada tamamilə tələbkar deyillər və çöllüklərdə məskunlaşmağı üstün tuturlar. Onların orta çəkisi 200 kq təşkil edir. İnsan üçün qızma dövründə olan qabanla qarşılaşmaq təhlükəlidir, çünki azğınlaşmış halda onlar insana hücum edə bilərlər.

Təhlükəli gözəllik

Ən gözəl və əzəmətli yırtıcı haqqında söz etsək, bu, şübhəsiz ki, nəsli tükənməkdə olan amur pələngidir. Bəzi məlumatlara görə, vəhşi təbiətdə hal-hazırda 500-ə yaxın fərd qalıb. Bu Sibirin rəmzi - çəkisi 300 kq və daha çox ola bilən, yer üzündə ən iri pələngdir və soyuq şəraitdə yaşaya bilən yeganə pələng növüdür. Yalnız bu yarımnövün qarnında, onu soyuqlardan qoruyan xüsusi piy qatı formalaşıb. Amur pələngi - əsl təklik, tənhalıq təzahürüdür, Cənub-Şərqi Sibirin uzaq meşə massivlərində yaşayır. Erkək əsaslı şəkildə öz, sahəsi 600-800 km2 çatan, ərazilərini qoruyur. Ovda bu amansız yırtıcı əsl ustadır. Onun qida rasionunun əksər hissəsini marallar, qabanlar, sığırlar və xırda məməlilər təşkil edir, amma o balıq və qurbağaları da dadmaqdan imtina etməz. Pələng adətən ovunu suya yaxın yerə gətirir, qalıqlarını isə etibarlı bir yerə gizlədir. İnsana o çox nadir hallarda hücum edir.

Sibir xaskiləri - vəhşi heyvanlar deyil, amma ən başdan Çukotkanın yerli qəbilələri tərəfindən maralları otarmaq üçün yaradılmış xüsusi it cinsidir. Onların tükü xüsusi ilə -50…-60 °С qədər temperaturlarda istini qoruyub saxlamaq qabiliyyətinə malikdir. Bu heyvanlar çox ünsiyyətcil, mehriban, amma inadkar və müstəqil xasiyyətlidirlər, onlar gözəl hissiyata və ovçuluq instinktinə sahibdirlər, bu da adətən onlara şikarın yerini dəqiq müəyyən etməyə imkan verir.

Sibirin sevimli heyvanları

Dünyanın ən sevimli heyvanları arasında müsabiqə yaradılsaydı, qalibi uçan Sibir sincabı olardı - sincablar fəsiləsindən olan füsunkar gəmirici. Bu sincablar ölçüdə adilərdən daha kiçikdir, amma onların mühüm üstünlüyü var - qabaq və arxa pəncələri arasında onlara budaqdan budağa şığımağa kömək edən pərdələr. Bu balacalar ağacların koğuşlarında gizlənməyi xoşlayır və adətən gecə həyatı yaşayırlar, bu səbəbdən onların şəklini çəkmək o qədər də asan deyil.

Hər daim nədənsə narazı olan pişik - manulları, onların hiddətli sifət ifadəsinə görə, qısaca belə təsvir etmək olar. Onun zəhmli görünüşü və qalın xəzi iri, özünə əmin olan heyvan təəssüratı yaratsa da, istənilən səs və ya cuzi təhlükə belə onu vahiməyə gətirə və qaçıb getməyə vadar edə bilər. Manulların əsas fəallıq dövrü günün ikinci yarısına və ya erkən çağına düşür. Əksər vaxtlarını onlar haradasa sığınacaqlarda keçirməyi - tülkü yuvalarında, qayalar arasında dərələrdə yatmağı xoşlayırlar. Heyvan hətta öz qohumları ilə belə ünsiyyətdə olmağı xoşlamır, bu səbəbdən onu çox vaxtı çöl münzəvisi adlandırırlar.

Daha ünsiyyətcil və eyni dərəcədə sevimli olan isə qütb tülküsüdür. Onları, insanların yaşadığı yerlərin yaxınlarında, yeməli nəisə oğurlamağa çalışdıqlarında görmək olar. Qışda bu balaca heyvanın kürkünün rəngi dümağ və ya mavi çalarlı olur, yayda isə - boz-qonur. Tipik qütb tülküsünün ailəsi erkək, dişi, əvvəlki balalardan bir neçə cavan dişi və cari ilin balarından ibarət olur. Adətən qütb tülkülərinin ailələri ayrı-ayrı yaşayır, amma koloniyalar şəklində də məskunlaşa bilər. İlin əksər hissəsini cütləşmə dövrünə qədər bu heyvan qida axtarışında keçirir. Qütb tülküsü hər şey yeyir, amma əsasən xırda gəmiricilər və quşlarla qidalanır.

Heç kəsi biganə qoymayan heyvan - şimal otyığanı. Dovşankimilər dəstəsindən olan bu məməlilərə Sibirin tayqa və tundra zonalarının düzənliklərində rast gelmək olar. Öz adını onlar bərkdən fit çaldıqlarına görə aldılar, fitin köməyi ilə onlar öz aralarında ünsiyyət qurur və biri-birini yaxınlaşan təhlükə haqqında xəbərdar edir. Bitkilər, göbələklər və giləmeyvələrlə qidalanırlar. Bu balaca heyvanlar çox zəhmətsevərdilər, iyulun sonlarından avqusta kimi onlar qış üçün otlar tədarük edirlər, hətta yeyə biləcəklərindən də dəfələrcə çox. Otyığanlar çox qorxaq olur, onları adi mühitdə görmək çox çətindir, amma onların bir xüsusiyyəti var: asudə vaxtlarında onlar saatlarla tərpənmədən bir daşın üstündə və ya yuvalarının girişində oturmağı xoşlayırlar - məhz belə vaxtlarda fotoqraflar bu sevimli məxluqların şəkillərini çəkə bilir.

Sibirin ən füsunkar heyvanları mövzulu toplumuzu qulaqlı kirpi tamamlayır. Onu əsas qohumlarından uzun burnu və böyük qulaq seyvanları, həmçinin hərəkət sürəti fərqləndirir. Təhlükə zamanı heyvancığaz yuvarlanıb topa çevrilmək əvəzinə, mümkündürsə, qaçmağa çalışır. Həşəratlar, meyvələr, toxumlar, giləmeyvələrlə qidalanır, qurbağaları və kərtənkələləri ovlayır. Qulaqlı kirpilər kəskin temperatur dəyişikliklərinə yaxşı uyğunlaşır və 10 həftəyə yaxın müddətə qidasız qala bilərlər.

Sibirin heyvanlar aləmi, sərt iqlim şəraitlərinə baxmayaraq, həqiqətən də zəngin və müxtəlifdir. Bəs siz bilirdinizmi ki, bu torpaqlarda bu qədər füsunkar varlıqlar məskunlaşır və burada təhlükəli və eyni zamanda gözəl heyvanlar yaşayır?

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]