Sibir – böyük sayda dəyərli bitkilərin mühafizidir. Bugün onlardan ən sayılıb-seçilən biri haqqında danışmaq istəyirik - botanikada kolşəkilli dazifora və ya kolşəkilli qaytarma adlanan kuril çay haqqında.
İlk öncə adlara baxaq: bitkinin elmi adları onun 3-5 hissədən ibarət və toyuq pəncəsini xatırladan yarpaqlarının forması ilə bağlıdır. Kuril çayı adı ona görə verilib ki, Uraldan Kuril adalarına qədər olan ərazilərdə yaşayan xalqlar bu bitkinin yarpaqlarından və çiçəklərindən müalicəvi canlandırıcı içki hazırlamaq üçün istifadə edirdilər.
Necə görünür və haralarda bitir
Kuril çayının bitmə ərazisi Sibir və Uzaq Şərqdən Orta Asiyanın dağlıq bölgələrinə qədər uzanır. Onun böyük kollarına Çində, Monqolustanda və Yaponiyada rast gəlmək olar.
Kuril çayını tanımaq asandır: bu 50-150 sm hündürlükdə, gur yumru çətirə, 3 sm qədər diametrdə əsrarəngiz sarı çiçəklərə malik çoxşaxəli koldur. Lakin, vəhşi təbiətdə onu görmək o qədər də asan deyil - bu bitkini dağlıq ərazi, qayalıqlar və daşlı yamaclar cəlb edir, o, çay qıraqlarında, dağlıq meşələrin xırda ağaclıqlarında bitir.
Bugün kuril çayından müxtəlif məqsədlərlə istifadə edirlər: onu bağlarda dekorativ bitki kimi əkirlər, ondan canlı hasarlar və kosmetika düzəldirlər, lakin, pərəstişkarlarının əsas hissəsini o, öz faydalı xüsusiyyətləri ilə fəth etdi, bu səbəbdən, adətən onu içirlər.
Əfsanəvi möcüzəvi bitki
Çox nadir bitki haqqında əfsanələr danışırlar, amma qaytarma bu diqqətə layiq oldu. Hələ qədim dastanlarda deyilirdi ki, pəhləvan Muromlu İlya Solovey (bül-bül) Quldur ilə döyüşdən öncə, qaytarma bitkisinin sarı çiçəkləri ilə örtülmüş çəmənlikdə, onun köklərinin ətri ilə nəfəs alaraq, güc toplayırdı!
Məlumdur ki, ilk öncə bu bitkinin faydalı xüsusiyyətlərini Tibet rahibləri kəşf etmişdir, onlar bu otu bir çox xəstəliklərin dərmanı sayırdı. Onlar qaytarma bitkisinin köklərini MBY pozuntuları, aşağı bədən üzvlərinin şişkinliyi, qadın xəstəlikləri və tənəffüs sisteminin xəstəlikləri zamanı istifadə edirdilər. Monqolustanda bitkinin yarpaqlarını və çiçəklərini əsəbi-psixi pozuntular zamanı istifadə edirdilər. Kamçatka sakinləri yarpaqlardan hazırlanan cövhəri qarın nahiyəsində kəskin ağrılar zamanı, Saxalində isə bu bitkinin cövhərini və həlimini vərəm müalicəsi üçün istifadə edirdilər.
Müasir tibb əsrlərlə toplanan xalq təcrübəsini təsdiqləmklə yanaşı, kuril çayının müalicəvi dəyərləri haqqında təsəvvürləri genişləndirməyə davam edir.
"Hər şeyə qadir" bitkinin faydalı xüsusiyyətləri
Kuril çayının bioloji fəallığı onun tərkibində mövcud olan kimyəvi birləşmələrin müxtəlifliyi ilə bağlıdır. Fenolkarbon tuşularının, aşılayıcı maddələrin və flavonoidlərin (kversetin, kempferola) böyük miqdarı bitkiyə orqanizmimizə geniş terapevtik təsir göstərməyə imkan verir. El arası qaytarmanı onun müalicəvi xüsusiyyətlərinə görə "hər şeyə qadir" adlandırırdılar.
Alimlərin də təsdiq etdiyi kimi, kuril çayının əsas xüsusiyyətlərindən biri mikrob əleyhinə xüsusiyyətdir. Səmərəli şəkildə bakteriyalara və viruslara qarşı çıxmağa bitkiyə flavonoidlər, efir yağları, aşılayıcı maddələr, alkoloidlər, qatranlar kimi bioloji birləşmələr kömək edir.
Kuril çayı əsaslı vasitələr bağırsaq infeksiyalarının törədicilərinə güclü bakterisid təsir göstərir, disbakterioz və qida zəhərlənmələri zamanı kömək edir, mədə qıcqırması və meteriozm (köp) əlamətlərini aradan qaldırır, bağırsaq mikroflorasını bərpa edir.
Kuril çayı iltihabi ginekoloji xəstəliklər zamanı geniş istifadə olunur, onun tərkibində olan maddələr eroziyaların, kandidozun, miomaların uğurlu müalicəsinə kömək edir.
Həmçinin, qaytarma öz sidikqovucu və ödqovucu xüsusiyyətləri ilə tanınır. Bitkinin tərkibindəki komponentlərin sayəsində bu bitkidən hazırlanmış həlimlər və cövhərlər sidik-ifrazat sisteminin fəaliyyətini normallaşdırmağa və su-natrium tarazlığını bərpa etməyə kömək edir. Bakterial sistit və uretritlər zamanı bitki ağrı hissini azaldır və sidik axarlarının divarlarında mikrob toplanmasının qarşısını alır.
Kuril çayı güclü immun sistemini korreksiya edici təsir göstərməyə qadirdir. Bitkinin yarpaqlarında və çiçəklərində bol miqdarda vitamin C mövcuddur - təxminən qara qarağatın giləmeyvələrində olduğu qədər. Yoluxucu xəstəliklər zamanı bu bitki əsasında içki təsirli şəkildə orqanizmin immun və müdafiə güclərini bərpa edir.
Kuril çayının sedativ xüsusiyyətləri də xoş təəccüb doğurur, o yumşaq sakitləşdirici təsir göstərir, yuxunu normallaşdırmağa kömək edir, bu səbəbdən onun orqanizmə olan təsirini dərman pişikotunun təsiri ilə müqayisə edirlər. Kuril çayı cövhərini tez-tez əsəb gərginliyi ilə mübarizədə istifadə edirlər.
Kuril çayını harada axtarmaq lazımdır
Kuril çayını özünüz dəmləyə bilərsiniz. Bunun üçün üstündə yarpaq və çiçəklər olan cavan zoğları toplayın, üzərinə qaynar su tökün, və bir müddət sonra fincanınızda dadı ilə qara çayı xatırladan, sarı rəngdə şəffaf içki olacaq.
Bitkinin tədarükünü görə bilməyənlər üçün - hazır məhsuldan istifadə etmək olar: tayqa kuril çayı Baikal Tea Collection kolleksiyasının Yabanı otlardan hazırlanmış fitoçay №1 (Təmizlənmə və drenaj) tərkibinə daxildir.
Səna, kuril çayı, pıtraq, qarağat, murdarça və yonca yarpaqları ilə otlar yığımı orqanizmin yumşaq təbii təmizlənməsinə, artıq mayenin çıxarılmasına və yığılmış toksinlərdən qurtulmağa kömək edir. Bağayarpağı sayəsində içki bağırsaq mikroflorasını yaxşılaşdıraraq, orqanizmin ümumi vəziyyətini normallaşdırır.
Faydalı içki orqanizmi stimullaşdırır və canlandırır, mübadilə proseslərini yaxşılaşdırır, yüngüllük hissi bəxş edir və hətta arıqlamağa kömək edir.
Sizə tanış olan Sibirin kuril çayının bu qədər çox güclü xüsusiyyətlərə malik olduğunu bilirdinizmi? Bilmirdinizsə, ümid edirik ki, bu məqalə sizin üçün maraqlı və faydalı oldu!