personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
25
dekabr

Sibir ənamları: gicitkən

Uşaqlıqdan bəri sevmədiyimiz yaman bir alaq otunun insanları nəinki zədələməsi, həm də sağaltması haqqında fəsil...

Sibirin bütün bitkilərindən məhz gicitkən belə xoşagəlməz ad-sana sahibdir - hasar altında bitir, çox pis dalayır və onunla görüş heç bir zaman sevindirmir. Amma buna baxmayaraq, gicitkən nadir istedadlara və möcüzəvi müalicəvi xüsusiyyətlərə malikdir! Onlar haqqında təfərrüatı ilə danışaq.

Haralarda bitir və niyə belə yandırır

Gicitkən bütün Sibir və Uzaq Şərq ərazilərində bitir, Avropada, Asiyada, Çində geniş yayılıb. Bitki azotlu maddələrlə zəngin, nəm və münbit torpaqlarda bitir. Ona rütubətli meşələrdə, kölgəli yerlərdə, yarğanlarda, nohurların sahillərində və yol qıraqlarında, meşələrin kənarlarında, yaşayış yerləri və dəmir yolları yaxınlıqlarında rast gəlmək olar.

Gicitkən yarpaqları, histamin, xolin və qarışqa turşusu ilə dolu olan nazik xırda tüklərlə - mikro-iynələrlə örtülüb. Bu maddələrin hər biri yanma və qaşınma kimi allergik reaksiyalar yaradır. İnsan və ya heyvana toxunduqda, iynəciklərin tərkibi dəri altına yeridilir - buna görə də qıcıqlanma yaranır. Alimlər hesab edir ki, bu xüsusiyyət bitkini otyeyən heyvanlardan müdafiə edir.

Sadəcə alaq otu deyil

Bitkinin ikili təbiəti onun adında da əks olunub: latın dilindən Urtica "yandıran" kimi tərcümə olunur, qədim rus dilindən isə "koprina" - "ipək" kimi.

Qədim zamanlarda gicitkən liflərindən paltar tikir, xalça toxuyur, buraz və balıqçılıq torları hörürdülər. Avropada o çox dəyərləndirilirdi - deyirlər ki, hətta Napoleonun əsgərləri belə ondan hazırlanmış formanı geyinirdi. Pambıqdan fərqli olaraq, gicitkən daha yumşaqdır və istehsalda ekoloji cəhətdən daha təmizdir - onu asanlıqla hətta çirklənmiş torpaqlarda, gübrə və kimyəvi maddələrin köməyi olmadan yetişdirmək olar. Amma hələ məlum deyil, ondan bütün müasir standartlara uyğun olan parçalar hazırlamaq olarmı.

Qədim Rusiyada gicitkən sağlam qidalanmanın bir parçası idi - ondan salatlar, şi şorbası, souslar, pirojkilər üçün iç hazırlayır və çay dəmləyirdilər. Əsrlər boyu gicitkən insanlara öz qansaxlayan və sidikqovucu xüsusiyyətləri ilə tanınır. Təzə gicitkənin köməyi ilə həmçinin artrit və revmatizmi də müalicə edir, onu şəkərli diabet, nevroz, ürək xəstəlikləri zamanı istifadə edirdilər. Yunanlar gicitkən toxumlarını kişi qüvvəsini artırmaq üçün qəbul edirdilər.

Müasir tibb gicitkənin müalicəvi dəyərini qəbul edir, bugün onu müxtəlif xəstəliklər zamanı və profilaktika məqsədilə tətbiq edir, dermatologiya, kosmetologiya, baytarlıq, kulinariyada istifadə edirlər.

Gicitkən növləri

Ümumilikdə gicitkənin 50-yə yaxın növü mövcuddur, onlardan təxminən 10 növü Rusiya ərazisində yayılıb. Biz üç ən çox yayılan növü haqqında danışacayıq.

İkievli. Sibir və Avropa vüsətlərində rast gəlinir. Bu gicitkən növünün fərdləri cinsinə görə bölünür: kişi cinsinə aid fərdlərdə yalnız erkəkcikli çiçəklər mövcuddur, qadın cinsinə aid fərdlərdə isə - yalnız dişicikli. O, öz ağrıkəsici, bakteriyalar əleyhinə və qansaxlayan xüsusiyyətləri ilə tanınır.

Yandırıcı. Bitkinin Rusiya ərazisində ən çox rast gəlinən növlərindəndir. Bu növ təhlükəli iynəciklərin bir tək yarpaqların üzərində deyil, həm də saplağında da yerləşməsi ilə fərqlənir.

Çətənəkimi və ya Sibir gicitkəni. Qərbi və Şərqi Sibirdə rast gəlinir. Hər yerdə bitir və iri əlvan-bölünən dişli yarpaqları ilə fərqlənir. Dəriyə toxunduqda bu sibir sakini yandırır, amma suluq saxlamır, ondan hazırlanmış həlim isə qanı qatılaşdırır.

Bu yandırıcı gözəlçənin tərkibində nələr var

Gicitkən – tərkibində qanın laxtalanma qabiliyyətini yaxşılaşdıran vitamin K miqdarı üzrə rekordçudur (100 qr gicitkənin tərkibində - təxminən 500 mkq, günlük norma 120 mkq olduğu halda).
Gicitkən tərkibində vitamin C miqdarı limondan 2 dəfə artıqdır.
Gicitkən yarpaqlarının tərkibində xlorofil mövcuddur, o maddələr mübadiləsini, bağırsaq, damarlar, ürək fəaliyyətini yaxşılaşdırır və güclü stimullaşdırıcı və canlandırıcı xüsusiyyətlərə malikdir.
Gicitkən tərkibində bol miqdarda dəyərli zülallar mövcuddur, bunun sayəsində o, yüksək bəsləyici məhsul hesab edilir.
Həmçinin bu bitkinin tərkibində vitamin A, B qrupu vitaminləri, mineral maddələr (manqan, kalsium, fosfor, kalium və maqnezium), yüksək zənginlikdə aşılayıcı maddələr, flavonoidlər və dəyərli amin turşuları mövcuddur, və bu, öz növbəsində, gicitkənin güclü oksidləşmə və mikrob əleyhinə xüsusiyyətlərini izah edir.

Orqanizm üçün çox böyük fayda

Öz poli-vitaminli tərkibi sayəsində gicitkən orqanizmimizə faydalı təsir göstərir. Aşağıda sadalanlar onun müalicəvi xüsusiyyətlərinin cəmi bir neçəsidir:

  • immun sistemini gücləndirir
  • maddələr mübadiləsini sürətləndirir və toksinləri çıxardır
  • hormonal balansı tənzimləyir
  • lipidlər mübadiləsini normallaşdırır
  • bağırsaq və uşaqlıq tonusunu artırır
  • sidikqovucu, ödqovucu, bakterisid və qansaxlayan təsir göstərir
  • qanda xolesterin səviyyəsini azaldır
  • gözlərin sağlamlığını dəstəkləyir
  • zədələnmiş toxumaların sağalmasını sürətləndirir
  • ürək və tənəffüs yollarının fəaliyyətini yaxşılaşdırır

Faydalı gicitkən yarpaqları Yabanı otlardan hazırlanmış fito-çay №1 (Təmizlənmə və drenaj) məhsulunun tərkibinə daxildir.

Kolşəkilli daziflora (kuril çayı), səna və yonca ilə bitki yığımı yumşaq şəkildə orqanizmin təmizlənməsinə kömək edir və yüngüllük hissi bəxş edir.
Bu çay tərkibində gicitkən yarpaqları orqanizmə canlandırıcı təsir göstərir və maddələr mübadiləsi nəticəsində yaranan məhsulları və zərərli maddələri çıxartmağa kömək edir.
Sibir detoks-bitkilərindən ibarət içki orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır və bədən çəkisini azaltmağa can atanlar üçün mükəmməl yarayır.

Bəs siz bilirdiniz ki, sadə bir alaq otu bu qədər müalicəvi xüsusiyyətlərə malikdir və gicitkən, onunla tanışlığınızı davam etdirməyinizə və onu öz rasionunuza əlavə etməyinizə, şübhəsiz, dəyər?

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]