personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
19
oktyabr

Arıların Sibir insanlarına necə kömək etdikləri haqqında fəsil

Arıların Sibir insanlarına necə kömək etdikləri haqqında fəsil

Nəhəng Sibirimizin geniş vüsətlərində balaca, bacarıqlı, çalışqan işçilər - arılar - zəhmət çəkir. Bircə çay qaşığı faydalı bal toplamaq üçün, azı yüz arı əmək sərf etməlidir. Zolaqlı əməkçilər çöllər üzərində uçuşur, gül-çiçək şirəsi toplayır, dəyərli kəhrəba damcılarını qayğı ilə öz xəlvəti guşələrinə gətirirlər. Onları əhliləşdirərək, insan bal xəzinəsi əldə etdi: şaxtada gəzintidən sonra bal ilə çay içmək həm dad, həm fayda, həm rahatlıq bəxş edir.

Arılar yalnız bal vermir

Payızda, qışlamağa hazırlaşaraq, arılar xüsusi yapışqan maddə - propolis - tökür. Yaşılı-xurmayı, ətirli, ziftli yapışqan həşəratlara yuvalarını istiləndirmək, bütün çatları suvamaq və qışı rahatlıqla keçirmək üçün lazımdır. İnsan hələ propolisin mənşəyini və tərkibini tam tədqiq etməyib, amma məlumdur ki, onun əksər hissəsini yapışqan ağac tumurcuqlarından ziftli maddələr, tozcuq dənələri, həmçinin efir yağlar və arı mumu təşkil edir.

Propolisi xüsusi torlarla toplayır və ya pətəyin divarlarından qaşıyırlar. Bir pətəkdən mövsüm ərzində 50-150 q faydalı yapışqan davacat toplamaq olar.

Bütün xəstəliklərə qarşı möcüzəvi propolis

Hələ qədim zamanlarda insanlar ziftli arı yapışqanının möcüzəvi müalicəvi xüsusiyyətləri haqqında öyrəndilər. Bütün zamanlarda sibir propolisi ilə yaraları, iltihabları, xoraları və ən müxtəlif xəstəlikləri müalicə ediblər.

Arı propolisi, onu tibb və kosmetologiyada istifadə etməyə imkan verən, sübut olunmuş əczaçılıq xüsusiyyətlərinə malikdir. Propolis xüsusiyyətlərinin natamam siyahısı:

– iltihab əleyhinə;
– bərpaedici;
– mikrob əleyhinə;
– bakterisid;
– oksidləşmə əleyhinə;
– immunitet gücləndirici;
– kardio-qoruyucu;
– ağrıkəsici.

Propolisin tərkibində insana lazım olan əksər mikro-elementlərin mövcuddur: maqnezium, kalium, natrium, dəmir, sink, manqan, mis və s. Propolis həm A, C, E, H, P, həm B qrupu vitaminlər (B1, B2, B6) ilə zəngindir. Arı yapışqanının tərkibində amın turşuları mövcuddur, həmçinin insan orqanizmi üçün əvəzolunmaz olanlar: alanin, valin, izoleysin, lizin, metionin, ornitin, treonin, triptofan, fenilalanin və s.

Çoxları eşidib ki, ən faydalıları əlvan tərəvəzlər və meyvələrdir - onların tərkibində olan təbii boyaq maddələri flavonoidlərə görə. Propolisin tərkibində flavonoidlər, bu ən faydalı antioksidantlar, 5 növdə təqdim olunub: apigenin, akasetin, kempferol, kempferid və ermanin.

Propolisin fəal maddələri bir çox infeksiyaların törədicilərini məhv etməyə qadirdir. Propolisin sadəcə profilaktik olaraq istifadəsi belə orqanizmin tonusuna, yaxşı, xoş əhvala və yaxşı yuxuya səbəb olur.

Propolisdən geniş şəkildə kosmetikada istifadə olunur: hüceyrə membranlarını bərpa edir və dərinin elastikliyini artırır, hüceyrə bərpasına səbəb olur, cavanlaşdırıcı və sağaldıcı təsirə malikdir.

Şirkətimizdə sibir propolisinin faydalı xüsusiyyətlərinə çox dəyər verirlər, bu səbəbdən o, bir çox Siberian Wellness məhsulunun tərkibinə daxildir:

Diş məcunu "Sibir propolisi". Təbii müdafiə;
Propolis tərkibli çeynəməli marmelad CoreNRG;
Nəmləndirici üz yuma geli - Experalta Aurum;
Qidalandırıcı üz maskası - Experalta Aurum;
Üz üçün canlandırıcı zərdab - Experalta Aurum;
Zərif qulluq üçün gel - ENDEMIX™ kompleksi ilə kosmetika.

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]