personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
13
iyun

Sibir ənamları: çaytikanı

Çaytikanının hər kəsi təkrarolunmaz dadı ilə sevindirdiyi, bütün xəstəlikləri müalicə etdiyi və cavanlaşdırdığı fəsil...

Çaytikanı necə də gözəldir! Bu gümüşü-yaşıl yarpaqlı, qızılı giləmeyvələr ilə örtülmüş budaqlara baxdıqda, bu gözəl bitkiyə daha da valeh olursan. El arasında bu bitkini həmçinin "sibir ananası" da adlandırırlar - turşa-şirin, bir qədər acılı dadına, meyvəli ətrinə görə.

Sibirlilər çaytikanını sevir: ondan dadlı mürəbbə və marmelad hazırlayır, kisellər və kompotlar bişirirlər. Və bir tək bu kolun Sibirdə geniş yayıldığına görə deyil: sadəcə onlar bilirlər ki, bu giləmeyvələr özlərində sağlamlıq və cavanlıq sirrlərini gizləyir, və hər biri bütöv bir vitamin və minerallar kompleksidir. Məhz zəngin "daxili aləminə" görə çaytikanıdan tibbdə və kosmetologiyada geniş istifadə edir, onu qida əlavələrinin, qəndabların, drajelərin, ballı və diş məcunlarının tərkibinə daxil edirlər.

Çaytikanı uzaq tutar hər qadanı

Bu bitkinin müalicəvi xüsusiyyətlərini hələ tibet loğmanları kəşf etmişdi, onlar müxtəlif xəstəliklərin müalicəsi üçün bitkinin bütün hissələrindən istifadə edirdilər - köklərindən tumurcuq və çiçəklərinə qədər. Bugün diqqət mərkəzində - giləmeyvələrdir. Hər bir giləmeyvənin tərkibində təxminən 200 müxtəlif fito-kimyəvi maddə var: həm tam omeqa-turşular dəsti (PDYT-lar omeqa-3, -6, -9 və hətta -7), həm müxtəlif xəstəliklərin profilaktikası və müalicəsi üçün lazım olan 10 vitamin, həm kalium, maqnezium, dəmir, kalsium, fosfor daxil olmaqla 24 ən vacib mikroelement, həm orqanizmin bir çox bio-kimyəvi proseslərində iştirak edən və antioksidant təsir göstərən dəyərli flavonoidlər.

Bir çoxları çaytikanını ilk növbədə soyuqdəymə və qrip əleyhinə vasitə kimi tanıyır, lakin onun istedadlarının siyahısı olduqca böyükdür:

- iltihablar və bakteriyalar əleyhinə xüsusiyyətlərə malikdir
- müxtəlif xoraların, yaraların və yanıqların sağalmasını stimullaşdırır, oynaqlar üçün faydalıdır;
bürüyücü təsir göstərir, bu səbəbdən də mədə-bağırsaq yollarının xəstəlikləri zamanı kömək edir (lakin mədə turşuluğunun səviyyəsi yüksək olduqda, giləmeyvədən az istifadə etmək lazımdır);
- ürək-damar sisteminin sağlamlığını yaxşılaşdırır, həmçinin xolesterin səviyyəsini və arterial təzyiqi aşağı salır;
- olduqca böyük miqdarda vitamin C sayəsində immun sisteminin fəaliyyətini aktivləşdirir, faydalı yağlar və karotinoidlər sayəsində isə etibarlı şəkildə qaraciyər hüceyrələrini müdafiə edir;
- tərkibində bol miqdarda serotonin - sevinc hormonu var, bu da orqanizmin müxtəlif funksiyalarına və bizim psixoloji vəziyyətimizə müsbət təsir göstərir.

Çaytikanını sevmək və onu öz qida rasionuna əlavə etmək üçün kifayət qədər səbəb var, və biz hələ deməmişik ki, gözəllik məsələlərində də çaytikanına çatan olmaz.

Cavanlıq və uzunömürlülük qapılarının qızıl açarı

Çaytikanı yağı - qırışlara qarşı durmağa qərar verənlər üçün əsl tapıntıdır. Dəri elastikliyini dəstəkləmək və yaşlanma əlamətlərinin yaranmasına yol verməmək üçün, biz çaytikanı yağının bu qədər zəngin olduğu zəruri antioksidantlar və vitaminlər ilə dərini müntəzəm şəkildə qidalandırmalıyıq. Yağı çaytikanı giləmeyvələrindən hasil edirlər (onları çəyirdəklər ilə birlikdə emal edirlər), ən yaxşısı isə soyuq sıxılma üsulu ilə əldə edilən yağ hesab edilir.

Təbii cavanlıq eliksiri necə təsir göstərir:

1. Yağın tərkibində polifenollar mövcuddur, onlar dövriyyə edən kök hüceyrələrin sayını artırır, bunun sayəsində də toxumaların bərpası prosesləri daha intensiv və iltihabsız keçir.
2. Çaytikanı yağı bioloji cəhətdən əlverişli beta-karotinin ən zəngin mənbələrindən biridir: bu antioksidant dərini daxildən qidalandıraraq, onun hüceyrələrini erkən yaşlanmadan qoruyur.
3. B qrup vitaminlər mübadilə proseslərini normallaşdırır, böyük miqdarda vitamin C isə kollagen generasiyasını stimullaşdırır, buna görə də dəri daha elastik və sağlam olur.

Sibirdə ərsəyə gəlmiş bir şirkət kimi, Siberian Wellness doğma diyarının möcüzəvi giləmeyvəsinə və onun xüsusiyyətlərinə rəğbət ilə yanaşır, bu səbəbdən çaytikanı eyni zamanda bir neçə gözəllik və sağlamlıq üçün məhsulun tərkibinə daxildir:

"Təbii beta-karotin və çaytikanı" (çaytikanı yağının konsentratı);
Omeqa-turşular ilə üz kremi (çaytikanı yağı);
Çaytikanı və darçın ilə çeynəməli marmelad (təbii çaytikanı şirəsi);
BeautySenseBEAUTY Box (çaytikanı yağı).

[}item{]