personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
8
fevral

Sibir ənamları: zimolyubka (chimaphila)

Çəhrayı çiçəklli və böyük potensiala malik incə bir bitkinin ən müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında necə kömək etdiyi haqqında fəsil...

Qış meşəsində gəzinti zamanı siz təsadüfən qarın altından görünən parlaq-yaşıl yarpaqlara rastlasanız, ola bilsin ki, bu, zimolyubka bitkisidir. Həmişəyaşıl gözəlçə bizi ilin soyuq fəsillərində necə sevindirəcəyini bilir. Onun daha hansı yaxşı xüsusiyyətləri var?

Çətirkimi zimolyubka – erikakimilər fəsiləsinə aid alçaq boylu, çoxillik yabanı bitkidir, o, əsasən Şimal yarımkürəsinin meşəlik zonalarında bitir. Rusiya ərazisində qışın sahibəsinə Sibirdə və Uzaq Şərqdə rast gəlmək olar, Komi Respublikasının ərazisində isə o, Qırmızı kitaba daxil edilib.

Zimolyubka, ona hətta aşağı temperaturlarda yerin üstündə qalmağa kömək edən, 15 santimetrə qədər hündürlükdə budaqlanmış gövdəyə və möhkəm sürünən köklərə sahibdir. Çəhrayı zəngəbənzər çiçəklər 8-12 ədədli hamaşıq-çətirlərə toplanıb və şirin mentollu ətir saçır.

Tarixən xüsusi diqqət altında

Zimolyubkanın müalicəvi xüsusiyyətlərinə ilk olaraq Şimali Amerikanın hinduları nəzər saldılar - onlar bu bitkiyə xüsusi hörmət ilə yanaşırdı: yarpaqlarının köməyi ilə qanaxmaları dayandırır, çiçəklərindən bel ağrıları zamanı istifadə edir, həlimi ilə gözlərin iltihabi xəstəliklərini müalicə edirdilər. Hinduların dilindən tərcümədə zimolyubkanın adı "kiçik parçalara xırdalanan" kimi tərcümə olunur, bu da bitkinin böyrəklərdəki daşları parçalamağa və çıxarmağa qadir olduğunu vurğulayır.

Alimlərin fikirlərinə görə, ilk avropalı köçkünlər zimolyubkadan istifadə etməyi hindulardan öyrənmişdilər və bu bitkidən böyrək xəstəlikləri və revmatizm zamanı fəal şəkildə istifadə edir, otun cövhəri ilə brilliant yaşılını və yodu əvəz edirdilər. ABŞ-da vətəndaş müharibəsi zamanı bu bitkidən hazırlanmış həlimlə qarın yatalağı xəstələri olan əsgərləri müalicə edirdilər. Bugün zimolyubka ABŞ və Almaniyanın rəsmi müalicəvi bitkiləri siyahısına canlandırıcı və revmatizm əleyhinə vasitə kimi daxil edilib.

Sibir xalq təbabətində zimolyubka qədim zamanlardan ağrılı uşaqlıq qanaxmaları, şişkinliklər, daxili orqanların ptozu (aşağı düşməsi), şəkərli diabet, mədə və qaraciyər xəstəlikləri zamanı geniş istifadə edilirdi.

Xəzinə dolu bir ot

Bu həmişəyaşıl yarımkol - antioksidantların və faydalı mikroelementlərin qatılığı üzrə liderdir. Zimolyubka vitaminlərlə zəngindir və flavonoidlər, qlikozidlər, qatranlar, aşı maddələri, efir yağları, orqanik turşular və metil efirlərini ehtiva edir.

Zəngin kimyəvi tərkibi sayəsində zimolyubka müxtəlif faydalı xüsusiyyətlərə malikdir:

İltihab əleyhinə təsir: səmərəli şəkildə orqanizmdə olan iltihabı aradan qaldırır, ağrı hissini azaldır, yaraların sağalmasına kömək edir.

Sidikqovucu təsir: orqanizmdən artıq mayeni çıxarır və şişkinliklərin yaranmasının qarşısını alır.

İmmunomodulyator xüsusiyyəti: immun hüceyrələrinin fəaliyyətini stimullaşdırır, orqanizmin müdafiə funksiyalarını və infeksiyalara qarşı mübarizə qabiliyyətini gücləndirir.

Antioksidant fəallıq: azad radikalları neytrallaşdırmağa və hüceyrələrdə oksidləşmə stressinin qarşısını almağa kömək edir, yaşlanma proseslərini ləngidir.

Hepatoprotektor təsir və həzmin yaxşılaşdırılması: unikal acılığın sayəsində zimolyubka qaraciyər hüceyrələrini müdafiə edir və onu təmizləyir, bağırsaq peristaltikasını yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır, çəkini azaltmağa kömək edir.

Müasir tibb bu bitkinin qadın sağlamlığı üçün xüsusi faydasını qeyd edir, bu səbəbdən də ondan ginekologiyada geniş istifadə edirlər. O, hormonlar səviyyəsini və daxili sekresiya vəzilərinin fəaliyyətini stabilləşdirməyə, cinsi orqanlara müsbət təsir göstərməyə, patologiyaların qarşısını almağa qadirdir.

Bu xüsusiyyətləri sayəsində zimolyubka, Essential Botanics seriyasından qadın sağlamlığının kompleks şəkildə dəstəyi üçün yaradılan "Ortiliya və zimolyubka" kompleksinin tərkibinə daxildir.

Necə işləyir?

  • Kiçik çanaq orqanlarında iltihab proseslərinin yaranması təhlükəsini olduqca azaldır.
  • Mikroblar əleyhinə təsir göstərir.
  • Yerli immuniteti artırır.
  • Reproduktriv sistemin fəaliyyətini normallaşdırır.
  • Klimaks öncəsi və klimakterik dövrlərdə iltihabların yaranması təhlükəsini azaldır.

"Ortiliya və zimolyubka" – qadın sağlamlığının yumşaq müdafiəsi və iltihabların profilaktikası məsələlərinin hazır həlli.

Siz zimolyubka və onun möcüzəvi xüsusiyyətləri haqqında bilirdinizmi?

Elanlar
Qeydlərin arxivi 2023
Qeydlərin arxivi 2022

[}item{]