Kilometrlərcə əzəli təbiət, üfüq xətti ilə qovuşan şəffaf suların səthi, dağ silsilələri, tayqa ilə örtülmüş sıldırım qayalar, təmiz hava... Baykal təbiəti öz əzəməti və calalı ilə heyrətləndirir, lakin bununla yanaşı, onun sahillərini ziyarət edən hər kəsi ucaldır və ehya qılır.
Ən-ən göl
Baykal baba Şərqi Sibirin cənub hissəsində, Buryatiya Respublikası ilə İrkutsk vilayətinin sərhədində yerləşir, ona quşbaxışı məsafəsindən baxdıqda isə, onun ümumi şəklinin ayı xatırlatdığını görmək olar. O, dünyada ən dərin göldür (maksimal dərinliyi - 1637 m). Və ən qədim. Baykal sahillərində 3 qoruq, 2 milli park və 5 yasaqlıq yerləşir, onlar gölün ətrafında "qoruq həmaili" əmələ gətirir. 1996-cı ildə Baykal UNESCO-nun Ümumdünya təbii miraslar siyahısına daxil edilmişdir.
Bu misilsiz şirin su mənbəyi dünya ehtiyatlarının 20%-ni, Rusiya ehtiyatlarının isə 90%-ni ehtiva edir. Burada sular o qədər şəffafdır ki, yazda 40 metr dərinlikdə gölün dibində olan daşları aydın görmək olar. Bu cür təmizliyin əsas səbəbi baykal epişurasıdır - 1,5 mm ölçüsündə mikroskopik plankton xərçəngi, o, suyu öz balaca orqanizmindən keçirdir və gölü təmizləyir.
Hərdaim gözəl və qonaqpərvərdir
Baykal ilin hər fəslində bənzərsiz və möcüzəvidir. Bura yayda gəlsəniz, sizləri şam meşələrinin yaşıllığı və dağ zirvələri ilə birləşən zərif firuzəyi rəngdə hədsiz gur dəniz gözləyir. İlin məhz bu fəslində Baykalın görməli yerləri bütün şöhrəti ilə üzə çıxır: onun mənzərələri sizi vəcdə gətirəcək, səyahət isə sizə enerji bəxş edəcək və əfsanəvi gölün bütün gücünü hiss etməyə imkan verəcək.
Qışda siz burada əsl nağıla baş vuracaqsınız: təbiətin bənzərsiz əsərlərini seyr edəcək, yalnız baykal buzlarının kəskin çatırtısı ilə bölünən sükuta qulaq asacaq və dinclik hiss edəcəksiniz. Ümumiyyətlə, Baykal buzları - maraqlı təzahürdür: onlar, şəffaflığı və əcaib heykələbənzər şəkilləri ilə heyrətləndirir, inanılmaz dərəcədə ifadəlidir və ilhamlandırmaqla yanaşı, həmçinin elmi tədqiqatların obyektidir. Alimlər hələ də burada yaranan 5-6 metr hündürlüyündə, konus şəklində buz təpələrinin təbiətini anlamağa çalışırlar.
Bənzərsiz təbii laboratoriya
Baykal və onun sahilyanı əraziləri təkrarolunmaz flora və fauna ilə fərqlənir: suda və quruda 3500-dən artıq heyvan və bitki növləri yaşayır, və onların sayı daim artmaqdadır.
Baykal dağları öz tozağacı, sidr, qara şam, küknar, şam və ağ şam ağacları ilə məşhur sıx iynəyarpaq meşələrlə örtülüb. Düzənliklərdə qarağat kolları, balzam qovağı, dauriya rododendronu və balaca qızılağaclar bitir. Rododendronlar yerli floranın bəzəyi hesab edilir: çoxlu sayda çəhrayi güllər gölün sahillərində çiçək bağları təəssüratını yaradır.
Baykalda çoxlu sayda müalicəvi bitkilərə rast gəlmək olar: bunlar çəhrayi rodiola, ayıqulağı, biyan, bergeniya, birtərəfli ortiliya, cirə, mərcangilə, çobanyastığı, ayıdöşəyi, vel bitkiləridir. Qumluq sahələrdə və daşlıq yamaclarda burada kəklikotu bitir, bu bitki öz iltihabəleyhinə və antiseptik xüsusiyyətlərinə görə dəyərləndirilir.
Baykalda kimlər yaşayır?
Burada 1500-dən artıq növdə heyvan və 236 növ quş yaşayır. Göl öz endemikləri ilə məşhurdur, onlar Qırmızı kitaba daxil edilib və Baykal biosfer qoruğunun əsas dəyərini təşkil edir.
Parlaq nümayəndələrdən omul balığını qeyd etmək olar - ən çoxsaylı ovluq balıq (onu həm də Baykal çörəyi adlandırırlar) - və, diri sürfələr dünyaya gətirməyi ilə məşhur komeforus balığını. Ümumilikdə Baykalda təxminən 50 növ balıq qeyd olunur.
Ən maraqlı göl sakinlərindən biri baykal nerpasıdır. O, reliktdir və gölün rəmzidir, dünyada yeganə suiti növüdür ki, şirin suda yaşayır. Bu heyvanın Baykala necə düşdüyü alimlər üçün hələ də sirr olaraq qalır. Bu sevimli məxluqların bir təəccüblü xüsusiyyəti var - onlar hamiləliyi dayandıra bilirlər. Baykal nerpası mehriban olmağı ilə yanaşı, həmçinin ağıllıdır: təhlükənin ilk amillərində o, su altına qaçır, ağnaqda boş yerlər olmadıqda isə, qəsdən kürəkləri ilə su səthinə vurur ki, soydaşlarını qorxutsun və özünə yer tapsın.
Baykal - bənzəri olmayan təbii miknətdir, amma onun eko-sistemi birbaşa olaraq insan fəaliyyətindən asılıdır və insanın onu müdafiə etməyinə ehtiyac duyur. Siberian Wellness Şirkəti 2012-ci ildən ölkənin əsas şirin su obyektinin qorunması üzrə xeyriyyə fəaliyyəti aparır. Biz inanırıq ki, təbiətin bu möcüzəsini qoruya və onun ehtiyatlarını növbəti nəsillər üçün saxlaya bilərik.