personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
11
yanvar

Sibirin ən qeyri-adi şəlalələri

Güclü su axınlarının, böyük hündürlükdən aşağı axaraq, öz gözəlliyi ilə məftun edən yerlərin Sibirdə nə qədər çox olduğu haqqında fəsil...

Sibir - su ehtiyatları ilə zəngin möcüzəli diyardır. Relyefi və iqlimi sayəsində burada çoxlu sayda göllər (Baykal özü nəyə desəniz, dəyər) və sularını dənizlərə və okeanlara axıdan çaylar var. Həmçinin, burada təbiətin ən gözəl əsərlərindən olan şəlalələri görmək olar - qayalara, su səthinə çırpılmağa can atan gur su axınları. Həqiqətən, möhtəşəm mənzərədir - vəhşi təbiətin əhatəsində, bu cür gurultuda, sən, sanki, bütün dünyanı gözləməyə dəvət edərək, su ünsürü ilə üz-üzə qalırsan.

Bugün biz Sibirin beş ən maraqlı şəlaləsi haqqında bəhs etmək istəyirik. Çox güman, onların bəziləri haqqında eşitmisiniz, amma ümid edirik ki, indi siz onları görmək də istəyərsiniz.

Sibirdə ən sirli şəlalə: Talnikovıy şəlaləsi

1975-ci ildə kəşf edilmiş bu şəlalə möcüzəvi bir yerdə yerləşir - Krasnoyarsk diyarının Putorana yaylasında, Putorana qoruğunun sərhədində. 15 pillədən ibarət, o, Trapesiya dağından enir və Dyupkun gölünə axır.

Bu, Sibirin ən sirli şəlalələrindən biridir. Ən azından öna görə ki, onu görmək hər kəsə nəsib olmur: şəlalə yazda, qar əriyəndə, cəmi bir neçə həftəyə su ilə dolur. Yayda o, quruyur və xırda bir közəyə çevrilir, qışda isə onu buz bağlayır. 1990-cı ildə, şəlaləlin tam ölçüləri götürülməyənə qədər, şəlalə bir əsatir sayılırdı. Amma onlar da, sonradan məlum olduğu kimi, səhv idi, çünki cəmi 482 m hündürlük göstərirdilər.

Əslində, şəlalənin hündürlüyü 600-700 metrdir, amma alimlərdə hələ də dəqiq rəqəm yoxdur. Talnikovıy şəlaləsinə çay üzrə və ya vertolyot ilə çatmaq olar, və buraya yağışlı havada gəlsəniz, demək, xüsusilə bəxtiniz gətirdi: deyilənə görə, yağışlı havada bu şəlalə daha da gözəl olur.

İlin bütün fəsillərində gözəldir: Şinok çayında şəlalələr kaskadı

Şinok şəlalələri - Altay diyarı Soloneşen bölgəsində yerləşən mənzərəli vadinin ən möhtəşəm təbii gözəlliyidir. Və, ona çatmaq o qədər də asan olmasa da (ən yaxın yaşayış məntəqəsi 10 km məsafədədir), doqquz gur su axarı hər il bura çoxlu sayda yerli sakinləri və turistləri cəlb edir: yayda onlar buraya gurultulu heyrəti yaşamağa, qışda isə - müxtəlif buzlu qayalara baxmağa, onlardan bəzilərini isə hətta fəth etməyə gəlirlər.

Doqquzundan ən məşhurları ilk üçüdür. İlk öncə turistlərin qarşısına Skatı şəlaləsi çıxır, yerli əhali onu Nəvazişli ilğım adlandırır, çünki o səssizdir və qəfildən insanın qarşısına çıxır. Rəsmi olaraq, o, suaşarlarına aiddir, çünki axan suyun mailliyi burada cəmi 30 dərəcə təşkil edir, şəlalə hesab edilmək üçün isə maillik ən az 45 dərəcə olmalıdır. Amma bu rəqəmlər heç də onun gözəlliyini əksiltmir.

Növbəti şəlalə - 25 m hündürlükdə olan Rassıpnoy şəlaləsi: önun məxsusiliyi ondadır ki, o, öncə çıxıntının üstünə düşür, sonra isə minlərlə inci damcılarına səpələnir, bu səbəbdən onu bəzən Böyük Sıçrama da adlandırırlar. Üçüncü şəlalə - Sedoy - Altayda ən hündür şəlalə hesab edilir: o, 72 m hündürlükdən düşür və gurultu ilə dərəyə axır. Qışda onun donmuş şırnaqları qoca babanın ağarmış saqqalını xatırladır - ola bilsin, onun rəsmi adı da məhz buradan əmələ gəlib (Sedoy - saçı ağarmış). Maraqlıdır ki, bu şəlalələrin suyu içməyə yararlıdır, çünki kimyəvi tərkibinə görə mineral qaynaqların sularına bənzəyir.

Putorana yaylasının qapıları: Krasnıye kamni (Qırmızı daşlar) şəlaləsi

Şəlalə, Norilskin Talnax rayonu yaxınlığında, Xarayelax dağlar massivində, qırmızı-qonur rəngdə dağların dərəsində yerləşir. Su axını 600 m hündürlükdə dağlardan iki çılğın kaskad ilə olduqca təmiz 9 m dərinliyi olan gölə düşür. Putorana yaylasının digər şəlalələri ilə müqayisədə, o, çox da böyük deyil, amma görkəmindən göz çəkmək qeyri-mümkündür. Deyirlər ki, Krasniye kamni (Qırmızı daşlar) - Putorana yaylasını miniatürdə görmək imkanıdır. Bir çox turist buraya misilsiz mənzərəyə baxmaq ilə yanaşı, həm də qayalara dırmaşmaq üçün gəlir.

Gözəlliyi ilə heyrətə gətirən: Malıy (Kiçik) Jombolok şəlaləsi

Buryatiya xalqları üçün müqəddəs sayılan Kiçik Jombolok şəlaləsi 22 m hündürlükdən, diametri 40 m olan dairəvi uçuruma düşür. Bu xırda gölün ətrafında çoxəsirlik küknar ağacları bitir, onlar bu məkana nağıla bənzər gözəllik bəxş edir. Fərz olunur ki, əvvəllər burada düzənlik yerləşirdi, amma seysmik fəallıq nəticəsində uçurum əmələ gəldi, və Sibirdə daha bir bənzərsiz məkan yarandı.

Şəlalə hər il turistləri cəlb edir. Yazda, suların gür vaxtında o, çox güclü olur, qışda isə onun şırnaqları donur, amma qayma şəklində deyil, onlar stalaqmit və stalaktitlərə bölünür - bu cür mənzərəyə tez-tez rast gəlmək olmur. Vəhşi gözəlliyi ilə yanaşı, şəlalə ətrafında mədəniyyət izləri də var - müşahidə meydançaları və pilləkənlər. Axının birbaşa altında cığır qurulub, bu səbəbdən ən çox maraq göstərənlər hətta gümrahlaşdırıcı duş da qəbul edə bilər.

Altay diyarında ən mənzərəli: Korbu şəlaləsi

Naqus şəklində olan bu qeyri-adi şəlalə xüsusi bir yerdə yerləşir - Altay qoruğunun ərazisində, Korbu sıra dağlarının yaxınlığında, Teletskoye gölünə düşən eyniadlı çayda. Digər şəlalələrdən Korbunu fərqləndirən odur ki, o, bucaq altında axır: 12,5 metr hündürlükdən düşən su axını gurultu ilə daşlara çırpılır və özünəməxsus, gün işığında bütün rənglərlə bərq vuran damcı yelpiyi yaradır, damcılar hətta müşahidə meydançasında duran turistlərə də çatır. Meydançaya göl qırağından taxta eko-cığır qurulub, bu cığır əksəriyyəti Qırmızı kitaba salınan nadir bitki növlərini qorumağa kömək edir.

Sibir fəzalarında həqiqətən möhtəşəm məkanlara rast gəlmək olar, razısınız? Sibir təbiətinin əzəməti və qüdrəti, həmçinin su ünsüründə də öz gözəl əksini taparaq, müxtəlif şəkillərdə özünü büruzə verir. Bəs siz bilirdiniz ki, Sibirdə bu qədər valehedici şəlalələr var?

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]