personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
9
may

Sibir ənamları: bağayarpağı

Bağayarpağının yaraları sağaltmaqla yanaşı, sağlamlığımıza və gözəlliyimizə töhfəsini verməsi haqqında fəsil...

Bağayarpağı – uşaqlıqdan bəri dostumuz və ən məşhur təbii "yara sarğısıdır". Uşaqlarla həyətdə gəzərkən sıyrıntı və kəsiklərimiz olduqda, biz, ilk növbədə bağayarpağı axtarır, onun yarpağını əzir, üzərinə tüpürür və yaramıza yapışdırırdıq ki, mümkün qədər tez oynamağa davam edə bilək. Amma bu alaq otunun çoxlu digər üstünlükləri də var - onlar haqqında danışacayıq.

Təsvir: əziz səyahətçi

Bağayarpağı Bağayarpağıkimilər fəsiləsinə aiddir və 150-dən çox birillik və çoxillik ot və yarımkol növü var. Bu cür adı o, çox güman, yol qıraqlarında "məskunlaşmaq" bacarığına və insan ayağının izini xatırladan qeyri-adi yarpaq şəklinə görə alıb. Sözün özü latın dilindəki planta (pəncə, ayaqaltı) və ager (torpaq, yer) sözlərindən əmələ gəlib. El arasında bağayarpağına bir çox ad verilib, amma onların hamısı "yolçu", "yoldaş" sözlərini xatırladırdı.

Görünüşcə bağayarpağı çox cazibədardır. Xırda çiçəklər, 45 sm qədər uzunluqda düz bir saplağın üstündə yerləşən sünbüləbənzər hamaşçiçəklərinə toplanılıb, meyvəsi isə - çoxtoxumlu qozadır. Bağayarpağı toxumları insan ayaqqabısına və heyvanların tüklərinə yapışmaq bacarığına malik olduqları üçün, o, hər yerdə bitir - cığırlar boyu, meşələrdə, çəmənliklərdə, nohurların ətrafında, həyətlərdə və Rusiya boyu bütün bağlarda, Uzaq Şimal bölgələri istisna olmaqla.

Tərkibində nələr var

Bağayarpağı formuluna həm sadə elementlər, həm də mürəkkəb birləşmələr daxildir. Bağayarpağı toxumlarında - bol miqdarda yağlı turşular, zülallar və planteoza, yarpaqlarında isə kalium, kalsium, manqan, dəmir, maqnezium, mis və bəzi digər mikroelementlər mövcuddur. Yarpaqları həmçinin iltihabəleyhinə və yarasağaldıcı təsirlərə malik polisaxaridlər, bol miqdarda oksidləşdirici-bərpaedici proseslərdə iştirak edən flavonoidlər ehtiva edir.

Bitkinin müxtəlif hisslərinin tərkibində pektinlər (toxumlarda - 40%-ə, yarpaqlarda - 20%-ə qədər), vitaminlər kompleksi (K və C vitaminləri), karatinoidlər, saponinlər, aşı maddələr, geniş təsir spektrinə malik aukubin qlikozid, orqanik turşular mövcuddur.

Müalicəvi xüsusiyyətləri

Bağayarpağının müalicəvi xüsusiyyətləri hələ qədim zamanlardan məlumdur. Təbiblər bitkinin yarpaqlarını - qanaxmaları dayandırmaq, yanıqları, iltihabları sağaltmaq üçün, şirəsini və bitkidən hazırlanan həlimləri isə ümumi möhkəmləndirici vasitə kimi və müxtəlif xəstəliklərin (hətta vərəmin) müalicəsi üçün istifadə edirdilər.
Misilsiz bio-kimyəvi tərkibi və bütün maddələrin qarşılıqlı təsiri sayəsində bağayarpağı antiseptik, yarasağaldıcı, qandayandırıcı, yumşaldıcı, ilitihabəleyhinə, sedativ, ağrıkəsici, sidikqovucu, canlandırıcı təsir göstərir. Müasir tibb və kosmetologiya bitkinin yarpaqlarından və toxumlarından müalicəvi xammal kimi istifadə edir və bağayarpağını müxtəlif xəstəliklərin müalicəsi üçün vasitələr sırasına daxil edir.

Orqanizmə nə ilə faydalıdır

MBY-nın normal fəaliyyətini dəstəkləyir
Bağayarpağı həzmi tənzimləyir, iştahanı artırır, mədə və bağırsağın hamar əzələlərinin tonusunu azaldır, qastritlər və MBY selikli qişasının digər zədələri zamanı bərpaedici təsir göstərir. Tərkibindəki iridoid qlikozidlər, aukubin, katalpol mədə şirəsinin ifrazını gücləndirir, mədə turşuluğunu artırır.

Yaraları sağaldır
Bitkinin tərkibindəki fitonsidlər bakteriyaları məhv edir, vitamin K isə qanın laxtalanma qabiliyyətini artırır.

Tənəffüs yollarının xəstəlikləri zamanı kömək edir
Selik, fermentlər, fitonsidlər sayəsində bağayarpağı bəlğəmgətirən təsir göstərir: bəlğəmi yumşaldır və çıxarır, tənəffüs yolları epiteliyində yerləşən kipriklərin fəallığını stimullaşdırır.

Xolesterin səviyyəsini azaldır
Saponinlər, flavonoidlər, oksikorik turşular və pektin maddələr hipoxolesterinemik təsir göstərir.

Kosmetik məqsədlərdə təsirlidir
Bağayarpağı zədəli toxumaların bərpasına kömək edir, dərini sakitləşdirir və yumşaldır, məsamələri təmizləyir, toxumaların elastikliyini artırır, üz tonunu bərabərləşdirir:
– bioflavonoidlər güclü antioksidantlar kimi yaşlanma proseslərini ləngidir və dəri örtüklərinin elastikliyini artırır;
– vitaminlər dərinin sərbəst radikalların zərərli təsirdən müdafiə edir, kollagen ifrazını stimullaşdırır, dərini qidalandırır;
– salisil turşusu yağlı və problemli dəriyə xas əlamətləri azaltmağa kömək edir;
– aşı maddələr piy vəzilərinin funksiyalarını normallaşdırır;
– polisaxaridlər dərinin nəm balansını bərpa edir.

Faydalı xüsusiyyətlərin geniş spektri sayəsində bağayarpağı bir çox Siberian Wellness məhsullarının tərkibinə daxildir:

[}item{]