Sibir təbiəti nə qədər əzəmətlidirsə, Sibir bir o qədər xariqüladədir. Sibir tayqası hər zaman ürəyimizi titrədir və bizdə ən dərin hissləri oyadır. Orada heç bir zaman olmasan belə - sonsuz-bucaqsız, doqquz min kilometrə uzanan tayqa vüsatları haqqında bircə fikir belə insanın şüurunu heyrətə gətirir. Və sən anlayırsan ki, bu sadəcə nəhəng bir meşə deyil, daha böyük bir şeydir.
Alimlər, ədalətli olaraq, sibir tayqasını "planetin yaşıl ağciyərləri" adlandırır. Bu, planetin bütün şimal yarımkürəsini təmin edən və sağlam yaşayış mühitini dəstəkləyən oksigen fabrikidir. Sibir tayqasının xüsusiliyi ondadır ki, burada ən qəti temperatur rejiminin dəyişikliliyi qeydə alınıb. İnsan üçün onun əsas sərvətləri - dəyərli tikinti oduncağı, faydalı qazıntı yataqları, gur çayları, nadir müalicəvi otları və müxtəlif faunasıdır.
Sibir tayqasının altzonaları
Sibir tayqasını şərti olaraq üç aydın görünən altzonaya bölmək olar, onlar iqlimi, əbədi don zonasının mövcudluğu, bitkilərin və heyvanlar aləminin xüsusiyyətləri ilə fərqlənir.
Şimali tayqa Taymırın cənubunda tundra sərhədlərindən başlayır, sərt iqlimə malikdir. Buraya orta temperaturu -30-50 °С olan uzun qış və, ərzində temperatur +17 °С qədər qalxan, qısa yay məxsusdur. Maraqlıdır ki, tayqa üçün yay göstəriciləri daha önəmlidir, çünki ağacların mövcudluğu üçün yay aylarının heç olmasa birində orta temperatur 16 °С-dan yuxarı olmalıdır. Şimal altzonanın ərazisi çox bataqlaşıb, bu səbəbdən burada alçaq böyüyən iynəyarpaqlı meşələr üstünlük təşkil edir.
Orta tayqa altzonası Yenisey, Ob və Lena çaylarının orta axarında yerləşir. Ona, şaxtalı qışı və isti yayı ilə mülayim kontinental iqlim xasdır. Burada bataqlıqlar çoxdur və sıx iynəyarpaqlı meşələr üstünlük təşkil edir, əsasən də küknar meşələri.
Cənubi tayqa altzonası Sibirin cənub hissəsini tutur və, iynəyarpaqlı ağacların bitməsi üçün əlverişli olan, mülayim isti iqlimə malikdir. Bu qurşağa zəngin flora və fauna xasdır. Qış burada şaxtalı və uzun olur, -12 °С qədər çatan orta temperaturla, yay isə - qısa və isti, +16–22 °С temperaturda.
Tayqanın bitki aləmi
Ağacların növünə görə sibir tayqasını tünd iynəyarpaqlı və açıq iynəyarpaqlıya bölürlər. Tünd iynəyarpaqlı tayqa küknarlardan, ağ şamlardan, sidr ağaclarından ibarətdir. O, Sibirin şimal bölgələrinə xasdır: burada hər zaman toranlıqdır, çünki əyilmiş ağac çətirləri işıq buraxmır, və mamırlar və bitkilər çox yayılıb.
Tünd iynəyarpaqlı tayqaya məxsus ən iri ağaclardan biri - sibir sidridir. Bu, qüclü-qüvvətli ağac 40 metr hündürlüyə çata bilər, amma çox ləng boy atır. Sidr toxumları ("Sidr qozu") - tək insanların deyil, həmçinin, qonur ayılar da daxil olmaqla, bir çox tayqa sakinlərinin sevimli çərəzidir. Tünd iynəyarpaqlı tayqanın sirli görkəmini ona qozaları şamlara bənzəyən gözəl ağ şam ağacı bəxş edir. Sidrdən fərqli olaraq, o, sürətlə boy atır və ömrü 400-600 ilə yaxın ola bilər. Öz güclü müalicəvi xüsusiyyətlərinə görə bizim üçün o, əlahiddə dəyərlidir.
Açıq iynəyarpaqlı tayqa növü Orta və Şərqi Sibirdə üstünlük təşkil edir. Bu cür tayqada şam və qara şam ağacları bitir. Ona, xırda tozağaclar, qızılağaclar və kolluqlar ilə zəngin bitki aləmi xasdır. Şamlıqlarda ağacların çətirləri yerdən çox hündürdə yerləşir və çoxlu günəş şüaları buraxır, bu səbəbdən burada tez-tez mərcangilə və cır qaragilə kolluqlarına, nadir bitkilərə və göbələklərə rast gəlmək olar.
Şam ağacları günəşi və işığı sevir, iqlim və torpağa aid digər məsələlərdə isə onlar tələbkar deyil, bu səbəbdən də coğrafi cəhətdən geniş yayılıblar.
Qara şam ağacı - tayqada ən şaxtaya davamlı ağacdır, o, -70 °C qədər temperaturlara dözə bilər. Onun səciviyyəliyi - tamamilə düz bir gövdədir. 50 metrə qədər hündürlüyə sahib ola bilər və çox sürətlə böyüyür, ildə təxminən 1 metr. Qara şam meşəsi adi şamlıqdan daha işıqlıdır və, günəşdə qızan qatran sayəsində, adətən xoş iynəyarpaq ətri saçır.
Tayqanın heyvanat aləmi
Sibirin tayqa meşələrində, sərt həyat şəraitlərinə vərdiş edə bilən iri və xırda məməlilər yaşayır. Sibir tayqasının əvəzsiz sahibi - qışda yuxuya gedən qonur ayıdır. Tayqada həmçinin canavarlar, vaşaqlar, tülkülər, şimal maralları, sığırlar, sibir samurları yaşayır.
Quşlar aləmi çox zəngindir, onların çoxu - köçəridir. Sibir xoruzları, şam qarğaları, sibir qaratoyuqları, bayquşlar və ağacdələnlər çox yayılıb. Burada, həmçinin, nadir, qırmızı kitabda adları çəkilən növlərə də rast gəlmək olar - qara durnaya, qara leyləyə, berkuta.
Tayqada insan
Bugün tayqa meşələri nəzarətsiz şəkildə kəsilməkdən və, insanın təqsiri ucbatından tez-tez baş verən və çoxlu sayda bitki və heyvanların ölümünə səbəb olan tayqa yanğınlarından əziyyət çəkir. Bütün qüvvətinə baxmayaraq, sibir tayqası bizim müdafiəmizə və diqqətli yanaşmamıza ehtiyac duyur. Bu meşələrin milyonlarla yaşı olsa da, onları məhv etmək çox asan, bərpa etmək isə çox çətindir.
Sibir tayqasının sərvətləri insan üçün çox böyük əhəmiyyət kəsb edir: oduncaq, xəz, ağac saqqızı, qoz-fındıq, giləmeyvələr. Biz təbiəti minnətdarlıq ilə qəbul etməli və ona qayğı ilə yanaşmalıyıq, ondan yer üzündə baş verən həyat proseslərinin çoxu və bizim əmin-amanlığımız asılıdır.
Siberian Wellness məhsullarının çoxunun tərkibinə, bizə sibir tayqasının bəxş etdiyi təbii xammaldan maddələr daxildir:
– Geniş təsir sahəsinə malik "Koren" məlhəmi (qara şam yağı, şam ağacı saqqızı);
– "Uyan Nomo" bədən üçün məlhəm (qara şam yağı, qara şam ağacı saqqızı);
– CoreNRG profilaktik diş məcunu (qara şam ağacının hüceyrə şirəsi).
Gəlin, qiymətli təbiət ənamlarını sevək və onlara dəyər verək!