personal
Узнай настоящую Сибирь в нашем блоге!
Отправляйся в захватывающее путешествие по бескрайним просторам Алтая, Байкала и Якутии. Познакомься с уникальной природой и погрузись в историю суровой таинственной Сибири!
27
iyun

Sibirin açılmamış sirrləri

Sibirin özündə alimlərin hələ açıqlamalı olduqları neçə-neçə sirrlər saxladığı haqqında fəsil...

Planetimizdə bir çox məkan var ki, onların sirrləri elmi cəmiyyəti heyrətə gətirir. Sibir arxeoloqlar üçün bir xəzinə oldu - onun ərasizində millətlər biri-birinə qarışırdı, qədim mədəniyyətlər əmələ gəlir və itirdi, sərt iqlim isə öz mənşəsi ilə alimləri çətin vəziyyətə salan qədim artefaktların saxlanması üçün sanki özü şərait yaradırdı. Bu sirrlərin bir neçəsi haqqında danışaq.

Sarqatlar necə oldu

Qədim sarqatlar 1000 ildən çox əvvəl (eramızdan əvvəl VI əsr - bizim eranın V əsri) Zauralye və Qərbi Sibir meşə-bozqır zonasının nəhəng ərazilərində yaşayırdılar. Onlar misilsiz mədəniyyətə malik idilər, bu mədəniyyətdən geriyə yalnız tökülərək düzəldilən piramidalar-kurqanlar qaldı. Bizim onları bugün gördüyümüz 8 metrlik halı - keçmiş əzəmətin qalıqlarıdır. Sarqatlar nəhəng ölçülü qurğular tikirdilər: misir sərdabələri kimi onların da bir çox giriş-çıxışları və dəfn kameraları var idi, onlara qızıl və gümüşdən ziynət əşyaları, gil və metallardan gözəl əşyalar, silah, müxəlləfat qoyulurdu. Deyilənə görə, I Pyotrın məşhur kolleksiyasına sarqat piramidalarından qızıl da daxil idi.

Bu mədəniyyət öz adını 1927-ci ildə Omsk yaxınlığında yerləşən Sarqatka kəndində tapılan kurqanlar sayəsində aldı. Tarixçilər razıdır ki, Sarqat birləşməsi dəmir dövründə Qərbi Sibirdə ən böyük birləşmə idi, bu xalq böyük hərbi qüvvəyə malik və inkişafın yüksək səviyyəsində idi. Lakin sarqatların hara yox olduqları haqqında vahid bir fikir yoxdur. Fərziyyələrin birinə görə, onların dövləti hunların zərbələri altında çökdü, sakinləri isə Xalqların böyük köçündə iştirak etməli oldu. Digər fərziyyəyə görə, sarqatların bir hissəsindən yeni xalqlar əmələ gəldi - xantılar, mansilər, ikinci hissəsi isə sibir tatarlarının soybaşı oldu.

Sirrli Salbık piramidası

Bu Xakasiyanın ən müqəddəs məkanlarından biri və Taqar mədəniyyətinin misilsiz abidəsidir. Böyük Salbık kurqanı skif əyanlarının dəfn edildiyi Ölü krallar vadisində yerləşir. Kurqan eramızdan əvvəl III əsrdə qurulmuşdu, o zaman piramidanın hündürlüyü 30 m təşkil edirdi.

Kurqan mürəkkəb bir qurğu idi. Bugün ondan yalnız təməli - hər bir tərəfi 70 m olan kvadrat üzrə torpağa basdırılmış daş plitələrdən hasar qalıb. Çəkisi 60 ton olan şaquli qaymalar buraya, Yenisey sahillərindən yüz kilometr uzaqlığa çatdırılmışdı, lakin bu necə olub - bu suala alimlərin cavabı yoxdur.

Qazıntılar zamanı arxeoloqlar bir hökmdar nəşinin qalıqlarını tapdılar, alimlərin fikrinə görə, bu hökmdar qəbilə başçısı və ya kahin ola bilərdi. Yerli sakinlər inanır ki, başçının ruhu hələ də burada yaşayır.

Ola bilməz: ən qədim insan düşərgələri

Komidə yerləşən Mamontovaya Kurya düşərgəsinin, alimlərin qeydlərinə görə, 40 000 yaşı var. Qazıntılar zamanı burada yüzdən çox heyvan sümüyü tapılmışdı - maralların, atların, canavarların sümükləri. Daha şimalda Yana düşərgəsi tapılmışdı, onun 32 500 yaşı var. Maraqlıdır ki, bu düşərgələrin varlığının özü rəsmi elmin məlumatlarına ziddir, axı bu məlumatlara əsasən hələ 15 000 il bundan əvvəl bu torpaqlarda insan yaşaya bilməzdi.

Pazırık tibbinin inkişaf etmiş səviyyəsi

Dağlıq Altayda Pazırık mədəniyyətini 1865-ci ildə arxeoloq Vasili Radlov kəşf etmişdi. Onu Böyük Ulaqan çay vadisinin Pazırık təbii mərzində yerləşən abidənin şərəfinə adlandırdılar, burada 1929-cu ildə pazırık əyanlarının qəbrləri tapılmışdı.

Arxeoloji tapıntılar onu göstərir ki, pazırıklılar mürəkkəb cərrahiyə əməliyyatları etməyi bacarırdılar, və hətta, müasir neyro-cərrahların dediyinə görə, "Hippokrat Korpusunun" - eyni zamanda Qədim Yunanıstanda, pazırıklılardan 5 min kilometr uzaqlıqda istifadə olunan tibbi traktatların - tövsiyələrinə uyğun olaraq. Və indi alimləri bir məsələ maraqlandırır: Sibirin ilk köçəbələri hər hansı bir üsulla Qədim Yunanıstan həkimlərinin tibbi bacarıqlarını mənimsəyə bilərdilərmi, yoxsa pazırıklılar eyni nəticələrə sərbəst şəkildə özləri varmışdılarmı?

Omsk "gəlmələrinin" sirri

Təxminən 10 il əvvəl Omsk vilayətində Tara çayının sahilində Murla təbii mərzində alimlər təqribən 1,5 min il öncə burada yaşayan hunların izlərini tapdılar.

Alimləri nələr təəccübləndirdi: qədim insanların kəllə sümükləri uzunsov idi, humanoid-gəlmələri xatırladırdı. Ad da buradan əmələ gəldi. Güman edilir ki, kəllə sümüyünü bu cür şəklə salmaq üçün insanlar xüsusi sarğılar geyinirdi, lakin bunun əsas məqsədinin nə olduğunu alimlər hələ də ehtimal edirlər.

Bunlar, Sibirin gizlədiyi sirrlərin sadəcə az bir qismidir. İnanmaq istəyirik ki, bəşəriyyət nə vaxtsa bu sirrlərin cavabını tapa biləcək. Amma istisna etmək olmaz ki, o vaxta qədər alimlər daha çox yeni, izah olunmayan sirrlər kəşf edəcək.

[}item{]