Mərcanı olmadan Sibirdə uzun sərt qışı təsəvvür etmək çətindir: bu giləmeyvə - bizi soyuqlarda xilas edən vitaminlərin əvəzolunmaz mənbəyidir. Payızın axırlarında Qərbi Sibirin şimal rayonlarında, bataqlıq ərazilərdə yerlərə yaqut muncuqlu yaşıl mamır xalçası döşənir. Bizim dadlı kisellər və morslar hazırladığımız giləmeyvə beləcə yetişir.
Narahat bataqlıq həyatı şəraitində bu əlvan vəhşi bir sıra qidalı maddələri özünə hopturmağın yolunu tapır. İlk şaxtalardan sonra, şirəsi ilə zəngin və ən faydalı halı ilə mərcanı yığıma hazırdır. Onu yazda da yığırlar: qar altında qalan giləmeyvə daha dadlıdır, amma saxlanması daha çətindir və qış ərzində vitaminlərinin bir hissəsini itirir. Peşəkarlar mərcanı yığımını xüsusi cihazların - çiyinlərə taxılan, faneradan hazırlanmış yeşik "bayan" və ya daraq kimi istifadə olunan xüsusi xəkəndazın köməyi ilə həyata keçirir.
Bənzərsiz, bataqlıqda yetişən durna giləmeyvəsi
Qədimlərdə mərcanını durna giləmeyvəsi adlandırırdılar, çünki onun çiçəkləri uzun dimdikli durna boyunlarını xatırladır. Maraqlıdır ki, bu quşların özü də uzaq ölkələrə uçmaqdan öncə bataqlıq giləmeyvəsindən yeyərək, güclərini bərpa etməyi xoşlayırlar. Latın dilindən mərcanı giləmeyvəsinin adı (oxycoccus) "turş kürəcik" kimi tərcümə olunur: giləmeyvənin doğrudan da turşa-acı dadı var, buna görə biz onu çiy halda çox da xoşlamırıq, amma bolluca qurudur, dondurur, bişirir, souslar hazırlayırıq.
Sibir mərcanısı - əsl superfood-dur. Bir fincan təzə giləmeyvələrdə:
Turşməzə dadlı fayda
Bu vəhşi giləmeyvə qədim zamanlardan öz müalicəvi xüsusiyyətləri ilə məşhurdur, müasir alimlərin tədqiqatları sayəsində isə onun məziyyətlərinin siyahısı getdikcə artır.
Güclü antioksidant. Mərcanının tərkibində bol miqdarda antioksidantlar mövcuddur: mirisetin orqanizmin hüceyrələrini azad radikalların təsirindən qoruyur, ursolik turşusu aydın şəkildə iltihabəleyhinə təsir göstərir, kversetin bir sıra xəstəliklərin və bədxassəli törəmələrin inkişafı təhlükəsininin azalmasına səbəb olur.
Antioksidantların sayəsində cavanlaşdırıcı giləmeyvə dəriyə möcüzəvi təsir göstərir: onun vəziyyətini normallaşdırır, yeniləyir və möhkəmləndirir, kollagen ifrazını stimullaşdırır, qoruyucu funksiyaları dəstəkləyir, iltihabların qarşısını alır.
Sidik-ifrazat yollarının infeksiyaları əleyhinə. Mərcanının tərkibində olan flavonoidlər, A növü proantosianidlər infeksiyaları törədən bakteriyaların sidik kisəsinin və sidik-ifrazat yollarının selikli qışasına bərkidilməsinin qarşısını alır və onların çoxalmasını ləngidir. Alimlərin təcrübələri sübut edir ki, mərcanı istehlakı bu xəstəliklərin yaranması təhlükəsini və infeksiya əlamətlərini azaltmağa kömək edir. Bugün mərcanı əsasında sidik-tənasül sisteminin xəstəliklərinə qarşı dərman vasitələri hazırlayırlar.
Təbii antibiotik. Bol miqdarda vitamin C və proantosianidlər orqanizmin immun müdafiəsini, infeksiyalara qarşı müqaviməti gücləndirir, soyuqdəymə zamanı sağalmanı sürətləndirir. Uşaqlıqdan sevilən mərcanı morsu hərarəti salır və ümumi möhkəmləndirici xüsusiyyətlərə malikdir.
Ürək sağlamlığı üçün. Antosianlar, proantosianidlər, kversetin, B qrupu vitaminləri, mis, kalium, maqnezium yaxşı xolesterinin səviyyəsini artırmağa qadirdir, aterosklerotik lövhələrin yaranmasının qarşısını alır, qan damarlarının elastikliyini yaxşılaşdırır, qan təzyiqini normallaşdırır, və bununla da qan-damar xəstəliklərinin yaranması təhlükəsini azaldır.
Bağırsaqlar üçün faydalı. A növü proantosianidlər həmçinin təsirli şəkildə mədə xorasını və xərçəngini əmələ gətirən Helicobacter pylori bakteriyasını məhv etməyə qadirdirlər. C, A və E vitaminləri həzmi yaxşılaşdırır.
Zehni və fiziki fəallığı dəstəkləmək üçün. Yüksək miqdarda kalium və B qrupu vitaminləri sayəsində mərcanı sinir sistemini möhkəmləndirir və zehni funksiyaları yaxşılaşdırır. Əks göstərişlər olmadıqda mərcanını hamilə qadınlara tövsiyə edirlər - o, dölün normal inkişafına kömək edir və toksikoz təzahürlərini azaldır.
Dişlərin və damaqların sağlamlığı üçün. Proantosianidlər bakteriyaların diş səthinə yapışmasının qarşısını alır, və bu da giləmeyvəni kariyes və damaq xəstəlikləri ilə mübarizədə təsirli edir.
Arıqlamaq üçün. Vitamin C və digər antioksidantlar, pektin, aşılayıcı maddələr piy toxumaları hüceyrələrinin parçalanmasını sürətləndirir və yeni piy qatlarının yaranmasının qarşısını alır, sürətli maddələr mübadiləsini stimullaşdırır.
Siberian Wellness bu təbii vitaminlər xəzinəsindən 100% istifadə edir. Sibir mərcanısı aşağıda sadalanan məshulların tərkibinə daxildir: